ABŞ Prezidenti Donald Tramp bu axşam Bakı vaxtı ilə saat 00:00-da Oval kabinetdən açıqlama verəcək. Ağ Evin rəsmi açıqlamasında qeyd olunur ki, "Saat 16:00-da Prezident Tramp Oval kabinetdə bəyanatla çıxış edəcək". ABŞ rəhbərinin çıxışının mövzusu barədə heç bir məlumat verilmir. Qeyd edək ki, Tramp sentyabrın 5-də rusiyalı həmkarı Vladimir Putinlə yaxın vaxtlarda danışmaq niyyətində olduğunu açıqlayıb.
Mətləb