Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycanla münasibətlər barədə danışıb. O, Şərq İqtisadi Forumu çərçivəsində çıxışı zamanı qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr çox yaxşı inkişaf edir, daimi təmaslar saxlanılır. O qeyd edib ki, Çində keçirilən ŞƏT Sammiti zamanı tərəflər fəal qarşılıqlı fəaliyyət göstəriblər. A.Overçukun sözlərinə görə, iki ölkə arasında münasibətlər iqtisadi baxımdan planlaşdırıldığı kimi normal inkişaf edir.
A. Overçuk, həmçinin Rusiyanın Azərbaycan ilə Ermənistan arasında paraflanmış sazişə “ehtiyatlı nikbin” baxdığını vurğulayaraq, bunu Avrasiya regionunda sülhün möhkəmlənməsinə mühüm töhfə adlandırıb.
Mətləb Salahov