Qırğızıstan parlamentinin spikeri Nurlanbek Turqunbek Bişkekdə erməni həmkarı Alen Simonyanla danışıqlar zamanı bildirib ki, Qırğızıstan Azərbaycan və Ermənistanın avqustun 8-də Vaşinqtonda sülh və dövlətlərarası münasibətlərin qurulması ilə bağlı əldə etdikləri razılaşmaları dəstəkləyir. "Çox əminəm ki, bu tarixi hadisə təkcə iki dövlət arasında dostluğu möhkəmləndirməyəcək, həm də Cənubi Qafqazda və bütövlükdə regionda sabitliyə və inkişafa töhfə verəcək", - Qırğızıstan parlamentinin sədri bildirib. O, həmçinin qeyd edib ki, Qırğızıstan Ermənistanla əməkdaşlığın inkişafında və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində maraqlıdır.
Mətləb Salahov