Cümə axşamı günü, 01 oktyabr 2026
     

Vüqar Rəhimzadə: 3 sentyabr 1991-ci il Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsidir

Image


Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən 34 il ötür. İllər keçdikcə bu tarixin ölkəmizin həyatında xüsusi yeri daha aydın görünür. Dahi şəxsiyyətin Sədr seçildiyi bu gün bütövlükdə Azərbaycanın xilası kimi tarixə yazılıb. Bu fikirlərin o dövrün reallıqlarını tamamilə əks etdirdiyinə əmin olmaq üçün həmin illərdə görülən işlərin, atılan addımların, qəbul edilən qərarların xronologiyasına diqqət yetirmək kifayətdir.

1990-cı illərin əvvəli Azərbaycanın tarixinə dəhşətli faciələrin yaşandığı bir dövr kimi daxil olub. Ermənistan 1988-ci ildə yenidən Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməyə başladı. Ermənilərin təhriki və keçmiş SSRİ-nin ovaxtkı üzdəniraq rəhbəri Mixail Qorbaçovun göstərişi ilə 1990-cı ilin yanvarında sovet ordusu Azərbaycanda misli görünməmiş qanlı qırğın törətdi. Faciənin səhəri günü, yəni yanvarın 21-də Ulu Öndər Heydər Əliyev “qırmızı ordu”nun törətdiyi qanlı qətliama qarşı etiraz səsini ucaldaraq ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi və baş verən hadisəyə görə SSRİ-nin siyasi rəhbərliyini, şəxsən Qorbaçovu kəskin ittiham etdi. Dövlət başçısı İlham Əliyev həmin dövrü belə xarakterizə edir ki, bu, daim təqibə məruz qalan insan üçün çox təhlükəli addım idi: “Lakin atam həmişə prinsipial idi və əsla tərəddüd etmədən baş verənlərə qarşı etiraz etdi. Onun ailə üzvləri heç bir şübhə və qorxu hissi keçirmədi. Həmin ağır günlərdə bircə arzumuz vardı: öz xalqımızla birlikdə olmaq, onu dəstəkləmək. Bir il sonra bu arzu da baş tutdu. Doqquz illik fasilədən sonra atam öz Vətəninə, Naxçıvana qayıtdı. Onu buraya iki arzu gətirmişdi. Birincisi, şəxsi arzusu, ona rahatlıq verməyən vətəndaşlıq şərəfi. Azərbaycan özünün ən ağır dövrünü yaşayırdı. İkincisi, atam Azərbaycana xalqın istəyi ilə gəlmişdi.”

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin 1990-cı il iyulun 22-də Naxçıvana möhtəşəm qayıdışı dözülməz vəziyyətdə olan naxçıvanlıların sabaha inamını özlərinə qaytardı. Azərbaycan o illərdə çox çətin günlərini yaşayırdı. Müstəqilliyini yenidən bərpa edən Azərbaycanın ilk illərdə yaşadıqları tariximizin qara səhifəsi kimi xarakterizə olunur. O vaxt Azərbaycanda hakimiyyəti silah gücünə zəbt edən AXC-Müsavat cütlüyü xalqın inamını tamamilə itirmişdi. Bu qaragüruhun antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq, hakimiyyət hərisliyi nəticəsində ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizi xaos, anarxiya bürümüşdü. Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı. Belə olan halda əlbəttə ki, xalq ümidini özünün əbədi lideri Ulu Öndər Heydər Əliyevə bağlamışdı.

Ulu Öndər Heydər Əliyev Naxçıvana gəldikdən sonra qədim diyarın xilası üçün lazım olan bütün addımları atmağa başladı. Eyni zamanda, yalnız muxtar respublika deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail oldu. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən 12-ci çağırış birinci sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi. Ulu Öndərin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Həmçinin Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanı olan Ali Sovetin adının dəyişdirilərək Ali Məclis adlandırılması muxtar respublikanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynadı.

Millət vəkili qeyd edib ki, 3 sentyabr 1991-ci il Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsidir. Həmin tarixi gündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında Ümummilli Lider Heydər Əliyev yekdilliklə Ali Məclisin Sədri seçildi. Bu mühüm tarixi addım Naxçıvanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Həmin tarixi gündən başlayaraq Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi Ona hər bir çətinliyi uğurla aradan qaldırmaqda yardımçı oldu. Bütün bunları zəngin idarəetmə qabiliyyəti və təcrübəsi, beynəlxalq arenada şəxsi nüfuzu, özünün Vətəninə, xalqına sonsuz bağlılığı, sevgisi hesabına həyata keçirən Heydər Əliyev Naxçıvanı sözün həqiqi mənasında fəlakətdən xilas etdi.

Milli Məclisin deputatı bildirib ki, Ulu Öndərin Naxçıvanda çalışarkən xalq və dövlət qarşısında ən böyük xidmətlərindən biri insanlarda milli təfəkkür və milli məfkurənin formalaşdırılması idi. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malik hadisə oldu. Ulu Öndər daim bu çağırışı edirdi ki, Azərbaycan bütün dünya azərbaycanlılarının Vətənidir. Harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımız bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidir. Diaspor quruculuğu prosesi Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Blokada şəraitində yaşayan muxtar respublikanın inkişafının və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də bu bölgənin gələcək tərəqqisi istiqamətində mühüm addımlar atıldı. Türkiyə ilə əlaqələrin möhkəmləndirilməsi üçün “Ümid” körpüsü salındı. Həmin illərin ən mühüm tarixi hadisələrindən biri bu gün milyonların partiyasına çevrilən, sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılması oldu. Xalqın böyük əksəriyyətinin istəyini özündə ifadə edən 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə yeni partiyanın yaradılması ilə bağlı ünvanladıqları “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin bu müraciətə “Yeni müstəqil Azərbaycan uğrunda” cavabı həmin dövrün aydın mənzərəsini əks etdirir. Məhz yaranması Azərbaycanın ən çətin və mürəkkəb tarixi dövrünə təsadüf edən Yeni Azərbaycan Partiyası ötən bu illər ərzində tutduğu yola sadiqlik nümayiş etdirərək Heydər Əliyev ideyalarının fəal təbliğatçısı funksiyasını şərəflə yerinə yetirir.

Vüqar Rəhimzadə qeyd edib ki, 1993-cü ildə Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn Ümummilli Lider bu addımı ilə bir daha təsdiqlədi ki, hər zaman xalqının, dövlətinin yanındadır, Onun üçün Azərbaycanın müstəqilliyinin qorunması əsasdır. Azərbaycanı qüdrətli, zəngin, qalib ölkə kimi görmək dahi liderin ən böyük arzusu idi. O, bu arzusunun xeyli hissəsini 1993-2003-cü illərdə müstəqil Azərbaycan dövlətinə rəhbərlik edərkən atdığı addımlar, düşünülmüş və məqsədyönlü siyasəti ilə reallığa çevirdi, bugünümüz üçün möhkəm təməl yaratdı. 2003-cü ildə xalqa tarixi müraciətində etimadın, inamın növbəti ünvanını göstərdi. Bildirdi ki, cənab İlham Əliyevə Özü qədər inanır. Dahi rəhbərin axıra çatdıra bilmədiyi işləri cənab İlham Əliyev uğurla reallaşdırdı. Təbii ki, söhbət Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından gedirdi. Prezident İlham Əliyev Ümummilli Liderin hər bir arzusunu gerçəkləşdirdi. Tarixi Zəfərimiz, bütün ərazilərimizdə suverenliyin tam təmin edilməsi, güclü Azərbaycan, abadlaşan Qarabağ və Şərqi Zəngəzur Heydər Əliyev yolunun təqdimatıdır.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ