"Bakı-Xəbər" qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev özünün Facebook səhifəsində ATƏT-in Minsk qrupunun buraxılması barədə maraqlı paylaşım edib. A.Quliyev yazır: "Rusiyanın ATƏT- dəki daimi nümayəndəsinin ATƏT- in Minsk Qrupunun və ATƏT- də keçmiş DQ münaqişəsilə bağlı bütün qurumların dekabr ayınadək ləğv olunacağı barədə xəbəri çox təəccüblüdür.Niyə belə uzağa çəkilir? Prosesi məqsədli şəkildə uzatmaq səyləri ola bilərmi ? Prosesin uzadılması Ermənistanda revanşçı qüvvələri ruhlandırmaq və ümidlərinin qırılmasının qarşısını almaq cəhdi olmaya....Prezident İlham Əliyev bir neçə gün əvvəl Əl- Ərəbiyyə televiziyasına müsahibəsində Minsk Qrupu ilə bağlı çox tezliklə qərar veriləcəyini demişdi. XİN Ceyhun Bayramov da bu günlərdə avqustun sonlarında Minsk Qrupu ilə bağlı qərar verilə biləcəyini demişdi... ATƏT- də Rusiyanın daimi nümayəndəsinin məlumatı nəyin ifadəsidir?....."
Mətləb