Cümə axşamı günü, 01 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Prezidentin müsahibəsi - dünya birliyinə mühüm mesaj!
Tarix: 28.08.2025 / 14:37
Bölmə: Gündəm
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Əl-Ərəbiyyə" telekanalına geniş müsahibəsi həm tarixi retrospektiv baxımdan, həm də regionun gələcək geosiyasi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının çıxışı bir neçə əsas strateji məqamı, münaqişənin tarixi kökləri, Azərbaycanın əldə etdiyi qələbənin siyasi-hüquqi nəticələri, sülh prosesinin real konturları və yeni nəqliyyat-logistika dəhlizlərinin region üçün açacağı imkanları özündə ehtiva edir. Prezident İ.Əliyev müsahibəsində qeyd edib ki, 1990-cı illərin əvvəllərində Ermənistanın xarici dəstək vasitəsilə həyata keçirdiyi işğal nəticəsində Azərbaycanın 20 faiz ərazisi zəbt olunmuş, bir milyon insan qaçqın və məcburi köçkünə çevrilmişdi. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə nəticəsində isə, Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi. Dövlət başçısının sözlərinə görə, bundan sonra məhz Azərbaycan tərəfi Ermənistanla sülh prosesinin təşəbbüskarı oldu, sülh sazişi layihəsini təqdim etdi və avqustun 8-də Vaşinqtonda imzalanan sənəd bu səylərin məntiqi nəticəsidir. Prezident eyni zamanda vurğuladı ki, Ağ Evdə paraflanmış razılaşma münaqişənin və müharibənin sonunu təsdiq edir, Ermənistan-Azərbaycan münasibətlərinin gələcək inkişafını dövlətlərarası normal çərçivədə müəyyənləşdirir. Lakin, sənədin tam hüquqi qüvvəyə minməsi üçün Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaları əks etdirən müddəaların dəyişdirilməsi zəruridir. İlham Əliyev açıq şəkildə bildirib ki, imzalanmış sənəddən geri addım Ermənistan üçün ciddi siyasi və diplomatik fəsadlar doğuracaq. Müsahibədə həmçinin mina problemi və işğal dövründə tamamilə dağıdılmış infrastruktur məsələsi xüsusi vurğulanıb. Dövlət başçısı qeyd edib ki, bir milyondan artıq mina regionun bərpa prosesinə böyük maneə yaradır, yüzlərlə mülki şəxs hələ də bu təhlükənin qurbanına çevrilir. Bununla yanaşı, Prezident "Böyük Qayıdış" proqramı çərçivəsində artıq 50 mindən çox soydaşımızın azad olunmuş ərazilərə köçürüldüyünü bildirib. Ən diqqətçəkən məqamlardan biri isə Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar olub. İlham Əliyev bəyan edib ki, Azərbaycanın əsas məqsədi ölkənin əsas hissəsi ilə Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsini təmin etmək və bu xətt üzrə beynəlxalq təhlükəsizlik zəmanətlərini əldə etməkdir. ABŞ-ın vasitəçiliyi ilə formalaşdırılan TRIPP ("Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu") layihəsi təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də bütün Cənubi Qafqaz, Orta Asiya və Yaxın Şərq üçün strateji əhəmiyyət daşıyır. Bu dəhlizin fəaliyyətə başlaması həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat xəttinə alternativ yaradacaq, Ermənistanı tranzit ölkəyə çevirəcək və regional əməkdaşlığı gücləndirəcək. Müsahibədə Prezident İranla münasibətlərə də toxunaraq bildirib ki, iki ölkə arasında qarşılıqlı etimada əsaslanan işgüzar və mehriban əlaqələr mövcuddur. O, həmçinin Araz dəhlizi layihəsinin reallaşdırıldığını, bunun da Ermənistanın qeyri-konstruktiv mövqeyi fonunda alternativ yol kimi Azərbaycanın maraqlarına xidmət etdiyini vurğulayıb. Nəticə etibarilə, Prezident İlham Əliyevin müsahibəsi, Azərbaycanın ədalətli mövqeyinin, beynəlxalq hüquqa sadiqliyinin və regional əməkdaşlıq çağırışlarının bariz ifadəsidir. Bu çıxış həm Azərbaycanın diplomatik qələbəsini, həm də regionda yeni siyasi və iqtisadi nizamın formalaşmasını təsdiqləyir. Dövlət başçısının "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibə eyni zamanda ölkəmizin xarici siyasət kursunu, regional və qlobal proseslərə baxışını ortaya qoyur. Prezidentin açıqlamaları Azərbaycan-Rusiya münasibətlərində yaranmış gərgin məqamlar, Yaxın Şərqdə normallaşma prosesinə töhfə, enerji əməkdaşlığında yeni səhifələr, İslam həmrəyliyi və Türk Dövlətləri Təşkilatının inkişaf perspektivləri kimi bir sıra mühüm istiqamətləri əhatə edir. Prezident İlham Əliyev Rusiyanın mülki təyyarəmizə qarşı həyata keçirdiyi hücumu "faciəvi səhv" adlandıraraq, bunun Azərbaycan ictimaiyyətində böyük məyusluq doğurduğunu vurğulayıb. Dövlət başçısı 2020-ci ilin noyabrında Azərbaycan tərəfindən rus helikopterinə qarşı baş vermiş oxşar hadisəni xatırladaraq, rəsmi Bakının dərhal üzr istədiyini, təzminat ödədiyini və məsul şəxsləri cəzalandırdığını qeyd etdi. Lakin, Moskvanın eyni yanaşmanı sərgiləməməsi ikitərəfli münasibətlərdə ciddi suallar doğurur. Bundan əlavə, Rusiya ərazisində azərbaycanlılara qarşı zorakılıq hallarının müşahidə olunması ölkəmizdə dərin narazılıqla qarşılanıb. Müsahibədə Yaxın Şərq məsələlərinə xüsusi diqqət ayrılıb. Dövlət başçısı Suriya ilə münasibətlərin bərpası və İsrail-Suriya dialoqunda Azərbaycanın vasitəçi rolunu önə çəkdi. O, Azərbaycanın Suriyaya qaz ixracına başlamasını, humanitar və iqtisadi dəstək mexanizmlərini regionda sülhə yönəlmiş strateji addım kimi dəyərləndirdi. Prezident İ.Əliyev müsahibəsində açıq şəkildə bildirdi ki, Azərbaycanın məqsədi yalnız sülh və əməkdaşlığı təşviq etməkdir. Enerji siyasətində isə Azərbaycanın həm Avropaya, həm də Yaxın Şərqə yönəlmiş çoxşaxəli strategiyası diqqət çəkir. O, qeyd etdi ki, hazırda Azərbaycan qazı 10 Avropa ölkəsinin enerji təhlükəsizliyində mühüm rol oynayır, eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə bərpaolunan enerji layihələri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda su elektrik stansiyalarının tikintisi isə ölkənin "yaşıl enerji" gündəliyini gücləndirir. İlham Əliyev həmçinin Azərbaycan modelinin İslam həmrəyliyi sahəsində nümunə olduğunu vurğuladı. Ölkəmizdə şiə və sünni müsəlmanların eyni məsciddə ibadət etməsini, müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi yaşamasını Azərbaycanın əsas üstünlüyü kimi dəyərləndirdi. Dövlət başçısı müsəlman dünyasının parçalanma təhlükəsinə qarşı birlik çağırışı etdi. Prezident Türk Dövlətləri Təşkilatının böyük potensiala malik olduğunu, Azərbaycanın bu qurumu gücləndirməyə sadiq qaldığını bəyan etdi. Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi və digər türkdilli dövlətlərlə strateji tərəfdaşlıq sazişləri, yeni regional güc mərkəzinin formalaşdığını göstərir. Beləliklə, İlham Əliyevin müsahibəsi bir daha təsdiq edir ki, Azərbaycan həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş, sülh təşəbbüslərinin fəal iştirakçısı və enerji təhlükəsizliyinin təminatçısıdır. Nəticə etibarilə, cənab İlham Əliyevin "Əl-Ərəbiyyə"yə müsahibəsi Azərbaycanın ədalətli mövqeyini, beynəlxalq hüquqa sadiqliyini və regional əməkdaşlığa çağırışını nümayiş etdirən siyasi manifestdir. Bu çıxış həm Azərbaycanın diplomatik qələbəsini, həm də Cənubi Qafqazda yeni siyasi və iqtisadi düzənin formalaşmasını təsdiqləyir, Vaşinqtonda imzalanmış sənəd 30 ildən artıq davam edən münaqişəyə son qoyaraq, regionun sabit və dayanıqlı inkişafı üçün real perspektivlər açır. Lamiyə İsazadə, "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin sədri, yazıçı-publisist.
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
Tarix: 30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
Tarix: 29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı
Tarix: 28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi -
27 sentyabrda konsert yayımladığına görə…
Tarix: 25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi
Tarix: 25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi
Tarix: 25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…
Tarix: 24.09.2026 / 09:56
Ərdoğan Paşinyanı Türkiyədə keçiriləcək COP31 liderlər sammitinə dəvət etdi
Tarix: 24.09.2026 / 09:25
Şahmatçılarımız erməni qadınlara niyə uduzub?
Tarix: 23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi -
Usmanov siyahıdan çıxarıldı
Tarix: 22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda
Tarix: 22.09.2026 / 06:59
Tramp özünə tənqidsiz-şərhsiz 24 saatlıq telekanal yaratdı -
azad medianı isə “demokratiya üçün təhlükə” adlandırdı
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...
Tarix: 28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...
SON XƏBƏRLƏR
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...
30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" -
Kilsə xarici təsirin yayılma alətinə çevrilib...
30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi
- FOTO
30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?...
- VIDEO
30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...
30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir
30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu
- heç kim güzəştə getmək istəmir…
30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi
- sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...
30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır
30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…
30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu
30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar
- FOTO/YENİLƏNDİ
30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə
- araşdırma aparılır...
30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ