Cümə axşamı günü, 01 oktyabr 2026
     

Amerika və İsrailin yəhudi qurumları 8 avqust olayına görə Azərbaycanı dəstəklədilər...

Image


Amerika və İsraildən bir neçə Yəhudi qurumları və Lobbi təşkilatları birgə kollektiv olaraq Avqustun 8-də baş tutmuş Vaşinqton görüşünə dair Azərbaycan dəstək ifadə ediblər. Açıqlamada deyilir. Ermənistanla doğma Azərbaycan arasında 35 ilə yaxın uzun bir dövrü əhatə edən münaqişənin sona çatması və avqustun 8-də Vaşinqtonda tərəflər arasında sülhə doğru addımların atılması, Azərbaycana qarşı 30 ildən artıq davam edən ədalətsiz və ikili standartları əks etdirən, heçbir məntiqə və hüquqa əsaslanmayan azadlığa dəstək aktına edilən məkrli 907-ci düzəlişin ləğv edilməsi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin açılması, münaqişənin məhz sülh danışıqları formatında nizamlanması, Ermənistan tərəfinin sülh prosesində konstruktiv mövqe tutması və Azərbaycanla sülh prosesində maraqlı olması, Ermənistanın Azərbaycana dair absurd və əsassız ərazi iddialarından imtina etməsi, habelə Azərbaycan və ABŞ arasında münasibətlərdə yeni səhifənin açılması, dünyanın ən güclü və böyük dövləti ilə Azərbaycan arasındakı münasibətlərin dostluq müstəvisinə keçməsi, ABŞ-ın Azərbaycanın milli maraqları ilə heabalaşması və bölgədə davamlı sülhün bərqərar olmasına yüksək dəstək ifadə etməsi son dərəcə sevindirici haldır.

Avqustun 8-də Vaşinqtonda liderlər arasında keçirilən zirvə görüşü Cənubi Qafqaz regionu üçün yeni bir işıqlı səhifə açdı və bu görüşdə əldə olunan nailiyyətlər Azərbaycan və Ermənistan xalqları üçün uğur gətirəcək. Həmçinin, 8 Avqust zirvə görüşündə əldə olunan nəticələr birmənalı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Diplomatiyadakı növbəti uğuru və Azərbaycana qazandırmış olduğu növbəti qələbədir. Azərbaycan ordusunun 5 il öncə hərb meydanında qazandığı şanlı qələbə nəticəsində Azərbaycan beynəlxalq hüququ bərpa etdi və BMT qətnamələrini təkbaşına icra etdi ki, bununla da regionda 30 ilə yaxın pozulmuş haqq-ədalət bərpa oldu.

Məhz Azərbaycan ordusunun 44 günlük müharibədə əldə etdiyi şanlı və parlaq qələbəsi nəticəsində Azərbaycan bu gün qalib ölkədir və cənab İlham Əliyev Vaçinqtondakı görüşdə qalib ölkənin qalib lideri olaraq iştirak etdi. Vaşinqton görüşü həm də Azərbaycan diplomatiyasının qələbəsidir. Vaşinqton görüşü ATƏT-in Minsq qrupunun 30 illik yarıtmaz fəaliyyətini də sona çatdırdı. Vaşinqton görüşündə əldə olunan nəticələr açıq aşkar göstərdi ki, tərəflər özləri ATƏT-in Minsq qrupunun və digər təşkilatların yarıtmaz fəaliyyəti və müdaxiləsi olmadan da özləri sülhə nail ola və qarşılıqlı anlayış və hörmət əsasında razılığa gələ bilərlər. Bu istiqamətdə göstərdiyi səylərə və əzmkarlığa görə ABŞ prezidenti Donald Trampa da böyük təşəkkür və alqış düşür.

Həm Azərbaycan və Ermənistan arasındakı sülhə aparan razılaşmaların əldə olunması, həm 907-ci düzəlişin ləğvi, həm Zəngəzur dəhlizinin Donald Trampın sülh missiyası ilə açılması və Naxçıvana maneəsiz gediş-gəlişin təmin edilməsi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşdirilməsi, ATƏT-in Minsq Qrupunun ləğv edilməsi və ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlığa dair əlaqələrin gücləndirilməsi və buna dair momerandum imzalanması Azərbaycanın hərb meydanından sonra diplomatiyadakı uğuru və qələbəsidir. Azərbaycan hərb meydanında olduğu kimi Diplomatiyada da böyük zəfər qazandı. Azərbaycan və Ermənistan arasında sülhə doğru addım atılması və sülh sazişinin razılaşdırılması, münaqişənin əbədiyyən sona çatması, bölgəyə sülh və əmin-amanlığın hakim olması Cənubi Qafqaz regionuna böyük uğur gətirəcək.

Zəngəzur dəhlizinə isə ABŞ şirkətlərinin nəzarət etməsi, Qarabağa və Azərbaycana böyük investisiya və kapital yatırımını artıracaq. Bir sözlə demək olar ki, bölgənin bütün siyasi abu-havası düzələcək və infrasutrukturu çiçəklənəcək. Azərbaycan və Ermənistan arasında sülhə və hər iki ölkə arasındakı münasibətlərin düzəlməsinə, diplomatik əlaqələrin qurulmasına, həmçinin Tramp marşurutu adlandırılan və ticarət yolu olan Zəngəzur dəhlizinin açılmasına mane olmaq cəhdləri hər iki ölkəyə və hər iki ölkənin xalqına qarşı düşmənçilik cəhdidir. Azərbaycan və Ermənistan dövlətləri öz müqəddəratlarını özləri birlikdə diplomatik yolla danışıq apararaq həll etmək və münasibətlərini möhkəmləndirmək imkanındadırlar və hazırda buna heçbir əngəl ola bilməz. Azərbaycan öz siyasətində və mövqeyində hər zaman haqqlı olub, hər zaman Azərbaycan dövləti tərəfindən haqlı və ədalətli siyasət aparılıb və heçbir ölkəyə və heçbir ölkənin vətəndaşına qarşı Azərbaycan tərəfindən heçbir zaman haqsızlıq edilməyib. Ümumiyyətlə Azərbaycan dövləti hər zaman hümanizm prinsiplərini üstün tutub və hər zaman beynəlxalq qanunlar çərçivəsində addım atıb. Hətta ermənilərə qarşı da hər zaman Azərbaycan dövləti tərəfindən ədalətli və hümanistcəsinə davranılıb. Azərbaycan dövləti qurulduğu gündən regionda heçbir dövlətin əleyhinə heçbir addım atmayıb və heçbir dövlətə zərər vurmayıb.

Amma və lakin çox təəssüf ki, Azərbaycan 30 ilə yaxın işğala məruz qalıb, Qarabağ əhalisi 30 ildən artıq məcburi köçkün kimi yaşayıb, çətinliklərlə üzləşib, Azərbaycana külli miqdarda maddi və mənəvi zərər dəyib. Sevindirici haldır ki, Azərbaycan ordusunun qəhrəmanlığı və Azərbaycan prezidentinin zəngin diplomatik təcrübəsi və parlaq siyasəti sayəsində bu gün Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib və artıq bölgədə Azərbaycanın bütün strateji maraqları ilə hesablaşılır. Və təsadüfi deyil ki, bu gün müstəqil Azərbaycan Respublikası özünün yüksək və sürətli inkişaf yolundadır. Azərbaycan xalqı ilə Yəhudi xalqı tarixən qardaş xalq olub və min illərdir ki, Qafqazda Yəhudilərlə Azərbaycanlılar dostluq içərisindədirlər və qardaş xalq kimiyaşayırlar. Azərbaycan xalqı tarixən sülhsevər və tolerant xalqdır və burada əsrlərdir tolerant yaşam və multikultural ənənə mövcuddur.

Azərbaycan dünyada yeganə ölkədir ki, burada heçbir zaman anti-semitizm, dini ayrıseçkilik olmayıb. Azərbaycan qanunlar ölkəsidir və burada bütün hüquqlar, qanunun aliliyi ən yüksək səviyyədə qorunur, buradakı bütün xalqlar qardaş kimi yaşayır və Azərbaycanda heçbir zaman heçbir ayrıseçkilik olmayıb. Azərbaycan hər zaman sülhün və beynəlxalq hüququn tərəfində olub. Bütün bu nümunəvi dəyərlər bütün dünyada analoqu olmayan göstəricidir və Azərbaycan bütün dünyada bir nümunə olan ölkədir. Azərbaycan dövləti hələ dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qurularkən bu nümunəvi dəyərlər üzərində qurulub. Tolerantlıq, multikultural dəyərlər, sülhsevərlik Azərbaycan dövlətinin prioritet siyasətidir və dahi şəxsiyyət Heydər Əliyev tərəfindən başladılan bu ali siyasət bu gün Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməkdədir. Azərbaycan və Ermənistan arasında başladılan sülh prosesi çox sevindirici və alqışalayiq addımdır.

Sülh prosesi Azərbaycanın ərazi bütövlüyünə, milli, strateji və təhlükəsizlik maraqlarına hörmət çərçivəsində, məhz BMT Nizamnaməsinə uyğun olaraq dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipləri daxilində aparılmalıdır. Azərbaycan hər zaman öz mövqeyində haqqlıdır və beynəlxalq hüquq da Azərbaycan dövlətinin tərəfindədir. Biz, hər zaman Azərbaycan xalqının və dövlətinin yanındayıq. Azərbaycan dövlətini və xalqını əldə olunan yüksək nailiyyətlər münasibətilə təbrik edir, Azərbaycan xalqına və dövlətinə daimi və əbədi sülh, firəvanlıq, əmin-amanlıq, uğur və nailiyyətlər diləyirik. Arzu edirik ki, doğma Azərbaycanın uğuru və yüksəlişi daimi və əbədi olsun.

Amerikadakı Azərbaycan Yəhudi icması,

ABŞ-dakı Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi,

"İsraildə Azərbaycan Evi" Diaspor Təşkilatı,

İsraildəki Dağ Yəhudilərinin Koordinasiya Şurası,

İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz və MDB ölkələri üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi,

Dünya və Avropa Krav Maqa Federasiyalarının Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi,

İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi,

Təl-Əviv şəhəri Dağ Yəhudiləri Diaspora İcması.

Akko şəhəri Dağ Yəhudiləri Dini İcması,

Kiryat-Byalik şəhəri Dağ Yəhudiləri Diaspora İcması,

Pardes-Xana şəhəri Dağ Yəhudiləri Diaspora İcması.

Ramle şəhəri Dağ Yəhudiləri Diaspora İcması.

Petax Tikva şəhəri Dağ Yəhudiləri Diaspora İcması.

Hayfa şəhəri Dağ Yəhudiləri Diaspora İcması.

Netanya şəhəri Dağ Yəhudiləri Diaspora İcması.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ