“Hraparak” nəşri Ermənistanda yeni Konstitusiya islahatları barədə məlumat yayıb. Erməni nəşrinin yazdığına görə, Ermənistanın Konstitusiya İslahatları Şurası yaxın günlərdə yeni Konstitusiyanın hazırlanması üzrə fəal iclaslar keçirəcək. Eyni zamanda, nəşr iddia edir ki, şura bunu cəmiyyətin tələbi kimi təqdim etməyə çalışacaq. Xatırladaq ki, Azərbaycan hazırkı Ermənistan Konstitusiyasındakı bir sıra müddəaların ləğv edilməsini tələb edir. Həmin müddəalarda Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikirlər yer alır.
Mətləb