Bolqarıstan mətbuatında Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən Vaşinqton şəhərində imzalanmış birgə bəyannamənin, habelə xarici işləri nazirləri tərəfindən paraflanmış sülh müqaviləsinin beynəlxalq siyasi əhəmiyyəti ilə bağlı məqalələr dərc olunub.
Yazılarda Azərbaycan və Ermənistan liderlərinin on illiklər davam edən münaqişəyə son qoyulması üzrə yekun sülh sazişinin təsdiq etməsi və bunun regional və qlobal təhlükəsizliyə və inkişafa əhəmiyyətli dərəcədə töhfə verməsi yüksək təqdir olunur.
Əldə olunmuş razılaşmanın Asiya ilə Avropanı birləşdirən beynəlxalq bağlantıların təmin olunması və regional kommunikasiyaların açılması baxımından önəmli əhəmiyyət daşıdığı vurğulanır. Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən maneəsiz gediş-gəlişin təmin olunması, eyni zamanda Ermənistanın da Azərbaycan ərazisi vasitəsilə ticarət və nəqliyyat əlaqələrindən faydalanacağı xüsusi olaraq qeyd olunur.
Razılaşmanın dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında və mehriban qonşuluq prinsipləri üzərində tərtib olunduğu bildirilir.
Mətləb Salahov