Ermənistanda daha bir məmur həbs edilib. Belə ki, Ermənistanın müdafiə naziri Suren Papikyanın müşaviri, hakim "Mülki müqavilə" partiyasının üzvü Arşak Orduxanyan cinayətkar birlik yaratma və mənimsəmə ittihamı ilə həbs edilib. Ermənistan İstintaq Komitəsi bu barədə məlumat yayıb. "Bir nəfər barəsində Ermənistan Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi (cinayətkar birliyin yaradılması və ya ona rəhbərlik edilməsi) və 257-ci maddəsinin 3-cü hissəsinin 1 və 3-cü bəndləri (kompüter texnikasından istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmə) ilə cinayət işi açılıb", - İstintaq Komitəsindən bildirilib.
Mətləb Salahov