Cümə günü, 02 oktyabr 2026
     

8 Noyabrdan 8 Avqusta...

Image


PREZİDENT İLHAM ƏLİYEVİN BÖYÜK LİDERLİYİ İLƏ MÖHTƏŞƏM ZƏFƏR YAŞANTILARIMIZ DAVAM EDİR

Rəşad Məcid, Azərbaycan Mətbuat Şurasının sədri

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqtondan özünün sosial şəbəkə profilində paylaşım edərək, Prezident İlham Əliyevin müharibədə qalib gəldiyi kimi, sülhü də qazandığını vurğuladı. Əlbəttə, sülhü qazanmaq asan başa gəlmir. Əvvəla, sülh ədalətli olmalıdır. Digər tərəfdən, tarixdə bir çox fakt var ki, ayrı-ayrı dövlətlər döyüş meydanlarında əldə etdiklərini danışıqlar masasında itiriblər. Deməli, qazanılanı qorumaq vacibdir. Məhz bu mənada dövlətimizin başçısının fəaliyyəti örnəkdir. Ədalətli sülhə nail olaraq qələbəni qorumaq örnəyi. Ədaləti qorumaq, öz xalqının maraq və mənafelərinin müdafiəsində ardıcıl və prinsipial davranmaq müstəsna məharət tələb edir. Ancaq heç də hər liderdə bu məharət olmur. Beynəlxalq miqyasda cərəyan edən mürəkkəb proseslər, nəhəng təbəddülatlar fonunda hadisə və proseslərin necə cərəyan edəcəyini müəyyənləşdirmək bacarığına malik çox az dövlət başçısı tapılar. Nəzərə alaq ki, hər prezident, yaxud hökumət rəhbəri lider statusunu daşımır. Xoşbəxtlikdən, Azərbaycanın dövlət başçısı məhz belə bir liderdir və biz bu günlərdə İlham Əliyev liderliyinin daha bir təntənəsini yaşadıq. Elə bir təntənə ki, təəssüratı hər birimizə inanılmaz qürur və fəxarət hissi yaşatmaqdadır. Yaşadığımız dünya dərin və geniş çalxalanma mərhələsindədir. Müharibələr, qarşıdurmalar, toqquşmalar, ümumən qeyri-adi proseslər insanları gərgin duruma salır, hədsiz narahatlıq və nigaranlıq yaradır. Qarşıda bəşəriyyəti nələrin gözlədiyinə dair ən müxtəlif ehtimallar isə bir çox hallarda subyektivizmin təsirinə məruz qalır. Amma hətta belə çətin şəraitdə də xalq olaraq qəti şəkilə əminik: siyasi idarəçilikdə, çoxplanlı fikir və düşüncələrində, əhatəli hesablamalarında əsla yanılmayan, tutduğu yolda dönməyərək sarsılmaz xarakter nümayiş etdirən məhz Azərbaycan lideridir – Prezident İlham Əliyevdir. Xalqımızı Zəfərə daşıyan da dövlətimizin başçısının bu xarakteridir. Bu xarakter Azərbaycana ardıcıl parlaq zəfərlər, onun özünə isə Müzəffər Ali Baş Komandan ünvanı qazandırıb. 2020-ci ilin Vətən müharibəsi başlayan andan indiyədək Ali Baş Komandan İlham Əliyevin söylədiyi fikirlər dillər əzbərinə, zərb-məsəllərə çevrilib. Bu gün dövlətimizin başçısının yüksək praqmatizmə əsaslanmış addımları hər bir azərbaycanlının iftixar mənbəyidir. O addımlar Azərbaycanı, əslində isə ümumən Cənubi Qafqazı 8 avqust 2025-ci il tarixi Zəfərinə apardı və ötən beş ilin uğurlar salnaməsinin həlledici qələbə ilə başa çatdığını tam əminliklə vurğulamaq mümkündür. Prezident İlham Əliyevin əminliyi və qətiyyəti yaşadığımız qarışıq və nigaran zamanda ən ümdə təskinliyimiz və təsəllimizdir. Elə bir təskinlik ki, Prezidentin bu tarixi ABŞ səfəri kimi nəhəng reallıq üçün sonsuz inam yaratdı. Elə bir təsəlli ki, üzümüzə Ağ Evin qapılarının da açılacağına heç bir şübhə yeri qoymadı. Çünki İlham Əliyevin liderliyi öz gücünü birinci növbədə xalqın etimadından, möhtəşəm siyasi zəka ilə dürüstlük və səmimiyyətin vəhdətindən alır. Özünün məşhur formulu ilə ifadə etsək, hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyevin lider uzaqgörənliyinin təntənəsi təkcə doğma xalqımızın düşüncəsində möhkəmlənmiş gerçəklik deyil. Dünyanın bir çox ölkələrinin nüfuzlu şəxsləri bu barədə söz açır, arqumentlər səsləndirir, paralellər aparırlar. Məsələn, yaxşı yadımdadır ki, 2022-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənab İlham Əliyevi Rusiyanı, regionu ən dəqiq tanıyan lider, Rusiya-Ukrayna müharibəsinin ən yaxşı təhlilçilərindən biri kimi dəyərləndirmişdi. Nəzərə alaq ki, Türkiyə kimi böyük güc faktorunun, NATO ölkəsi rəhbərinin belə fikir səsləndirməsi adi məsələ sayıla bilməz. Dünyanın ən böyük dövlətinin lideri olan Donald Trampın Prezident İlham Əliyevə Ağ Evdəki xitabı da bu baxımdan müstəsa önəm daşıyır: "Siz böyük lidersiniz". Dövlətimizin başçısının yaratdığı aydın, uğurlu təəssüratın bəhrəsidir ki, ABŞ Prezidenti Trampın dilindən "Xalqınız böyük xalqdır" iltifatını da eşitdik və inanılmaz dərəcədə qürurlandıq. Şübhəsiz, bu iltifat dəyər baxımından pik nöqtə sayıla bilər. Xalqımızın böyüklüyünün belə yüksək səviyyədə etirafına imkan qazandıran da Prezident İlham Əliyevdir, onun üstün siyasi-diplomatik kursudur. Deməli, Ağ Evdə - dünyanın ən böyük dövlətinin ali ofisində, dünyanın ən möhtəşəm Prezidentinin Azərbaycanın ali rəhbərinə ünvanlanmış xoş fikirləri də həqiqi liderliyə layiqli dəyər və qiymətin beynəlxalq miqyasdakı ən parlaq təzahürüdür. Belə təzahürlə necə öyünməyəsən? Prezident İlham Əliyevin ABŞ-yə səfəri gözlənilən idi. Bununla bağlı xəbərlər yayılmağa başlayanda Azərbaycanda, az qala, hər kəs bu mövzu barədə müzakirə aparırdı. Səfər çərçivəsində yaşananlar isə gözləntiləri nəinki tam mənada doğrultdu, hətta bir sıra cəhətlərinə görə bütün gözləntilərdən yüksəkdə qərarlaşdı. Ən müxtəlif şəxslərin dəqiq müşahidə qabiliyyətinin tutarlı nəticələrini, görüş zamanı ayrı-ayrı jestlərə, mimikalara nəzərən rəmzi məqamları necə qiymətləndirdiklərini sosial şəbəkələrdə diqqətlə izlədim. Hər kəsi qürurlandıran məqamlardan biri də Prezident İlham Əliyevin Ağ Evdəki özünəməxsus sərbəstliyi, çox az sayda liderə xas olan özgüvəni, orada az qala ev yiyəsi statusunda davranması idi. Hesab edirəm ki, dövlətimizin başçısının həm dəqiqlik və ciddiyyəti, həm hansısa məsələlərlə bağlı fikirləri, çevik, mükəmməl reaksiyası, ümumən, onun bu səfərin, görüşlərin əhəmiyyətinə, Donald Trampın sülh anlaşmasında roluna dair dilə gətirdiyi düşüncələr, bəzən çox incə yumorla, siyasi ustalıqla dedikləri diplomatiya dərsliklərində layiqincə yer alacaq. Prezident İlham Əliyev Vaşinqtondakı mükəmməl siyasi-diplomatik davranışları ilə yeni dünya nizamının mahiyyətinə dərindən bələd olan bir liderin nailiyyətlər salnaməsinin yeni səhifələrini yazdı. Əlbəttə, belə bir liderin ABŞ-yə yüksək səviyyəli səfəri zamanı ərsəyə gəlmiş sənədlər də tarixi əhəmiyyət daşımalı idi və belə də oldu. Bu, təkcə mənim və Azərbaycan ictimaiyyətinin deyil, beynəlxalq aləmin gəldiyi qənaətdir, oturuşmuş fikirdir. Azərbaycan, ABŞ və Ermənistan Birgə Bəyannaməsi, xarici işlər nazirləri tərəfindən sülh sazişinin paraflanması, Bəyannamədə bunun vurğulanması nəzərimdə 1988-ci ildən başlayaraq, insanlarımızın həyatına ağır təsirlər göstərmiş münaqişənin müxtəlif epizodlarını canlandırdı. Torpaqlarımızın işğalı, acılar, faciələr, ölümlər – Vaşinqtonda bütün bunların sona çatdığının yüksək təminatlı anonsu verildi. Əminəm ki, prosesin tam yekunu olan sülh müqaviləsi də uğurla imzalanacaq. Azərbaycan və Ermənistan arasında barış mühitinin yaranmasına görə dünyanın ən müxtəlif yerlərindən, hətta bizə qarşı dəfələrlə qeyri-obyektiv davranmış beynəlxalq təşkilatlardan, dövlətlərdən alqışlar eşidir, təbriklər alırıq. Bu alqışlara da, təbriklərə də səbəb Prezident İlham Əliyevdir, onun şəxsində dövlətimizdir. Sanballı analitiklər inamla bildirirlər ki, sülh sazişinə gətirən yol birbaşa İlham Əliyevin tarixi xidmətidir. Elə qardaş Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğanın ölkəmizin başçısı ilə son telefon danışığında vurğuladığı da budur. Cənab Ərdoğan Prezident Əliyevi sülhün lideri adlandırdı. Lakin Azərbaycan lideri bu istiqamətdə də özünəməxsus təvazökarlıq nümayiş etdirir. Yada salaq ki, dövlətimizin başçısı Ağ Evdə son dərəcə kübar tərzdə barış mühitinin formalaşmasında Trampın rolunu xüsusi vurğulamışdı. Eyni zamanda, o da məlumdur ki, Azərbaycan Prezidenti Ermənistanın baş naziri ilə birgə ABŞ-nin dövlət başçısını Nobel Sülh Mükafatına namizəd kimi irəli sürmək qərarına gəlib. Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfərinin və səfər boyu yaşananların böyük tarix mahiyyətində Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məsələsi də önəmli yerə sahibdir. Məlum olduğu kimi, söhbət bu məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında hər iki ölkənin hökumətləri arasında imzalanmış Anlaşma Memorandumundan gedir. Heç şübhəsiz, sənəd Bakı-Vaşinqton münasibətlərinin tamamilə yeni bir mərhələyə keçdiyini təsdiqləyir. Ona da şübhə yoxdur ki, haqqında söz açdığımız Birgə Bəyannamənin Zəngəzur dəhlizi məntiqi, habelə mövcud xüsusdakı Tramp yolu, Tramp marşrutu və ya Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu deyimləri də yeni mərhələnin uğur trayektoriyasını müəyyənləşdirəcək. Burada ən başlıca məqamlardan biri isə xalqımıza, ölkəmizə qarşı tarixi ədalətsizliyin aradan qalxdığının nümayişkaranə şəkildə ifadə olunmasıdır. Prezident İlham Əliyevin Vaşinqtonda mediaya müsahibəsində səsləndirdiyi bir mülahizə bu baxımdan olduqca önəmlidir: "Əlbəttə, eyni zamanda, bu ədalətsiz düzəlişin ləğv edilməsi və bunun məhz öz ofisində mənim iştirakım ilə etmək çox bir rəmzi xarakter daşıyır. Onu başqa bir formatda da edə bilərdi, sonra imzalaya bilərdi. Amma o, mənim iştirakım ilə bunu etməyə qərar vermişdi". Həqiqətən, Prezident Donald Tramp "Azadlığı Müdafiə Aktı"na 907-ci düzəlişin ləğvini nümayişkaranə şəkildə həyata keçirdi. Bu, son dərəcə böyük jesdir. Beləliklə, müstəqilliyimizin ilk illərindən bəri xalqımızı narahat edən, dünyada Azərbaycana qarşı misli görünməmiş haqsızlığın simvolu kimi tanınan sənəd qüvvəsini itirdi. Vaşinqtonda, həmçinin, fəaliyyəti ədalətsizliyə meydan verməyə, torpaqlarımızın işğalını leqallaşdırmağa yönəlmiş bir təsisatın - ATƏT-in Minsk Qrupunun varlığına rəsmən son qoyulacağına mütləq təminat verildi. Bəlli gerçəklikdir ki, Minsk Qrupu həmsədrlərinin uzun zaman ərzində regiona, ölkəmizə saysız səfərləri, bununıa bağlı çıxışları dövlətimizin rəhbərliyində və xalqımızda ikrah, qəzəb doğurmuş, bu qrupun təmsilçiləri məsxərə predmetinə çevrilmişdilər. Təəssüf ki, otuz ilə yaxın müddətdə saxta sülh elçilərinin hoqqabazlığına dözmək məşəqqətini yaşadıq. Amma bu dövr də artıq qapanmaq üzrədir. Ölü təsisata çevrilmiş Minsk Qrupunun Azərbaycan və Ermənistan arasında münaqişənin mövcudluğunu, onun guya davam etdiyi məntiqini vurğulaması məlumdur. Ona görə də ölkəmizin rəhbərliyi bu qrupun ləğvini çox vacib şərt kimi irəli sürür. Bakının İrəvan qarşısındakı ikinci şərti isə Ermənistan Konstitusiyasının işğalçılıq, ərazi iddiası mahiyyətindən qurtulmasıdır ki, yekun sülh müqaviləsinin imzalanmasınadək bu tələbimizin də yerinə yetiriləcəyi artıq rəsmən təsdiqini tapıb. Vaşinqton uğurumuzu şərtləndirən amillərdən biri də məhz bu təsdiqlənmədir. Sonda ümumiləşdirmə apararaq deyim ki, müasir dövrdəki haqq davamızın bir çox təntənələrini hədsiz qürurla, böyük sevinclə yaşamışıq. 2020-ci il 8 Noyabr Zəfəri, 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası hər birimizi sevinc gözyaşlarına qərq edib. Hesab edirəm ki, 8 avqust 2025-ci il tarixi də öz möhtəşəmliyinə, bizə yaşatdığı qürur və xoşbəxtliyə görə onlardan heç nə ilə geri qalmır. Bu tarix son illərin uğur və nailiyyət silsiləsinin məntiqi davamı, müqəddəs haqq mübarizəmizin zəfərlə nəticələnməsinin dünya birliyi tərəfindən birmənalı şəkildə qəbul edildiyi misilsiz məqamdır. Birbaşa Prezident İlham Əliyevin adı, fəaliyyəti ilə bağlı olan daha bir möhtəşəm yaşantıdır. Buna görə, həqiqətən, xoşbəxt xalqıq. Xoşbəxt xalqı və onun liderini yeni parlaq zəfər münasibətilə təbrik edirəm!



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ