Cümə günü, 02 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Yeni dünya düzəninə Azərbaycan imzası
Tarix: 11.08.2025 / 11:33
Bölmə: Gündəm
Azərbaycan və Ermənistan liderlərinin ABŞ-da imzaladığı sənəd regionun gələcək təhlükəsizlik və əməkdaşlıq arxitekturasını müəyyənləşdirir. 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan üçtərəfli Bəyannamə Cənubi Qafqazda onilliklərdir davam edən gərginlik dövrünün başa çatması istiqamətində ən ciddi siyasi addımlardan biri kimi tarixə düşdü. Sənəd həm diplomatik mətn, həm də siyasi siqnal olaraq, tərəflərin uzunmüddətli sülh və əməkdaşlıq iradəsini təsdiqləyir. Bəyannamənin ilk bəndində iki dövlət arasında sülh sazişinin ilkin imzalanması və onun tezliklə yekunlaşması ilə bağlı razılıq diqqət çəkir. Bu, illərlə davam edən danışıqların real sənəd forması alması deməkdir. Paralel olaraq, ATƏT-in Minsk prosesi və ona bağlı mexanizmlərin ləğv edilməsi ilə bağlı birgə müraciət, Qarabağ münaqişəsinin beynəlxalq gündəmdə formal olaraq bağlandığını göstərir. Bu addım, münaqişənin gələcəkdə üçüncü tərəflər tərəfindən yenidən gündəmə gətirilməsi imkanlarını minimuma endirir. Sənəddə yer alan nəqliyyat əlaqələrinin açılması və dövlətlərin suverenliyinə hörmət prinsipi əsasında "maneəsiz" əlaqələrin qurulması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan üçün bu, Naxçıvanla quru yolunun bərpası, Ermənistan üçün isə beynəlxalq ticarət marşrutlarına çıxış imkanının genişlənməsi deməkdir. Xüsusilə "Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu" (TRIPP) layihəsi, təkcə siyasi simvol deyil, həm də iqtisadi-logistik perspektivləri ilə diqqət çəkir. ABŞ-ın burada tərəfdaş və investisiya mərkəzi kimi rolu, layihəyə geosiyasi dəyər qatır. Bəyannamənin 5-ci bəndi "qisasçılıq cəhdlərinin tamamilə rədd edilməsi" tərəflərin gələcəkdə silahlı toqquşmalara qapını bağlamaq niyyətini göstərir. Bu, həm də, daxili auditoriyalara verilən aydın siqnaldır ki, münaqişə səhifəsi bağlanıb və yenidən açılmayacaq! Ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin vurğulanması, Alma-Ata Bəyannaməsi ilə hüquqi bazanın möhkəmləndirilməsi, regionun yeni təhlükəsizlik konsepsiyasını formalaşdırır. Eyni zamanda Vaşinqtonda imzalanan üçtərəfli Bəyannamə, 2020-ci ilin 10 noyabrında Rusiya Prezidenti V.Putinin iştirakı ilə imzalanmış üçtərəfli bəyanatın siyasi ömrünü də, faktiki olaraq başa çatdırdı. 10 noyabr bəyanatı müharibəni dayandırmaq üçün zəruri olsa da, onun maddələrinin icrasında ciddi boşluqlar qalmışdı. Vaşinqton sənədi isə yeni reallıqlar fonunda Azərbaycanın bütün tələblərini əks etdirərək prosesə yekun nöqtə qoydu. Vaşinqton Bəyannaməsinin ən mühüm geosiyasi nəticələrindən biri Rusiya tərəfindən illərdir qorunan "post-sovet məkanı" anlayışının real məzmununun dağıdılması oldu. İki əsr ərzində Avrasiyada mövcud olan, Moskvanın regional hegemonluğunu legitimləşdirmək üçün istifadə etdiyi bu konsepsiya, ilk dəfə ciddi şəkildə beynəlxalq sənəddə əhəmiyyətsizləşdirildi. ABŞ Prezidenti Donald Trampın diplomatik iradəsi və İlham Əliyevin siyasi çəkisi nəticəsində Rusiya Qafqazda vasitəçilik missiyasından kənarlaşdırıldı. Bu, yalnız Azərbaycan-Ermənistan prosesində deyil, bütövlükdə Avrasiya regionunda geosiyasi xəritənin yenidən çəkilməsi deməkdir. Rusiyanın 300 illik "genişlənmə" siyasəti tarixində ilk dəfə məhdudlaşma mərhələsinə qədəm qoyur. 2020-ci ilin 44 günlük Vətən müharibəsində "Müzəffər Ali Baş Komandan" kimi tarixə düşən İlham Əliyev, bu dəfə "Müzəffər Ali Baş Diplomat" titulunu qazandı. Vaşinqtonda imzalanan Bəyannamə Azərbaycanın diplomatik meydanda qazandığı ən mühüm uğurlardan biridir. Bu uğurun əsasında Qarabağ üzərində suverenliyin tam bərpası, yeni geosiyasi reallıqların yaradılması və beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun möhkəmlənməsi dayanır. Prezident İlham Əliyevin Vaşinqtondakı çıxışı bir daha göstərdi ki, Azərbaycanın mövqeyi dəyişməzdir: ədalətli sülh, bərabərhüquqlu münasibətlər və qarşılıqlı hörmət! Bu sözlər sadəcə diplomatik protokol ifadələri deyil, həm də xalqın illərlə gözlədiyi ümidin təcəssümüdür. Vaşinqton sənədi dövlətimizin növbəti qələbəsidir, çünki Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul edib. Bu isə o deməkdir ki, yekun sülh sazişi artıq zaman məsələsidir və proses yalnız Ermənistanda keçiriləcək konstitusiya referendumu ilə bağlıdır. Vaşinqton sənədinə "Tramp yolu" ifadəsinin salınması ilə bu marşrut beynəlxalq diplomatik leksikona rəsmən daxil oldu. Əvvəllər Rusiya nəinki "Zəngəzur dəhlizi" ifadəsini sənədlərə salmaq istəməmiş, hətta buna mane olmuşdu. İndi isə bu yolun beynəlxalq səviyyədə tanınması Azərbaycanın strateji məqsədlərinə yeni imkanlar açır. Bununla belə, Azərbaycan diplomatiyasının qarşısında növbəti vəzifə "Zəngəzur dəhlizi" ifadəsini də rəsmi beynəlxalq sənədlərə daxil etdirməkdir. Bu, tarixi ədalətsizliyə etirazın simvolu və milli mövqeyin təsdiqi olacaq. Vaşinqton görüşü yalnız Cənubi Qafqaz üçün deyil, bütövlükdə dünya siyasəti üçün yeni mərhələnin başlanğıcını qoydu. Bu görüşün ABŞ paytaxtında baş tutması təbiidir, lakin prosesin uzun illər ABŞ-ın arzulamadığı bir istiqamətdə, Azərbaycan şərtləri əsasında nəticələnməsi, bir o qədər diqqətçəkici və qürurvericidir. Həqiqətən də, İlham Əliyev regiona sülh gətirən lider kimi tarixə düşdü. Lakin bu sülh, əslində, qlobal güc balansında yeni düzənin ilk addımıdır. ABŞ, Avropa İttifaqı və region ölkələrinin razılığı ilə formalaşan bu yeni reallıq, Azərbaycanın yalnız hərbi deyil, diplomatik gücünün də təsdiqidir. Bu, kiçik bir dövlətin böyük güclər masasında öz maraqlarını qorumağı bacarığının ən parlaq nümunəsidir. 8 avqust 2025-ci il tarixi, Prezident İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi və diplomatik ustalığı sayəsində Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı kimi yadda qalacaq. Bu mərhələ, təkcə Zəngəzurdan Naxçıvana uzanan bir yolun açılması deyil, həm də Qafqazdan başlayan yeni dünya düzəninə atılmış mühüm addımdır. Vaşinqton Bəyannaməsi Cənubi Qafqaz üçün yalnız diplomatik sənəd deyil, həm də siyasi yol xəritəsidir. Onun uğuru, tərəflərin verdiyi öhdəliklərə sadiqliyindən, regional güclərin destruktiv təsirlərinə qarşı dura bilməsindən və beynəlxalq dəstəyin davamlılığından asılı olacaq. Azərbaycan üçün bu sənəd, dövlətin diplomatik mövqeyinin gücünü və regional liderlik statusunu bir daha təsdiqləyir. Lamiyə İsazadə, Yazıçı-publisist, QHT sədri.
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
Tarix: 30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
Tarix: 29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı
Tarix: 28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi -
27 sentyabrda konsert yayımladığına görə…
Tarix: 25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi
Tarix: 25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi
Tarix: 25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…
Tarix: 24.09.2026 / 09:56
Ərdoğan Paşinyanı Türkiyədə keçiriləcək COP31 liderlər sammitinə dəvət etdi
Tarix: 24.09.2026 / 09:25
Şahmatçılarımız erməni qadınlara niyə uduzub?
Tarix: 23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi -
Usmanov siyahıdan çıxarıldı
Tarix: 22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda
Tarix: 22.09.2026 / 06:59
Tramp özünə tənqidsiz-şərhsiz 24 saatlıq telekanal yaratdı -
azad medianı isə “demokratiya üçün təhlükə” adlandırdı
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...
Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ