Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Vüqar Rəhimzadə: Azərbaycan təbii qazının Türkiyə vasitəsilə Suriyaya ixracı Yaxın Şərq dövlətləri ilə əməkdaşlıqla yeni səhifə açır

Image


Azərbaycanın regionun və Avropanın enerji təhlükəsizliyində rolu günbəgün artır. Ölkəmizin enerji siyasəti təkcə iqtisadi inkişaf deyil, həm də qlobal enerji keçidinə, regional sabitliyə töhfə verən strateji model kimi nümunə göstərilir. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi nəticəsində reallığa çevrilən enerji layihələri dünyanın enerji xəritəsini yenidən formalaşdırır. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası daha da genişlənir, yeni layihələr gündəmə gətirilir. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla davam etdirilməsi, yeni neft-qaz yataqlarının kəşfində birgə səylərin artırılması, qardaş Türkiyə və qonşu Gürcüstanla birgə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin sırasına Cənub Qaz Dəhlizi layihəsinin daxil olması ölkəmizin regional və dünya enerji təhlükəsizliyinə verdiyi töhfələrdəndir. Tarixən neft ölkəsi olan Azərbaycan bu gün təbii qaz, elektrik enerjisi ixracatçısı kimi dünyanın diqqətindədir. Bu gün 12 ölkəyə qaz ixrac edirik. Onların 10-u Avropa ölkəsi, 8-i isə Avropa İttifaqının üzvüdür. Avropa İttifaqı Azərbaycanı etibarlı və ümum-Avropa qaz təchizatçısı adlandırır. Coğrafi əhatə baxımından maye qaz deyil, boru kəməri ilə nəql olunan qaza gəldikdə Azərbaycan qlobal səviyyədə aparıcı ölkələrdən biridir. Dövlət başçısı İlham Əliyev gələcək planlardan bəhs edərkən bildirir ki, hədəf 2030-cu ilə qədər qaz hasilatını daha 8 milyard kubmetr artırmaqdır. Bu gün 25 milyard kubmetr ixrac ediriksə, o zaman üçün təqribən 33 milyard kubmetr təşkil edəcək. Qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili diqqəti iyul ayında Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə səfəri çərçivəsində aparılan danışıqlara, əldə edilən razılaşmalara yönəldərək qeyd edib ki, dövlət başçısı İlham Əliyev ilə görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi vurğulandı. Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi və Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırıldı. Səfər çərçivəsində SOCAR ilə Suriya hökuməti arasında Anlaşma Memorandumu imzalandı. Sözügedən səfərə diqqət yetirməyimiz səbəbsiz deyil. Belə ki, avqustun 2-də Türkiyənin Kilis şəhərində mühüm tarixi hadisə yaşanacaq. İlk dəfə Azərbaycan təbii qazının dost, qardaş ölkənin ərazisi ilə Suriyaya ixracına başlanılır. Bu mühüm hadisə təkcə ölkəmizin enerji ixracında deyil, həm də Yaxın Şərq dövlətləri ilə əməkdaşlığında yeni səhifə olacaq. Türkiyə vasitəsilə Suriyaya çatdırılacaq Azərbaycan qazı əsasən elektrik enerjisi istehsalı üçün istifadə olunacaq. Bu, iki ölkə arasında strateji əməkdaşlığı gücləndirəcək mühüm hadisədir.

Vüqar Rəhimzadə onu da vurğulayıb ki, Azərbaycan təbii qazı yeni bazara daxil olur. Ölkəmizin enerji strategiyası yalnız daxili tələbatın ödənilməsinə deyil, həm də enerji ixracatçısı kimi mövqeyinin gücləndirilməsinə hesablanıb. Azərbaycanın çoxşaxəli siyasəti regionda yeni enerji xəritəsinin formalaşmasına təkan verir. Qeyd edək ki, hazırda Azərbaycan qazı əsasən Gürcüstan, Türkiyə və Avropa İttifaqı ölkələrinə ixrac edilir. Göründüyü kimi, Azərbaycan ənənəvi tərəfdaşları ilə əlaqələrini möhkəmləndirməklə bərabər, yeni bazarlara çıxışda maraqlıdır. Yeni tərəfdaşlar, dostlar qazanan ölkəmiz malik olduğu resurslara söykənərək gündəmə gətirdiyi hər bir layihəni birgə səylər əsasında uğurla reallığa çevirir. Qaz ixracının coğrafiyasının genişləndirilməsi, perspektivli ixrac istiqaməti kimi Yaxın Şərq regionunun da nəzərdən keçirilməsi özündə mühüm məqamları ehtiva edir. Türkiyə vasitəsilə Suriyaya ixrac yeni istiqamətdir. Ölkəmiz Suriyanın qaz nəqli şəbəkəsinə qoşulmaqla Livan, İordaniya və Misirə də mavi yanacaq ixrac edə bilər.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycanın enerji diplomatiyası əməkdaşlıq formatını yaradan körpüdür. Bugünümüzün reallıqları Azərbaycanın təbii ehtiyatlarının dünyanın enerji xəritəsini dəyişdiyini bir daha təsdiqləyir. Hazırda əsas hədəf şaxələndirmə formatının genişləndirilməsi, biznes imkanlarının yerli və dünya bazarlarına çıxışın istiqamətlərinin artırılmasıdır. Azərbaycan Avropa və Mərkəzi Asiyada olduğu kimi, Yaxın Şərqdə də etibarlı tərəfdaş kimi çıxış edir. Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya çatdırılması yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın bərpaolunan enerji sahəsində atdığı addımlar regional enerji bazarında yeni əməkdaşlıq formatlarının yaranmasına, yaşıl enerji ixracını hədəfləyən enerji dəhlizlərinin yaradılmasına və ölkənin yaşıl enerji mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə zəmin yaradır. Yaxın gələcəkdə Azərbaycanın Yaxın Şərq ölkələrinə elektrik ixracını reallaşdırması mümkündür.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan qazının Suriyaya ixracı enerji diplomatiyamızın növbəti uğurudur. Ölkəmiz təkcə enerji təchizatçısı deyil, həm də etibarlı tərəfdaş kimi regionda öz yerini möhkəmləndirir. Azərbaycan həm ixrac imkanlarını, həm də siyasi təsir coğrafiyasını genişləndirir. Hər bir ölkənin iqtisadi müstəqilliyi enerji təhlükəsizliyi ilə tamamlanır. Bu prinsip Azərbaycanın neft strategiyasının başlıca amili kimi bu gün də dəstəklənir və gələcəkdə də nümunə göstəriləcək. Azərbaycanın enerji diplomatiyası özünü doğrultmaqla ölkəmizin iqtisadi potensialının gücləndirilməsində mühüm rola malikdir. Azərbaycan qlobal əhəmiyyətli layihələrin həlli üçün əməkdaşlığa hazırdır və qazandığı təcrübələrin daha geniş miqyasda tətbiqində maraqlıdır.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ