Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Vüqar Rəhimzadə: Qərəzli qətnamə layihəsi Fransanın ifşa olunmuş əsl simasının göstəricisidir

Image


Fransanın siyasi dairələrinin, o cümlədən parlamentinin Yelisey Sarayından alınmış təlimatlar əsasında anti-Azərbaycan və islamofob fəaliyyəti davamlılığı ilə diqqətdədir. Bu dəfə həmin təlimatın icraçısı Fransada iqtidar koalisiyanın üzvü “Respublikaçılar” Partiyasıdır. Fransa mətbuatında ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası çərçivəsində səsləndirilən fikirlərin Milli Assambleyada irəli sürülmüş qətnamə layihəsində öz əksini tapması cızılan ssenarinin arxasında Makron administrasiyasının dayandığını bir daha təsdiqləyir. Bir mühüm məqamı da nəzərə alaq ki, qətnamə layihəsi Fransa ilə Yeni Kaledoniya arasında əldə olunmuş razılaşmadan çox keçmədən irəli sürüldü. Təbii ki, atılan bu addım təsadüfi xarakter daşıya bilməz. Azərbaycan diplomatiyasının son zamanlar müstəmləkəçiliyə qarşı beynəlxalq platformalarda nümayiş etdirdiyi prinsipial mövqe, xüsusilə də Fransanın dənizaşırı ərazilərində, o cümlədən Yeni Kaledoniyada baş verən proseslərə dair mövqeyi rəsmi Parisdə ciddi narahatlıq doğurur. Bu kontekstdə, prezident Emmanuel Makronun administrasiyası məhz Azərbaycanı hədəfə alan qətnamə layihəsi ilə çıxış etməklə ölkəmizə qarşı qərəzli mövqeyini açıq-aşkar nümayiş etdirir. Bu sənəd bir daha göstərir ki, Fransada bəzi dairələr Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin təmin edilməsində maraqlı olmadıqları üçün qərəzli yanaşmalarını davam etdirirlər. Qərəzli qətnamənin müəllifləri də daim erməni lobbisinin təsiri altında fəaliyyət göstərən, anti-Azərbaycan mövqeləri ilə tanınan şəxslərdir.

Tarixi Zəfərimizdən və suverenliyimizin tam bərpasından sonra Fransanın ölkəmizə qarşı bu günədək yürütdüyü qərəzli siyasətin açıq müstəviyə keçdiyi diqqətdən kənarda qalmır və bu, qəbul edilən qeyri-ciddi, Azərbaycan üçün adi kağız parçasından başqa bir şey olmayan qətnamə layihələrində də özünün aydın ifadəsini tapır. Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının irəlilədiyi bir mərhələdə, xüsusilə Əbu-Dabi görüşündən dərhal sonra belə bir qətnamə layihəsinin gündəmə gətirilməsi Fransanın sülh prosesindən narahat olduğunu, danışıqlar prosesindən kənarda qalmasını həzm edə bilmədiyini bir daha təsdiqləyir. Fransa Milli Assambleyasında irəli sürülən bu kimi qətnamələr beynəlxalq hüquqa zidd olmaqla yanaşı, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlikdir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, qətnamə layihəsində Ermənistanın “sülhsevər tərəf” kimi göstərilməsi əslində təəccüb doğurmur. 30 illik işğal dövründə də eyni yanaşma nümayiş etdirən bəzi dünya dövlətləri, o cümlədən Fransa bununla ikili standartlara əsaslanan siyasətini bir daha nümayiş etdirir. Azərbaycanın 28 il dünyadan ədalət gözləməsi sülh siyasətinin təsdiqi idi. Hər zaman ədalətin, beynəlxalq hüququn yanında olan ölkəmiz artıq tarixin arxivinə atılmış keçmiş Qarabağ münaqişəsinin sülh danışıqları əsasında həllinə səy göstərdi. Ermənistanın havadarlarının dəstəyinə arxalanaraq danışıqlar prosesinə sadəcə imitasiya xatirinə qatılması keçmiş münaqişənin həlli prosesinin 30 ilə yaxın uzanmasına gətirib çıxardı. 44 günlük İkinci Qarabağ müharibəsi, bir sutkadan az davam edən lokal antiterror tədbirləri ədalətin, beynəlxalq hüququn kimin tərəfində olmasının, Azərbaycanın real imkanlarının təqdimatı oldu. 44 gündə 30 ilin ədalətsizliyinə son qoymaq, tarixi ədaləti bərpa etmək Ermənistana və ona dəstək verənlərə dərs oldu. Bu gün Fransa kimi demokratik dəyərləri, ədaləti, beynəlxalq hüququ maraqlarının arxasında gizlədən dövlətlər reallığı inkar etməyə çalışsalar da sülh gündəliyinin müəllifi Azərbaycandır. Tarixi Zəfərimizdən dərhal sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq hüququn beş əsas prinsipini özündə ehtiva edən sülh təklifini irəli sürən tərəf də Azərbaycandır. Ötən bu illər ərzində ölkəmizin sülh müqaviləsinin imzalanması istiqamətində üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirdiyi göz qabağındadır.

Vüqar Rəhimzadə vurğulayıb ki, qətnamə layihəsində Azərbaycan xalqına qarşı törədilən cinayətlərə göz yumulur. Halbuki, bu gün işğaldan azad edilmiş ərazilərimiz erməni vəhşiliyinin dünyaya təqdimatıdır. Bu torpaqlarda olan xarici qonaqlar törədilən vəhşilikləri gözləri ilə görürlər. Özlərinə saxta tarix yazan ermənilərin dəstəkçiləri unudurlar ki, tarixi həqiqətləri ört-basdır etmək qeyri-mümkündür. XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımı erməni vəhşiliyinin əyani göstəricisidir. Qondarma qətnamə layihəsində Qərbi Azərbaycandan qovulan soydaşlarımızın geri qayıdış hüququ haqqında heç bir kəlmə qeyd edilmir. Amma bu kimi yanaşmalar Azərbaycan tərəfini narahat etmir. Çünki tarixi ədalətə söykənən təbliğat sonda qalib olur. Tarixi Zəfərimizin, suverenliyimizin bərpasının reallıqları fonunda Qarabağa və Şərqi Zəngəzura qayıdışımızın davamı olaraq artıq Qərbi Azərbaycana qayıdış günümüzün əsas çağırışıdır. Buna əsas verən tarixi ədalətdir.

Milli Məclisin deputatı onu da əlavə edib ki, Fransa bir tərəfdən Azərbaycanın ünvanına “demokratiya”, “insan haqları” kimi anlayışlardan sui-istifadə edir, digər tərəfdən isə öz daxilində Yeni Kaledoniya, Polineziya, Qvadelupa və digər müstəmləkə ərazilərində yerli xalqların azadlıq çağırışlarını amansızcasına boğur. Bu, Fransa dövlətinin neokolonial siyasətinin göstəricisidir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Prezident İlham Əliyev suverenliyimizin bərpasından sonra yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan hədəflərdən bəhs edərkən bu çağırışı etdi ki, bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik. Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz geridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Xankəndi şəhərində keçirilən III Şuşa Qlobal Media Forumundakı çıxışında da bu məsələyə xüsusi diqqət yönəltdi. Tədbir iştirakçısının Yeni Kaledoniya və Fransa arasında iyulun 12-də imzalanmış yeni razılaşmanı, eləcə də ədalət və azadlığa can atan dənizaşırı ərazilərdə hələ də davam edən kolonializmə qarşı mübarizəni nəzərə alaraq Azərbaycanın münasibəti ilə bağlı sualına cavabında Prezident İlham Əliyev vurğuladı ki, Fransa ilə Yeni Kaledoniya arasında baş vermiş hadisə tarixi presedentdir. Bu, hekayətin sonu deyil, başlanğıcıdır. Neokolonizmlə bağlı mövqeyimiz tam aydındır. Bu məsələ heç bir ikitərəfli gündəliyə daxil deyil. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan sədrliyin ilk ilindən başlayaraq dekolonizasiya, müstəmləkə olan ərazilərin müstəqilliyə və ədalətə qovuşması, eləcə də beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrası ilə bağlı səyləri dəstəkləmiş və təşviq etmişdir. Bu, Qoşulmama Hərəkatının sədri kimi öhdəliyimiz, eyni zamanda, bir ölkə kimi mövqeyimiz idi. Çünki bu gün XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hakimiyyəti altında saxlaya bilməz. Bu, xalqların fundamental hüquqlarına, onların azadlığına ziddir. Avropa qitəsinin əsas dəyərləri həmin müstəmləkə iddiaları ilə kobud şəkildə pozulur.

Vüqar Rəhimzadə bildirib ki, Yeni Kaledoniyada Azərbaycan bayraqları dalğalanır. Azərbaycan bundan sonra da Fransa hakimiyyətinin real simasını dünyaya göstərməkdə davam edəcək, işğal altında olan dənizaşırı ərazilərin müstəqillik uğrunda mübarizəsini dəstəkləyəcək.

Millət vəkili onu da vurğulayıb ki, qətnamədə mədəni irsin qorunmasından danışan Fransaya öz ərazisində ucaldılan və qadınların azadlığı rəmzini özündə əks etdirən Natəvanın heykəlinin Evian şəhərində təhqir olunmasının qarşısını almadığını xatırlatmaq kifayətdir. Reallıqları maraqlarından irəli gələn yalanlarla ört-basdır etmək, beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq mümkünsüzdür. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətinin uğurlarını həzm edə bilməyən Fransa kimi dövlətlərin gündəmə gətirdikləri belə qərəzli, reallıqdan uzaq, özlərinə təsəllidən başqa bir şey olmayan kağız parçaları dövlətimizin siyasətinə təsir etmək imkanında deyil. Azərbaycan hər zaman sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışları, qlobal problemlərin həllinə davamlı töhfələri ilə dünyanı bir araya gətirən birləşdirici, sabitləşdirici aktor kimi tanınır, mövqeyini möhkəmləndirir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ