Millət vəkili jurnalistləri təbrik etdi

Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə mətbuat işçilərini və jurnalistləri təbrik edib.
Millət vəkilinin özünün sosial media hesabında bu münasibətlə etdiyi paylaşımda deyilir:
- Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 150 il ötür. “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul (1875) ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. Respublikamızın mətbuat işçiləri, jurnalistlər peşə bayramlarını daha böyük həvəs və yüksək yaradıcılıq ruhunda qeyd edirlər.
Bu gün dövlət səviyyəsində kütləvi informasiya vasitələrinə hərtərəfli diqqət və qayğı göstərilir, onların daha səmərəli fəaliyyəti üçün əməli tədbirlər görülür.
Bir daha bütün mətbuat işçilərini və jurnalistləri peşə bayramı münasibətilə təbrik edir, hər birinə gələcək fəaliyyətlərində uğur və müvəffəqiyyət arzu edirik!
SAMİRƏ