"Prezident İlham Əliyev Rusiyadan təyyarə qəzasını rəsmi olaraq etiraf etməyi tələb edir" - Xarici KİV

Rumıniyanın və Bolqarıstanın nüfuzlu media orqanları Prezident İlham Əliyevin Şuşa şəhərində keçirilən III Qlobal Media Forumundakı çıxışına geniş yer ayırıblar. Yazılarda vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ilin dekabrında baş vermiş təyyarə qəzası ilə bağlı Rusiya Federasiyasından rəsmi etiraf tələb edib.
Rumıniya media orqanları o cümlədən, AGEPRES milli xəbər agentliyi, “Evenimentul Zilei” və “Mediafax”, həmçinin Bolqarıstanın BTA xəbər agentliyi, “24 chasa” və digər nəşrlər bildirirlər ki, dövlət başçısı Rusiyanın Azərbaycanın sərnişin təyyarəsini vurduğunu rəsmi şəkildə qəbul etməsini vacib hesab edir.
Rumıniya və Bolqarıstan mətbuatı bu hadisəni geniş şəkildə işıqlandırmaqla yanaşı, Prezident İlham Əliyevin çıxışını regionda təhlükəsizlik və beynəlxalq hüquq baxımından vacib çağırış kimi qiymətləndirir.
Mətləb Salahov