Bazar ertəsi günü, 05 oktyabr 2026
     

“Suriya tortu” bölüşülmür...

Image


Mətləb Salahov: “Bu ölkənin təbii sərvətləri və coğrafi mövqeyi dünya gücləri üçün həmişə hədəf olub”

“Suriyada yeni hakimiyyətin siyasi sistem yaratmaq və dövlət quruluşunu bərpa etmək addımları bölgədəki maraqlı qüvvələr tərəfindən müqavimətlə qarşılanır. Bəşər Əsədin xarabazarlığa çevirdiyi Suriyanı yenidən inşa etmək, minilliklər boyu qədim dövlətçilik tarixi olan bir ölkəni ayağa qaldırmaq bir çox güclər tərəfindən qəbul edilmir. Suriyanın cənubunda yerləşən Əs-Süveydə əyalətində bədəvilər və druzlar arasında baş verən toqquşmalar da birbaşa bölgədə strateji maraqları olan qüvvələrin əl izidir”.
Bu barədə “Bakı Xəbər”ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov deyib. O qeyd edib ki, uzun on illiklər boyu bu torpaqlarda öz maraqları üçün çarpışanlar və müəyyən dönəmlərdə bu ölkənin sərvətlərini və coğrafi mövqelərini mənimsəyənlər yenə dinc durmurlar. “Onlar hazırkı Əhməd əş-Şaraa hakimiyyətinin Suriyanı adət edilmiş qapazaltı dövlət imicindən qurtarmaq üçün işlər görməsini qəbul etmək istəmirlər.
Əlbəttdə, hazırkı hakimiyyətin Türkiyə ilə yaxınlığı da Rusiya, İran, habelə İsrail kimi bölgə ölkələrində sakit qarşılanmır. Bu ölkənin təbii sərvətləri və coğrafi mövqeyi dünya gücləri və bölgə dövlətləri üçün həmişə hədəf olub. Belə görünür ki, “Suriya tortundan” pay umanlar sakit durmayacaqlar. Bu isə o deməkdir ki, Suriyanın qan-qadalı günləri bitib-tükənməzdir...”

Namiq Quliyev




Paşinyan İrəvandakı revanşistləri “sındırır”..

Mətləb Salahov: “Artıq Rusiya da Ermənistandakı reallıqları qəbul edib, Köçəryanı və Sarkisyanı deyil, Paşinyanı seçib”

“Ermənistanda baş verənlər, xüsusilə hazırkı hakimiyyətə qarşı revanşist və Kremlə bağlı olan qüvvələrin zərərsizləşdirilməsi prosesi elə sürətlə həyata keçirilir ki, həttda Moskvadakıkar belə macal tapıb etiraz edə bilmirlər. Səbəb çox sadədir: bölgədə və dünya siyasətində yeni reallaıqlar hakimdir və üfunət iyi verən iylənmiş və işlənmiş siyasi meyitlərin, daşnak keşişlərinin müdafiəsinə qalxmaq heç kimə sərf etmir. Vladimir Putinin şəxsi dost-aşnası kimi tanınan Robert Köçəryan və Serj Sarkisyanın erməni siyasətinin künc-bucağına çəkilməsi və hazırkı Ermənistan ictimai fikrində heç kimin yadına düşməməsi dediklərimə tutarlı sübutdur. Revanşistlərin son çırpıntılarına fikir verməyin, artıq Ermənistan siyasətində bu siyasi meyitlərin dövrü tamamilə qapanır.” Bu fikirləri “Bakı Xəbər”ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov deyib. O qeyd edib ki, V.Putin son iki ayda Nikol Paşinyanla insensiv əlaqə və görüşlər keçirməklə əslində vaxtı bitmiş hazırkı revanşistləri və kilsə keşişlərini deyil, N.Paşinyanı seçib. “Moskvada da anlayırlar ki, artıq siyasi meyitlərlə kiməsə təzyiq etmək və ya bunların üzərində planlar qurmaq dövrü bitib. Cəmi 5-10 il əvvəl Ermənistanda kiməsə desəydin ki, Eçmiədzin kilsəsi, II Qaragen belə şəkildə rüsvay edilib “sındırılacaq”, heç kim inanmazdı. Amma bu gün hazırkı baş nazir II Qarageni bütün dünyada rüsvay edib, onu terrorçu adlandırır və kilsənin bütün imkanlarını məhv etməklə məşğuldur. Bu o deməkdir ki, N.Paşinyan on illiklərdir ki, erməni cəmiyyətini gənə kimi yeyib dağıdan streotipləri məhv edib aradan qaldırmaqla məşğuldur. Sözsüz ki,N.Paşinyanla belə əməkdaşlığa baxmayaraq Moskva öz gələcək Sarkisyanlarını, Köçəryanlarını yetişdirəcək. Əlbəttdə, Rusiya hər şeyi N.Paşinyanın öhdəsinə buraxıb əllərini havaya qaldırası deyil. Amma fakt odur ki, hazırkı erməni hakimiyyəti keçmiş tör-töküntüləri “sındırıb” məhv edir, Moskva isə artıq bu siyasi tullantılara ehtiyac duymur və gələcək siyasi marionetlərini hazırlamaq üzərində işləyir”.

Namiq Quliyev

Telefon manyaklğı - oğul ana qatili oldu...

Artıq elə bir dövrdə yaşayırıq ki, bütün nizam qaydaları, mənəvi sərhədlər, min illik adət və ənənələr internet əsrində yoxa çıxıb artıq. İş o yerə çatıb ki, cəmi 10-15 il bundan əvvəlki dəyərlər sistemini, ictimai qınaq qaydalararını çıraqla axtarırıq. Dünyanın inkişaf etmiş xalqları günümüzdəki texnologiya, internet yeniliklərindən inkişaf etmək, qabağa getmək üçün yararlanırlarsa, bizdə tam əksinədir. İnternet, Tik-tok əsrində İlon Masklar başqa planetlərdə yaşamaq üçün yollar axtarır, aya uçur, mənim cəmiyyətimdə isə hər gün bir ağıldankəm özünü “peyğəmbər”, “imam zaman” elan edir, bir başqa dələduz da cənnətə göndərmək adı ilə Azərbaycan cəmiyyətindəki xurafat şüurlu insanları aldadıb om minlərlə manat pullarını qamarlayır.
Təsəvvür edirsiniz, internet əsrində “cənnətə viza” komediyası, “axır zaman” biabırçılığı, bir qrup “dindarın” avam kütlədən istifadə edib qaz vurub qaza doldurması, Həcc ziyarəti üçün bir nəfərdən nə az nə çox, düz on min manat pulun alınması! Həcc, Kərbəla, Məşhəd adı ilə insanları aldadıb milyon qazanan “dindar” işbazlar cəmiyyətimizdə at oynadırlar. Sonra da Donald Tramp Səudiyyə Ərəbistanına, Qətər və Ərəb Əmirliklərinə gedib 3 trilyard dollarlıq “şapka” alır, üstəlik bu müsəlman ərəblər ona 400 milyon dollarlıq təyyarə hədiyyə edib Vaşinqtona yollayırlar. Amma bu ərəblərdən o tayda, Qəzzada isə müsəlman körpələr bir kiloqram un, bir litr su üçün həyatlarını qurban verirlər. Bu da sənə “cənnət”!
Nə isə gələk əsas mövzuya. Mövzu da odur ki, artıq uşaq və yeniyetmələrimiz internet və mobil telefon xəstəliyinə tutulublar. Özü də dəhşətli dərəcədə! İş o həddə çatıb ki, artıq övladlar öz valideynlərini deyil, tik-toku, telefon manyaklığını “seçirlər”.

Avropa Parlamentində korrupsiya qalmaqalı böyüyür

Mətləb Salahov: “4 milyard avroluq peyvənd qalmaqalı, şübhəli mesajlaşmalar Ursula Fon der Lyayenin sonunu gətirir”

“Ursula Fon der Lyayenin siyasi koryerası deyəsən uzun çəkməyəcək. Artıq qurum daxilində bu alman siyasətçi əleyhinə güclü etirazlar baş qaldırıb. Son olaraq rumıniyalı deputat Qeorqe Piperea və sağ partiyalardan olan digər deputatlar daha kəskin ittihamlar irəli sürürlər. Həttda onlar Komissiyanı koronavirus böhranı dövründə Ursula Fon der Lyayen ilə ABŞ-ın "Pfizer" şirkətinin rəhbəri arasında aparılmış mesajlaşma ilə bağlı məlumatları bu günədək açıqlamamaqda ittiham edirlər.
Bundan əlavə, təxminən 4 milyard avro dəyərində peyvəndlərin istifadəsiz qalması ilə bağlı məsələ də yenidən müzakirə masasına qaytarılır. Bu nə deməkdir? Bu o deməkdir ki, artıq şəxsən Avropa Komissiyasının rəhbəri kimi bu xanım siyasətçi ciddi hədəf taxtasındadır.”
Bu fikirləri “Bakı Xəbər”ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, zaman-zaman Avropa Komissiyası daxilində, habelə Avropa parlamentində böyük çirkli pullar müqabilində sifarişli layihə və qararların qəbulu barədə ittihamlar səsləndirilir ki, bu da özünü şəffaf elan etmiş bir siyasi qurum üçün ciddi nüfuzdan düşmə və etibarsızlıq faktıdır. “Diqqət edin: yenicə daha bir başqa qalmaqal Avropa Parlamentinin başının üstgünü alıb. Avropa Parlamentində radikal sağ qüvvələri birləşdirən sabiq “İdentiklik və Demokratiya” (ID) fraksiyasının parlament tərəfindən həvalə edilmiş milyonlarla avroluq vəsaiti qanunsuz şəkildə xərclədiyi iddiası yeni qalmaqala səbəb olub. Beynəlxalq araşdırma qrupu tərəfindən əldə edilən 29 səhifəlik hesabatda ID fraksiyasının 2019–2024-cü illərdə Avropa Parlamentindən aldığı 4,3 milyon avroluq vəsaiti hüquqazidd şəkildə istifadə etdiyi qeyd olunub. Artıq açıqca görünür ki, bu qurum daxilindəki korrupsiya və hüquqazidd əməllər elə ayrı-ayrı fraksiyalar tərəfindən ifşa olunur. Nüfuzu və imici ciddi şəkildə zədələnmiş bir qurumda ciddi dəyişikliklər ediləcəyi, xüsusilə Ursula Fon der Lyayenin postundan uzaqlaşacağı qaçılmaz reallqıdır”.

Namiq Quliyev

Paşinyan Ermənistanı kütləvi həbsxanaya çevirir...

Mətləb Salahov: “Erməni baş nazirin siyasi rəqiblərinə və dini qurumlara qarşı kütləvi həbslər aparmasını Qərbdəki “demokratiya keşikçiləri” görməzdən gəlirlər”

“Ermənistanda təkcə son bir ayda törədilən kütləvi həbslər, dini institutlara qarşı aparılan “səlib yürüşü” insan hüquqlarının kütləvi şəkildə pozulması ilə müşayiət olunur. Amma nədənsə Azərbaycana qarşı olmayan faktlarla hücum edib “insan hüquqlarının keşikçisi” kəsilənlər İrəvandakı bu acınacaqlı vəziyyətə səslərini də çıxarmırlar. Bu, açıq-aşkar ikili standartların güzgüsüdür”.
Bu fikirləri “Bakı Xəbər”ə açıqlamasında jurnalisr-ekspert Mətləb Salahov bildirib. M.Salahov qeyd edib ki, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın yenicə İrəvana səfər etməsi və baş verən dəhşətli pozuntularla bağlı bircə kəlmə də danışmaması Qərbin artıq iyrənc hala gəlmiş ikili siyasətinin üfunətli şəkildə davam etdiyini göstərir. “Diqqət edin, Avropa ittifaqının Ali nümayəndəsi Ermənistana gəlir və baş vermiş kütləvi həbslər, dini sektaya qarşı və sahibkarlara qarşı kütləvi həbslər barədə ağızucu belə danışmır. Nikol Paşinyan siyasi rəqiblərinə qarşı açıq-aşkar kütləvi həbslər reallaşdırır. Deputat toxunulmazlığı olan şəxslərin həbsi, sahibkar Samvel Karapetyanın əmlaklarının şəxsi istəklə “milliləşdirilməsi” və özünün həbsə atılması Ermənistan konstitusiyasının və demokratik prinsiplərin ciddi şəkildə pozulması deməkdir. Eçmiədzinə və orada təmsil olunan yüksək rütbəli kilsə rəhbərlərinə qarşı kampaniya isə dini azadlıqların və vicdan azadlığının pozulması kimi qiymətləndirilməlidir.

Maraqlıdır ki, bu cür hadisələrə nə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən, nə də Avropa Şurası və digər beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən bircə kəlmə də münasibət bildirilmədi. Üstəlik Yekaterenburqda Rusiya hakimiyyət orqanları tərəfindən vəhşicəsinə öldürülən azərbaycanlılar barədə də heç bir beynəlxalq təşkilat kiçicik bəyanat belə yaymadı. Səbəb? – yenə də ikili standartlar iyrəncliyi. Halbuki, Azərbaycanda ən kiçik inzibati hadisə belə baş verdikdə, həmin qurumlar bir-birinin ardınca bəyanatlarla çıxış edir, tələblər irəli sürür və hesabatlar hazırlayırlar. Görünür biz daha bir neçə əsr Qərbin iyrənc qoxuyan bu ikili standartlar siyasəti ilə yanaşı yeriyəcəyik...”

Namiq Quliyev

Putin Paşinyanın önünü açıb..

Mətləb Salahov: “daima Moskvanın nəzarətində olan kilsənin bu şəkildə zərərsizləşdirilməsi o deməkdir ki, Kreml paşinyanla əməkdaşlıqdan məmnundur”


Tramp dünyanı “fəlakət laboratoriyası”na çevrir...

Mətləb Salahov: “Hazırda dünyada beynəlxalq hüquq və norma deyilən kağız parçası da mövcud deyil”

“Artıq bütün dünyada hər kəsə gün kimi aydındır ki, İsrailin İrana hücumu, hazırda “atəşkəs” elan edilmiş qanlı müharibə ssenarisi məhz ABŞ-ın “yastığının altından” çıxıb. Çünki ABŞ prezidenti Donald Tramp son bir həftə ərzində Tehran və Təl- Əviv arasındakı müharibədə əsl siyasi dirijor kimi çıxış edir və bütün hərəkətləri ilə Yaxın Şərq üçün Vaşinqtonda yeni plan hazırlandığını təsdiqləyir. Ümumiyyətlə, son on il ərzində ABŞ-da hazırlanan planlar qanlı-qadalı müharibələrlə ortaya çıxarılır. Co Baydenin on minlərlə insanın ölümünə səbəb olan və bu gün də davam edən Ukrayna fəlakətini göstərmək kifayətdir”.
Bu fikirləri jurnalist-ekspert Mətləb Salahov “Bakı-Xəbər”ə açıqlamasında deyib. Onun sözlərinə görə, Ağ Evdə Yaxın Şərq üçün yeni xəritə hazırlanıb və bu plan “fəlakət laboratoriyası” formasında reallaşdırılır. M.Salahov qeyd edib ki, hakimiyyətə gəldiyi gündən dünyada sülh manifesti ilə çıxış edən D.Tramp bu gün sələfi C.Baydendən heç nə ilə fərqlənmir.
Bu yırtıcı biznesmen beynəlxalq qaydaları təpikləyib dünyaya hökm edən “ağa” çıxış etmək istəyir. Vladimir Putinlə əməkdaşlıq edib, Avropa liderlərini aşağılayan D.Tramp, Volodimir Zelenskini Ağ Evdə “qaralasa” da, sonda heç nə onun istədiyi kimi olmadı. Bütün bu iddiaları boşa çıxan D.Tramp, öz hökmranlığını sübut etmək üçün İran-İsrail müharibəsinə düymə basdı.
Açıq-aydın ortada olan fakt budur ki, hazırda dünyada beynəlxalq hüquq və norma deyilən kağız parçası da mövcud deyil. Ağ Ev sahibi əlindəki supergüc dövlət resursları ilə Yaxın Şərqdə yeni nizam yaratmağa, İran, Türkiyə kimi bölgə güclərinin mövqelərini neytrallaşdırmağa çalışır.
Bu, sözün əsl mənasında “fəlakət laboratoriyası”dır. Bu müharibənin təsirləri bütün bölgəni və dünyanı tezliklə ağuşuna alacaq. Burası dəqiq belədir. Çünki həttda bu “atəşkəs” illərlə sürsə belə, bu müharibədən sonra heç nə əvvəlki kimi olmayacaq. İranın nüvə arsenalına endirilən dağıdıcı zərbələrdən sonra sızma xəbərləri isə ətraf ölkələr üçün ölümcül radiasiya təhlükəsi deməkdir. Təkcə bu faktın özü min dəfə müharibədən ağır və ölümcül nəticələr deməkdir.
Beləcə, bütün dünya yırtıcı biznesmenin hoqqalarını “acı tamaşa” kimi izləməklə məşğuldur.

Paşinyan Ərdoğana sığınır...

Mətləb Salahov: “Erməni baş nazir İranın “qan itirdiyi”, Avropa və Rusiyanın başının qarışdığı bir vaxtda öz hakimiyyətinin təhlükəsizliyi üçün çapalayır”

“Ermənistan baş nazirinin Türkiyəyə səfəri bölgədəki müharibə prosesi, siyasi yerdəyişmələr fonunda baş verir. Nikol Paşinyan dünya siyasətinin ciddi aktorlarından sayılan, bölgə siyasətinin əsas lideri kimi ABŞ, Çin və Rusiya liderləri tərəfindən qəbul edilən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla yaxınlaşma siyasəti aparır. Düzdür, erməni cəmiyyətində baş nazirin bu manevrləri qıcıq yaradır və bu addımlara görə N.Paşinyan tənqidlərin və hücumların hədəfindədir. Xüsusilə revanşist dairələr və kilsə nümayəndələri ənənəvi xəstə təfəkkürə bürünüb erməni baş naziri Ərdoğana əyilməkdə ittiham edib, “topa tuturlar”.
Lakin görünən odur ki, hazırkı erməni baş nazir neçə əsrlərdir erməni cəmiyyətində kök atmış streotiplərdən tam fərqli olaraq real siyasət kursuna üstünlük verir və öz hakimiyyətinin təhlükəsizliyi üçün manevrlər edir”.
Bu fikirləri “Bakı xəbər”ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, N.Paşinyan İran-İsrail müharibəsinin alovlandığı bir vaxtda, əslində real vəziyyətdən faydalanmaq üçün çalışır. O qeyd edib ki, buna sübut kimi rəsmi İrəvanın artıq Avropadakı dəstəkçilərindən və başı qarışıq olan Rusiyadan ümidini kəsib Türkiyə ilə əlaqələrə üstünlük verməsini göstərmək olar. “N.Paşinyan əsl erməni hiyləgərliyi ilə iş aparır. Bölgədə kim güc sahibidirsə onunla yaxınlaşma və tərəfdaşlıq qurmağa, beynəlxalq dəstək qazanmağa çalışır. Əlbəttdə, açıq-aydın görünən odur ki, erməni baş nazir İranın “qan itirdiyi”, Avropa və Rusiyanın başının qarışdığı bir vaxtda öz hakimiyyətinin təhlükəsizliyi üçün çapalayır”

Namiq Quliyev


Qonşu qonşu olsa...

Bakını zibilləyən “şəhərlilər”

Yoxa çıxan KİNOMUZ...

Avropa liderləri Putinlə dil tapması üçün Zelenskiyə yalvarırlar...

Mətləb Salahov: “Açıq şəkildə görünür ki, Avropada Putin xofu hər gün artır”

“Fransa, Almaniya, Böyük Britaniya və Polşa liderlərinin şənbə günü gözlənilmədən Kiyevə getmələri, Volodimir Zelenski ilə Rusiya ilə sülh məsələlərini müzakirəyə çıxarmaları, üstəlik Vladimir Putinin İstanbula getməməsinə rəğmən Ukrayna Prezidentini Türkiyəyə getmək üçün təhrik etmələri ortaya bir sıra məsələləri çıxarır. İlk növbədə baş verənlər onu göstərir ki, qoca qitədə hal-hazırda Ukraynanı Avropa üçün Rusiyaya qarşı əsas səngər adlandırırlar. Avropada belə bir fikir hakimdir ki, Vladimir Putinin həlledici zərbə kimi bir andaca rus əsgərinin üzünü Avropaya tərəf çevirməsi an məsələsidir.”
Bu barədə jurnalist-ekspert Mətləb Salahov bildirib. Onun fikrincə xüsusilə bir neçə aydır ki, ABŞ prezidenti Donald Trampın Avropa liderlərini aşağılayan münasibəti və bunun tam əksinə Rusiya lideri ilə sıx münasibətlər qurması Avropa İttifaqında ciddi narahatçılıq doğurur. “Dörd Avropa liderinin Kiyevdə V.Zelenski ilə məhz D.Trampın təklif etdiyi sülh razılaşması barədə müzakirələr aparmaları, ilk növbədə onların çıxılmaz durumda olduqlarını göstərir. V.Putinin saymazyana ddımları, danışıqlar üçün İstanbula getməməsi gərginliyi həm artırır, həm də Aİ liderlərini tələm-tələsik sülh üçün V.Zelenskiyə təzyiqləri artırmağa sövq edir. Avropa liderləri Ukrayna müharibəsinin başa çatması və Rusiyanın simasında Avropa üçün bundan sonra gözlənilməz situasiyaların yaşanmaması üçün çapalayırlar. Onlar qorxurlar ki, müharibə uzanacağı təqdirdə Rusiya daha böyük üstünlüklərə yiyələnəcək və Avropa xoşagəlməz situasiya ilə qarşılaşacaq.”

Namiq Quliyev

Başına daş salınmış MƏKTƏB...

Əvvəla ondan başlayım ki, ölkəmizdə son dərəcə böyük şəraiti və texnoloji imkanları olan gözəl məktəblər tikilir. Bu hər il baş verir və neçə - neçə gözəl məktəb ocaqları şagird və müəllimlərin ixtiyarına verilir. Bu, gerçəkdən belədir. Qalır o məktəblərdə gözəl tədris, idarəetmə və bilik qazanmaq. Hə, dərd də burdadır elə...
Artıq neçə illərdir ki, orta məktəblərdəki direktorların özbaşınalığı, nizam-intizamın xaosla əvəzlənməsi, bir sıra müəllimlərin dövlətin tədris saatında şagirdə aşılamalı olduğu biliyi dərsdən sonrakı pullu məşğələyə saxlaması və bununla da orta məktəblərdə repititor biznesinin çiçəklənməsi barədə o ki var yazırlar. Biraz təəcüblü, bir o qədər də bəzilərinin xoşuna gəlməsə də sovet təhsil sisteminin nizam-intizam və tədris taktikasının üstünlüyü barədə xatirələr də aradabir media və sosial şəbəkə səhifələrini bəzəyir. Haqlıdırlarmı?-əlbətddə müəyyən mənada bəli. Özü də pedaqoqdan daha çox dəllala bənzəyən bir sıra direktorların məktəbi belə şəkildə nüfuzdan saldığı bir vaxtda bütün müqayisələr aktual səslənir.
Nə oldu ki, məktəb bu sürətlə hörmətdən düşdü, necə oldu ki, bir vaxtlar gələcək nəsillər üçün az qala müqəddəs bünövrə sayılan, dəhlizlərində müəllimi görəndə şagirdlərin hörmət və təzim göstərdikləri təhsil ocağı belə acınacaqlı günlərə qaldı? Necə oldu ki, bir vaxtlar valideyndən on qat artıq uşaqlara ata-ana qayğısı götərən o böyük MÜƏLLİM adı, nüfuzu beləcə ucuz şəkildə xərclənib bitirildi?
Gələk əsas məsələyə. Son günlər məktəblərin hüquqi publik şəxs statusunda fəaliyyət göstərəcəkləri barədə danışılır və təklif edilir. Məktəblərin publik hüquqi şəxs olması, onların dövlətin tərkib hissəsi olaraq fəaliyyət göstərməkdən çıxaraq müstəqil hüquqi şəxs statusu alması deməkdir. Bu o deməkdir ki, məktəblər müstəqil olacaq, məktəb direktorlarının qərarvermə səlahiyyəti genişlənəcək, onlar məktəb ərazilərinin icarəyə verilməsi, müstəqil maliyyə sistemi yaradılması kimi qərarlar verə biləcəklər.
Bundan başqa, hüquqi və maliyyə müstəqilliyi o zaman effektiv olacaq ki, məktəbləri idarə edən şəxslər bu sahədə zəruri bilik və bacarıqlara malik olsunlar. Mövcud direktor korpusunun əksəriyyətinin pedaqoji təcrübədən uzaq olduğunu hər kəs bilir. Üstəlik onların menecment, hüquq və maliyyə idarəçiliyi sahəsindən də bixəbər olmaları gün kimi aydındır. Alverçi təfəkkürlü bir sıra məktəb direktorları üçün yeni təklif edilən təhsil sistemi ancaq bir baxımdan maraqlı ola bilər - necə edək ki, daha çox qazanaq, vəssalam! Bu sistem tətbiq edilərsə, həm də məktəblərdə sosial təbəqələşməni dərinləşdirəcək.
Axı bunun reallaşması, uğurla tətbiq edilməsi üçün heç bir real baza, təfəkkür və ictimai düşüncə yoxdur cənablar! Yalançı, formal bər-bəzəkli "yenilik" xəstəliyi bizi qəti rahat buraxmır. Bizə yad olan belə “ideyalarla” özümüzü və qamətimizi daha da sındırırıq, başqa heç nə.
Dünyanın dörd bucağındakı bütün “yenilikləri” doldururuq təhsil sistemimizə. Bura Norveç, İsveç, Belçika deyil, bura Azərbaycandır və bu ölkədə ənənəvi, yüksək dəyər qazanmış tədris və pedaqoji tarix var. Hə, orası düzdür ki, o tarix də, o təcrübə və ənənə də məhv edilib getdi tarixin arxivinə..
Xüsusilə məktəb direktorlarının özbaşınalığı haqlı hiddət doğurur. Hörmətli Təhsil Nazirliyi, özünüzü fironlaşan məktəb direktorları qarşısında belə aciz göstərməyin, direktorlara təsiri olmayan formal quruma çevrilməyin. Çünki heç bir hörməti və funksiyası olmayan Təhsil Nazirliyi o deməkdir ki, təhsildə xaosdur, dərəbəylikdir və bu o anlama gəlir ki, ölkənin gələcəyi olan indiki uşaqlar bu xaosun içində məhv olub gedirlər. Doğrudanmı bu ölkədə gözəllik salonlarından məktəb direktorluğuna “atlayanlardan” fərqli olaraq əsl PEDAQOQLAR qəhətə çıxıb??? Guya siz bilmirsiniz ki, məktəblərdə repetitor biznesini gücləndirməklə dövlətin tədris proqramı lazımsız vaxt itkisnə çevrilib?

Sizin heç xəbəriniz yoxdurmu ki, vicdanını qoruyub saxlayan müəllimlərdən başqa, digərləri dövlətin tədris saatında şagirdə ötürməli olduğu biliyi pullu dərs saatına saxlayır? Bu təkcə maaş azlığına görə deyil, həm də daha çox qazanmaq hərisliyi ilə bağlıdır. Xəbəriniz varmı ki, ibtidai sinif şagirdlərinin məktəbli çantaları NATO əsgərlərinin çantalarından daha ağırdır.
Ali məktəblərin ağır tədris proqramını orta məktəb dərsliklərinə köçürüb qırmayın uşaqların belini və beynini. Təsəvvür edin ki, 3-cü sinif şagirdinin həll etməli olduğu məsələlər ali məktəblərin birinci kurs tələbələri səviyyəsindədir. Bu tədris bu uşaqların qavrama və beyin miqyası üçün deyil.

Xəbəriniz varmı ki, orta məktəb dərsliklərinin səviyyəsi o qədər aşağıdır ki, dərsliklərdəki qüsurlar gülüş obyektinə çevrilib? Bu dərsliklərlə siz normal bilikli nəsillərin yetişdirilməsinə doğrudanmı özünüz də inanırsınız? Gəlin bu xalqın gələcəyini doğulmamışdan məhv edib bir kənara tullamayaq, rica edirəm!!!

Mətləb Salahov

Paşinyan ikili oynayır - Putinin çətirinə də sığınır, Makronun qucağına da...

Mətləb Salahov: “ Qərb Paşinyanın siyasi şıltaqlıqlarına bölgədəki gələcək maraqları naminə dözür”

“Ermənistan hakimiyyətinin ölkədaxili siyasi manevrləri artıq dramatik şəkil alıb. Erməni Kilsəsi ilə açıq düşmənçiliyə rəvac verən, özünə qarşı müxalifətdən daha təhlükəli hesab etdiyi Qarageni bütün mənalarda bitirmək üçün qollarını çırmalayan Nikol Paşinyan, dostlarını və düşmənlərini təəcübləndirməkdə davam edir. Özünü bölgədə Qərbin adamı kimi tanıtmağa çalışan, amma son bir ay ərzində həm də Kremldə Vladimir Putinin sevimli qonağı kimi gəzişən erməni hökümətinin rəhbəri seçkiöncəsi beynəlxalq dəstəyinin də qayğısına qalır”. Bu fikirləri jurnalist-ekspert Mətləb Salahov bildirib. M.Salahovun fikrincə hazırkı erməni baş nazir bir yandan da Gorusda Fransa konsulluğu açmaqla

Mətləb Salahov: “Sosial şəbəkələrdə cinsi azlıqların və əxlaqsızların ilk informasiya hədəfi uşaq və yeniyetmələrdir”

“Valideyn məsuliyyətsizliyi ucbatından uşaq və yeniyetmələrin gələcəyi sosial şəbəkələrdə məhv olub gedir”

“Bu mövzu demək olar ki, cəmiyyətin bir nömrəli əsas problemidir. İnternet resurslarının, xüsusilə sosial şəbəkələrin nəzarətsiz poliqon kimi cəmiyyəti başına götürdüyü bir zamanda uşaq və yeniyetmələrin zərərli informasiyalardan qorunması vacibdən vacib məsələdir. Nəzərə alsaq ki, əksər valideynlər də bu məsələyə lazımı şəkildə diqqət göstərmirlər, uşaqların informasiya təhlükəsizliyi barədə yetərincə məlumatlı deyillər, o zaman vahiməli məsələ göz önündədir. Çünki Tik-tok və digər sosial şəbəkə seqmentlərində cinsi azlıqların, əxlaq pozğunu olan bir sıra “müğənnilərin” mənəviyyatımıza, dəyərlərimizə zidd reklam siyasəti yürüdülür. Özü də bu siyasət üçün ilk informasiya hədəfi uşaq və yeniyetmələr seçilir. Bu iyrənc və təhlükəli siyasət uşaqların psixologiyasına, gələcəkdə şəxsiyyət kimi şikəst formalaşmasına zəmin yaradır.

Uşaqları internetdəki zərərli informasiyalardan qorumaq ilk növbədə valideynlərin məsuliyyətidir. Lakin min dəfə təəsüflər olsun ki, bir sıra valideynlər uşaqlarını əyləndirmək, sakitləşdirmək, ya da özlərinə vaxt ayırmaq üçün körpələri internetin ağuşuna atırlar. Uşaqların yaşına uyğun olmayan təhlükəli informasiya və reklamlarla tanışlıq onların hərəkət və fizioloji durumuna da mənfi təsir edir. Artıq iş o yerə çatıb ki, uşaqların internet aludəçiliyi psixoloji tramva halına çevrilib. İndi həttda 2-3 yaşlı körpənin əlindən planşet və telefonu almaq ağır məsələdir, həttda mümkünsüzdür. Bu isə o deməkdir ki, uşağı başından edib “qulağı dinc” asudə vaxt qazanmaq istəyən valideynlər, əvəzində öz körpələrinin gələcəyini də risk qaltına atırlar.
Ən ideal yol uşaqların yaşına, internet məzmununa və müddətinə uyğun monitorinq mexanizmi yaratmaqdır. Beləcə uşaq həm inkişaf etməkdə olan dünya ilə ayaqlaşacaq, həm də texnologiyaya aludə olmayacaq. Diqqət edin: ciddi tədbirlər görülməsə, uşaqlar ciddi şəkildə “internet pandemiyasından” əziyyən çəkəcəklər. Bu proses onların psixologiyasına elə sarsıdıcı zərbə endirəcək ki, bu onların gələcək həyatlarında təhlükəli tramva kimi davam edəcək.”

Paşinyan ya kilsəni "bitirəcək”, ya da özü bitəcək...

Mətləb Salahov: “II Qaregin “xüsusi çəkili agent” kimi

"Ermənistanda hazırkı hakimiyyət üçün siyasi revanşistlərdən qat-qat təhlükəli sayılan erməni Qriqoryan kilsəsi artıq bitiş dövrünə daxil olur. Hakimiyyətə gəldiyi ilk gündən kilsədəkilərlə kəskin münaqişələr yaşayan N.Paşinyan önündəki maniəni tamamilə "təmizləməkdə" israrlıdır." Bu fikirləri "Bakı Xəbər"ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, uzun on illiklərdir ki, erməni kilsəsini öz maraqları üçün "qalxana" çevirmiş Katolikos II Qaregin hazırda erməni siyasəti üçün mərkəzi rol halına gəlib: "Diqqət edin, daima Serj Sarkisyan və Robert Köçəryan hakimiyyəti ilə mehriban davranan Qaragen, hazırda aktiv siyasəti qoşularaq N.Paşinyan üçün əsl başağrısına çevrilib. II Qaragen artıq təkcə erməni revanşistləri üçün deyil, habelə xaricdəki daşnakstyun təşkilatı və bölgədə mühüm maraqları olan dövlətlər üçün əsas siyasi fiqur kimi siyasətə atılıb. Daima Edrmənistanda siyasi proseslərə bu və digər şəkildə diktə edən kilsənin N.Paşinyana qarşı mübarizənin ön cərgəsində durması o deməkdir ki, Ermənistanda siyasi partlayış çox yaxındadır.
Çünki kilsənin hegemonluğuna birdəfəlik son qoyacağı təqdirdə N.Paşinyanın uzun illər Ermənistanda hakimiyyətdə qalmaq şansı yaranacaq. Bu həm də onun düşmənləri üzərində psxiloji və ictimai qələbəsi demək olacaq. Amma bunun tam əksinə, şəxsən Katolikos II Qaregini məğlub edə bilməyəcəyi təqdirdə N.Paşinyanın hakimiyyəti üçün böyük təhlükə yaranacaq.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ