Karapetyana qarşı "çirkli pulların yuyulması" ittihamı irəli sürülüb

Nikol Paşinyanın İrəvanda həbsə atdığı rusiyalı iş adamı Samvel Karapetyana qarşı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən yeni ittihamlar irəli sürülüb. Bu barədə mətbuata həbs edilmiş biznesmenin vəkilləri məlumat yayıblar.
Vəkillərin bildirdiyinə görə, Karapetyan bir neçə şirkətin fəaliyyəti nəticəsində “çirkli pulların yuyulması”nda ittiham olunur. Onlar hesab edirlər ki, bu ittihamlar heç bir fakt təqdim olunmadan, əsassız şəkildə irəli sürülüb. “Son vaxtlar Ermənistanda ‘çirkli pulların yuyulması’ ittihamı siyasi qisas aləti kimi istifadə edilir və bu, artıq geniş yayılmış praktika halını alıb”, – deyə Karapetyanın müdafiəçiləri bəyan ediblər.
Mətləb Salahov