Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Şamaxıdan mesaj - Media dinin siyasiləşdirilməsinə qarşı dayanan böyük qüvvədir...

Image


Ramin Məmmədov: “Media və din ayrı-ayrılıqda cəmiyyətin mənəvi inkişafında və ictimai əxlaq normalarının formalaşmasında vacib rol oynayır”

Şamaxı şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda keçirilən konfransda Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və Milli mətbuatın 150 illik yubileyi münasibətilə media mənsublarını təbrik edib.
R. Məmmədov çıxışında bildirib: “Ulu Öndər Heydər Əliyev milli mətbuatı cəmiyyətin maariflənməsində və ictimai rəyin formalaşmasında əvəzsiz vasitə kimi qiymətləndirirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan institusional islahatlar medianın güclənməsinə yönəlmiş dövlət siyasətinin təzahürüdür.
Dövlətin mediaya davamlı dəstəyi nəticə etibarilə informasiya təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir. İnformasiya təhlükəsizliyi isə kifayət qədər geniş, olduqca mürəkkəb struktura malik, özündə çoxsaylı çağırışları ehtiva edən xüsusi bir sahədir. Onun vacib komponentlərindən biri də cəmiyyətdə dini-ideoloji zəmində qütbləşmə yaratmaq cəhdlərinə qarşı bürokratik tədbirlərin görülməsi və ictimai müqavimətin formalaşdırılmasıdır”.
R.Məmmədov qeyd edib ki, Azərbaycan öz tarixi, dini və mədəni köklərinə bağlı, eyni zamanda dünyəvi dövlət modelinə sadiq ölkədir. “Bu gün respublikamızda dini durum sabit və sağlamdır. Bizim ölkəmizdə əsrlərboyu formalaşmış tolerantlıq ənənələri Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da təkmilləşdirilən dövlət-din münasibətləri modelinin əsasını təşkil edir.
Azərbaycanda bir-birinin qonşuluğunda yerləşən məscidlər, kilsələr və sinaqoqlar birgəyaşayışın, qarşılıqlı hörmətin və multikultural dəyərlərimizin nümunələridir. Tolerantlıq Azərbaycanın milli sərvəti, xalqımızın mədəni yaddaşının bir hissəsidir. Media bu dəyərli sərvətin qorunması, dinin siyasiləşdirilməsinin, müxtəlif dairələr tərəfindən fərqli məqsədlər üçün istifadə edilməsinin qarşısının alınmasında mühüm rol oynayır.
Çünki müasir medianın işi yalnız informasiyanı çatdırmaqla bitmir. İndi o, həm də vətəndaş məsuliyyətinin formalaşmasında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında vacib rol oynayır. Təəssüflə qeyd etməliyik ki, bu gün müxtəlif vasitələrlə, xüsusilə də sosial media üzərindən Azərbaycana qarşı dini zəmində ideoloji təhdidlər mövcuddur”.
R.Məmmədov vurğulayıb ki, rəqəmsal platformalar vasitəsilə yayılan yanlış məlumatlar, dinin mahiyyətini təhrif edən çağırışlar, ictimai şüura yönəlmiş manipulyativ məzmunlar planlı şəkildə dövriyyəyə buraxılır: “Məqsəd təkcə dövlətimizə, dinə qarşı mənfi münasibət formalaşdırmaq deyil, həm də insanları qarşı-qarşıya qoymaqdır. Radikal dini cərəyanlar və bəzi xarici dini mərkəzlərin fəaliyyəti milli təhlükəsizlik üçün ciddi çağırışlar yaradır.
Texnologiyanın sürətli inkişafı, xüsusilə süni intellektin informasiya istehsalına və yayımına daxil olması özü ilə yeni imkanlar, eyni zamanda yeni risklər gətirir. Bu sahədə etik sərhədlərin qorunması və vahid yanaşmaların formalaşdırılması qlobal media gündəminin əsas mövzusuna çevrilib. İndi bizim cavab verməli olduğumuz ən vacib sual bundan ibarətdir: bu çağırışlara hazırıqmı?
belə mürəkkəb və sürətlə dəyişən şəraitdə Azərbaycan cəmiyyətinin bütövlüyünü, ideoloji təhlükəsizliyini qorumaq üçün resurslarımızdan necə istifadə etməliyik? Bu suallar həm də ona görə aktualdır ki, din bəzi hallarda mənəvi-əxlaqi və fəlsəfi mahiyyətinə uyğun olmayan bir tərzdə cəmiyyətə təqdim olunur.
Dinin təşviq etdiyi ideyalar insanların mənəvi kamilliyinə, ictimai münasibətlərdə sosial-əxlaqi prinsiplərin düzgün qavranılmasına xidmət etsə də, bəzən ayrı-ayrı qrupların, dövlətlərin əlində ideoloji silaha çevrilərək, müəyyən cəmiyyətlərdə parçalanma yaratmaq üçün istifadə edilir. Belə məqamlarda medianın ictimai və dövlət mənafelərini qorumağı hədəfləyən fəaliyyəti cəmiyyətdə dini harmoniyanı, həmrəyliyi, konsensusu təmin etməyə mühüm töhfə verir”.
Dövlət Komitəsinin sədri bildirib ki, məlumatlandırmaq, maarifçilik, ictimai rəyə təsir kimi funksiyaları yerinə yetirən medianın ən böyük missiyası mənəvi-əxlaqi dəyərlər sisteminin formalaşmasında iştirak etməsidir. “Din media vasitəsilə yalnız ibadət və mərasimlər kontekstində deyil, həm də sosial və mənəvi dəyərlər sistemi kimi təqdim edilir. Məhz buna görə də dinin ruhani gücü və medianın informasiya təsiri arasında gözlə görünməyən, lakin çox sıx və möhkəm bağ mövcuddur.
Media və din ayrı-ayrılıqda cəmiyyətin mənəvi inkişafında və ictimai əxlaq normalarının formalaşmasında vacib rol oynayır. Amma birlikdə olduqda bu təsir daha da güclənir və ictimai fikrə, mənəvi dəyərlərə, sosial münasibətlərə, cəmiyyətin ümumi inkişafına istiqamət verən amilə çevrilir. Bu mənada məmnuniyyətlə vurğulamaq olar ki, Azərbaycan mətbuatında dini mövzulara münasibətdə emosional yanaşma deyil, elmi, hüquqi və ictimai məsuliyyətə əsaslanan obyektivlik əsas meyar kimi çıxış edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olaraq biz medianı hər zaman tərəfdaşımız kimi qəbul edir, açıq və səmərəli əməkdaşlıq prinsipini əsas götürürük. İnanırıq ki, sizlərin dəstəyi ilə milli dəyərlərimizin qorunması, cəmiyyətimizdə ideoloji sabitliyin möhkəmləndirilməsi istiqamətində daha çox iş görmək mümkündür.
Ən böyük üstünlüyümüz ondan ibarətdir ki, dini etiqadından, etnik mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq bütün vətəndaşlarımızı vahid ideya və amal uğrunda səfərbər edə biləcək, hər birimizin hüquqlarını qorumağa qadir güclü dövlətimiz var. Dinimiz, ənənələrimiz, milli-mənəvi dəyərlərimiz, söz azadlığı, dini etiqad azadlığı kimi fundamental hüquqlar bizim üçün son dərəcə mühümdür.
Lakin onların hər birini qorumaq, təmin etmək üçün hamımızın hər zaman ehtiyac duyduğumuz daha bir ali dəyər var – dövlətimiz. Bizim yaxşı din xadimi, peşəkar jurnalist, çalışqan məmur və ya başqa bir ixtisas sahibi olmaqla bərabər həm də vətəndaş kimliyimiz var. Bu mənada düşünürük ki, konfransdakı müzakirələr söz və vicdan azadlığı ilə vətəndaş məsuliyyəti arasında çox incə xətti müəyyən edən faydalı ideya və təklifləri dinləmək imkanı verəcək.
Hər birinizdən müzakirələrdə fəal olmağı xahiş edir, konfransın işinə uğurlar arzulayıram”-deyə Dövlət Komitəsi sədri bildirib.
İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ