Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən "Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin təməli" adlı konfransda çıxışı zamanı mühüm fikirlər səsləndirib. O qeyd edib ki, Azərbaycan dövləti heç bir xarici maliyyə yardımı olmadan öz gücünə arxalanıb işğaldan azad olunan ərazilərdə həyata keçirdiyi layihələrin dünyada analoqu yoxdur.
E.Hüseynov bildirb ki, Ağdam və Füzuli rayonları sovet dövründən bölgənin iqtisadi fəallığı baxımından həm əhalinin sıx məskunlaşdığı, həm də regionda inkişafı etmiş bir mərkəzlər formasında fəaliyyət göstəriblər.
Mətləb Salahov