Xameneinin müşaviri yenə Azərbaycan əleyhinə danışdı - bu dəfə pakistanlı nazirlə görüşündə...

İranın dini rəhbəri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Pakistanın İranda səfərdə olan daxili işlər naziri Seyyid Möhsün Nəqəvi ilə görüşündə Azərbaycan əleyhinə fikirlər səsləndirib. SİTAT: “Sizin Azərbaycan Respublikası ilə yaxın münasibətləriniz var, ancaq ehtiyatlı olmalısınız, Azərbaycan islam dünyasının xeyrinə olmayan hərəkətlər edir. Azərbaycan Əhməd əş-Şara və sionist rejimin nümayəndələrinin görüşünü təşkil edir, İsrailin fələstinlilərə qarşı cinayətləri ilə eyni vaxtda İsrailə neft göndərir”, - o, Azərbaycan Respublikası barədə ənənəvi iddialarını təkrar edib.
Vilayəti buna görə Pakistanı Azərbaycan Respublikasından hesabat istəməyə dəvət edib. Belə görünür ki, İrandakı bəzi qüvvələr vaxtaşırı Azərbaycan əleyhinə pislik etməkdən çəkinmirlər.
Mətləb