Cümə axşamı günü, 13 avqust 2026
     

Vüqar Rəhimzadə: Ümummilli Liderin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır

Image


Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin respublikamızda birinci dəfə hakimiyyətə gəlməsindən 56 il keçir. Ulu Öndərin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilməsi ilə respublika həyatında yeni inkişaf mərhələsinin əsası qoyuldu. İqtisadi və sosial sahədə həyata keçirilən kompleks islahatlar qısa zamanda Azərbaycanı keçmiş İttifaq respublikaları arasında inkişaf dinamikasına görə öncül mövqeyə yüksəltdi, güclü sənaye-aqrar potensialı yaradıldı. Həmin illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərdi, özünüdərki və soy-kökə qayıdışı təmin etdi, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrildi. Ümummilli Lider Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi bacarığı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha nümayiş etdirdi. Ulu Öndər bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkdi və respublikamızın inkişafı üçün bütün imkanlardan istifadə etdi. Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcı kimi dəyərləndirilir. Çünki ötən əsrin 70-80-ci illərində yaradılan iqtisadi və milli-mədəni potensial ölkəmizin gələcək müstəqilliyinin əsasını qoymuşdur. Sonrakı illərdə həmin dövrdə görülən işləri həyata keçirdiyi tədbirlərdən geniş bəhs edən Ulu Öndər Heydər Əliyev bildirmişdir ki, bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur.

Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində 1982-ci ildə Azərbaycan artıq keçmiş İttifaq respublikaları sırasında qabaqcıl yerlərdə dayandı. Ulu Öndərin gördüyü işlər sayəsində həm ağır sənaye, həm kənd təsərrüfatı, həm də yüngül sənaye sahələri böyük dərəcədə inkişaf etdi. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, bugünkü müasur müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda bu gün də fəaliyyət göstərərək ölkəmizin inkişafına öz töhfələrini verirlər.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, 56 il bundan əvvəl ölkəmizin gələcəyi üçün yaradılan möhkəm təməl Azərbaycanın hazırda qalib, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən ölkə kimi təqdimatında əhəmiyyətli rol oynayır. Hələ 1969-cu il iyulun 14-də Azərbaycanın rəhbəri seçilən Ulu Öndər Heydər Əliyev xalqımızın xoşbəxt gələcəyi istiqamətində bir-birindən mühüm addımlar atdı. Azərbaycançılıq ideologiyasının inkişafı prioritet məsələlər sırasında oldu. Azərbaycan gəncinin daha savadlı, yüksək dünyagörüşünə malik, vətənpərvər şəxsiyyət kimi yetişməsi istiqamətində mühüm addım atıldı. Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Həmin illərdə minlərlə Azərbaycan gənci keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərildi.

Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin çıxışlarında yer alan bu mühüm məqama xüsusi diqqət yönəldərək bildirib ki, Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırdı və Azərbaycan xalqının faciələri o gündən başladı. Şübhə yoxdur ki, əgər Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Dahi şəxsiyyət Heydər Əliyevin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu.

Millət vəkili Ulu Öndərin hakimiyyətinin ikinci dövründə də Azərbaycanı böyük faciələrdən, təhlükələrdən xilas etdiyini qeyd edib. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadıqları xalqımızı öz xilaskarına üz tutmasını şərtləndirdi. Azərbaycan müstəqilliyini itirmək, parçalanmaq təhlükəsini yaşayırdı. Bu ağır günlərdə xalqın təkidli tələbinə səs verərək hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi. Ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtaran Ümummilli Lider düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə vüsət alan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu Azərbaycanın dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ulu Öndər Heydər Əliyev böyük əziyyətlər bahasına Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Ümummilli Lider məhz həmin illərin çətinlikləri fonunda davamlı inkişaf yoluna çıxan Azərbaycanın uğurlarına söykənərək bildirmişdir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən də çətindir.

Vüqar Rəhimzadə vurğulayıb ki, Ümummilli Lider müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri müəyyənləşdərək onları uğurla həyata keçirdi. Müəllifi olduğu milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi. 1994-cü il 20 sentyabr tarixində dahi şəxsiyyətin böyük səyləri nəticəsində “Əsrin müqaviləsi” imzalandı. Bu saziş ölkəmizin bu gününə və gələcəyinə inamı artırdı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı günbəgün artdı. 1993-2003-cü illərin mühüm hadisələrindən biri də Azərbaycanının ilk Konstitusiyasının qəbul olunması oldu. Bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ümummilli Liderin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur. Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi möhkəmləndi. Hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həlllində əsas amillərdən olan diplomatik mübarizədə üstünlüyün qorunması istiqamətində davamlı addımlar atıldı. 1993-2003-cü illəri xarakterizə edən reallıq budur ki, Azərbaycan dünyaya Güməş kimi doğdu. 2003-cü ildən bu Günəş öz parlaqlığını daha da qorudu, bugünkü və gələcək inkişafa yol açdı.

Millət vəkili bildirib ki, 2003-cü ildə xalqımız Heydər Əliyev siyasətinə səs verərək cənab İlham Əliyevin Prezident seçilməsini təmin etdi. Bu. inamlı qələbə Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanı uğurdan-uğura, Zəfərdən-zəfərə aparır. Prezident İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində Ümummilli Liderə nu müraciəti etmişdir ki, əsəriniz olan müasir müstəqil Azərbaycanı daha da zənginləşdirəcək, qüdrətləndirəcək, zəfərlərə aparacaq. Son 21 ildən artıq dövrdə keçirilən 2008, 2013, 2018, 2024-cü il prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsi hər bir vədini əməli işi ilə təsdiqlədiyini nümayiş etdirir. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası Azərbaycanın yeni dövrə qədəm qoymasını təmin etməklə yanaşı, ötən il müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident seçkilərinin keçirilməsini şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyev ötən il andiçmə mərasimində böyük əminliklə qeyd etdi ki, 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla getdi. 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik.

Vüqar Rəhimzadə qeyd edib ki, Heydər Əliyev siyasətinin uğurları davamlıdır. Bu gün Azərbaycan dünyaya dirçəliş modelini təqdim edir. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Artıq 16 şəhər və kənd sakinlərinə qovuşub. Böyük Qayıdış Proqramı uğurla icra edilir. Qarabağımız və Şərqi Zəngəzurumuz diplomatik mərkəzə çevrilib. Tezliklə Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Qərbi Azərbaycana da qayıdışdan bəhs edəcəyik. Güclü lider, düşünülmüş siyasət uğurlarımızın əsasıdır.

Millət vəkili Heydər Əliyev irsinin təbliği missiyasını uğurla yerinə yetirən Heydər Əliyev Fondunun xidmətlərindən də bəhs edib. Fondun gercəkləşdirdiyi layihələr ölkəmizin hərtərəfli inkişafına böyük dəstəkdir. Azərbaycanın informasiya cəbhəsində üstünlüyünü qoruması istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlər yüksək dəyərləndirilir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin fevralında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilərkən Fondun gördüyü işlərin bu təyinatda rolu xüsusi qeyd edildi. Bu gün qalib, yeni Azərbaycan Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində yeni-yeni hədəflərə doğru inamla addımlayır. Hər bir uğurumuz Heydər Əliyev siyasətinin təntənəsidir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:54
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdi?..

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya və Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:38
Rusiya Azərbaycan üzərindən Ermənistana buğda göndərir...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

12.08.2026 / 17:35
İran Hörmüzün açılmasına görə ABŞ-a yeni tələblər qoydu...

12.08.2026 / 17:04
Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

12.08.2026 / 16:53
Tramp NATO Zirvəsindən "İranı vurun" əmrini bu səbəbdən verdi - qurulmuş plan...

12.08.2026 / 16:46
Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır - Yunus Oğuz

12.08.2026 / 16:41
Ermənistan və İran arasında müəmmalı "TRIPP anlaşması"...

12.08.2026 / 16:25
Naxçıvanda ictimai nəqliyyat yeniləndi - 72 elektrikli avtobus...

12.08.2026 / 16:17
Prezident bölgənin gələcək siyasi-iqtisadi xəritəsini elan etdi!

12.08.2026 / 16:11
Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ hərəkətə gəldi...

12.08.2026 / 15:42
Vergi hüquqpozmalarının sayı sürətlə artır...

12.08.2026 / 15:26
Naxçıvanın imkanları TRIPP marşrutunu bütövləşdirir...

12.08.2026 / 15:09
Ukrayna Qara dənizdə qazax nefti daşıyan tankerlərə hücumları dayandırdı - neft nəhəngindən Trampa zəng...

12.08.2026 / 14:54
Qars-İqdır-Naxçıvan dəmiryolu “dəhlizlər diplomatiyasında” önəmli yer tutur...

12.08.2026 / 14:40
TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi

12.08.2026 / 14:27
Azərbaycanda buğda istehsalı hələ də problem içində qalıb...

12.08.2026 / 14:10
Paşinyanın keşişlərlə son döyüşü...

12.08.2026 / 13:48
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

12.08.2026 / 13:35
Tehran Bakıya minnətdarlıq etdi - Pezeşkian Azərbaycanla əlaqələrə yeni yanaşma tətbiq edir...

12.08.2026 / 13:20
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin (DSD İB) “Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

12.08.2026 / 13:14
Ukrayna Putinin iqamətgahındakı S-400 və elektron müharibə sistemlərini vurdu - 1,5 milyardlıq lüks saray müdafiəsiz qaldı…

12.08.2026 / 13:09
Köçlə bağlı mənfi paylaşımlar edən şəxslər ifşa edildi - Komitədən sərt açıqlama...

12.08.2026 / 12:55
Azərbaycan-Rusiya sərhədini pozmağa cəhd edən Əlcəzair vətəndaşları saxlandı

12.08.2026 / 12:41
Danimarkada Putinin büstü qoyuldu, altı saat sonra başını qoparıb apardılar…

12.08.2026 / 12:26
ABŞ Dövlət katibindən UNO-larla bağlı açıqlama – “hərbi bazalarımızın üzərindən uçan bəzi obyektlər var”...

12.08.2026 / 12:10
Tramp İrana etibar etmədiyini deyir - dəfələrlə yalan danışıblar…

12.08.2026 / 11:48
ABŞ ordusu Oman körfəzində bir gəmiyə hücum etdiyini rəsmən təsdiqlədi...

12.08.2026 / 11:31
Azərbaycanın İsveçdəki səfiri dəyişdirildi

12.08.2026 / 11:26
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edildi

12.08.2026 / 11:11
Zakir Həsənov Naxçıvanda hərbi hissələrdə oldu - FOTO

12.08.2026 / 10:55
Prezidentin sosial media hesablarında Naxçıvanda Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb - VİDEO

12.08.2026 / 10:47
Azərbaycan nefti bahalaşdı - 95,57 dollar...

12.08.2026 / 10:35
Zəngəzur dəhlizinin Naxçıvan hissəsində işlər davam edir - MR dəmir yolu şəbəkəsi yenidən qurulur...

12.08.2026 / 10:18
Naxçıvanda təmir olunacaq yolların siyahısı müəyyənləşdi

12.08.2026 / 10:14
Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrıldı - SƏRƏNCAM

12.08.2026 / 09:30
DİN uşaqlarla bağlı sürücülərə və valideynlərə müraciət etdi - kiçik səhlənkarlıq böyük faciələrə səbəb ola bilər...

12.08.2026 / 09:17
Bakıda 46 kiloqram narkotik vasitə aşkarlandı

12.08.2026 / 07:47
Tramp NATO Sammitindən macəralı qayıdışına aydınlıq gətirdi - “Məxfi Xidmətin qərarı idi…”

12.08.2026 / 07:31
Berlində Rus Evinə hücumlar başladı - “… casus mərkəzi kimi istifadə olunur”…

12.08.2026 / 07:17
Türkiyə Qara dənizdə təhlükəsizlik dəhlizlərinin yaradılmasını təklif edir

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ