"Rusiya ilə müharibə təkcə Ukrayna üçün deyil..."

Polşa Baş naziri Donald Tusk Rusiya barəsində danışıb. Polşa lideri bildirib ki, Rusiya ilə müharibə təkcə Ukrayna üçün deyil, həm də Avropa və bəlkə də bütün dünya üçün bir müharibədir. SİTAT: "Ukraynanın qələbəsi bütün Avropa üçün təhlükəsizlik məsələsidir. Qələbə isə ərazi bütövlüyü, suverenlik və sadə desək, ədalətli və davamlı sülh deməkdir", - Tusk vurğulayıb.
Mətləb Salahov