"60 günlük atəşkəsə razıyıq, amma..."

İsrailin baş nazir Benyamin Netanyahu ABŞ-a səfəri zamanı mühüm fikirlər səsləndirib. Baş nazir bildirib ki, İsrail Qəzza zolağında münaqişənin diplomatik yolla həllinə razıdır. Netanyahu vurğulayıb ki, İsrail anklavda 60 günlük atəşkəsə razıdır, lakin tam demilitarizasiyada və Fələstinin radikal HƏMAS hərəkatının sektorda hakimiyyətdən uzaqlaşdırılmasında israrlıdır. Baş nazir bildirib ki, diplomatiya nəticə verməsə, İsrail bu məqsədinə hərbi yolla nail olmaq niyyətindədir.
Mətləb