Bazar ertəsi günü, 05 oktyabr 2026
     

“İki sahil” keçdiyi şərəfli yolla müstəqilliyimizin bərpasının 34 illik tarixinə bələdçilik edir

Image


Müsahibimiz Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadədir

-Vüqar müəllim, çoxsaylı mətbu orqanlar arasında özünəməxsus yeri olan «İki sahil» qəzeti 34 yaşını qeyd edir. Ötən 34 ilin zirvəsindən dönüb geri baxanda qəzetin keçdiyi yolu necə şərh edərdiniz?

- “İki sahil” qəzetinin ilk nömrəsinin çapdan çıxmasından ötən 34 il zaman baxımından çox böyük olmasa da bu illərin hər birinin qəzetimizinn tarixinə yazdığı möhtəşəm səhifələr sanki bir əsrə bərabər yol keçildiyini təsdiqləyir. Əvvəlcə onu vurğulayım ki, “İki sahil”in yarandığı dövrün reallıqları ilə bugünümüzü müqayisə etdikdə çox çətin, eyni zamanda, şərəfli yol keçdiyimizi, xüsusilə qəzetin fəaliyyətə başladığı ilk illərdə əvvəlki hakimiyyətlər tərəfindən yaradılan maneələrə sinə gərərək heç zaman tutduğumuz yoldan, əqidəmizdən dönmədiyimizi böyük qürur hissi ilə qeyd edirik. Təbii ki, ilk addımlarımız ciddi çətinliklərlə müşayiət olunsa da sonrakı illərdə qazandığımız uğurlar artıq çoxdan tarixə qovuşmuş həmin anları bu gün qürur hissi ilə xalırlamağımıza stimul verir. Çünki biz “İki sahil”çilər ilk gündən müəyyənləşdirdiyimiz hədəfə söykənərək yola çıxmışdıq. Şübhəsiz, hələ müstəqilliyini bərpa etməmiş, zamanın sərt, amansız burulğanlarının məngənəsində çabalayan odövrki Azərbaycanın reallığında qət etməli olduğumuz yolun heç də hamar olmayacağını yaxşı bilirdik. Onu da yaxşı bilirdik ki, xaosun, anarxiyanın, ozbaşınalığın meydan suladığı həmin dövrdə bütün çətinlikləri göz altına almalı, hədəfimizə çatmaq üçün fədakarlıq, böyük cəsarət nümayiş etdirməliyik. “İki sahil” məhz bu cəsarəti, fədakarlığı nümayiş etdirdi, Yenə də təkrar edirəm ki, 1991-ci ilin 10 iyul tarixində qəzetimizin ilk nömrəsi işıq üzü görəndə Azərbaycan hələ dövlət müstəqilliyini bərpa etməmişdi. Daim tariximizin faciəli səhifəsi kimi vərəqlənən, SSRİ məkanında senzuranın tüğyan etdiyi həmin illərdə hansısa müttəfiq respublikada, o cümlədən Azərbaycanda müstəqil mətbuatın yaranıb fəaliyyət göstərməsindən danışmaq sadəcə, çox çətin idi. Belə bir çətin şəraitdə qəzetimizin nəşrə başlaması, ilk nömrəsindən etibarən qazandığı hər bir uğur kollektivimizin birliyinin, bütün qüvvə və bacarıqlarını vahid amala, istəyə yönəltmələrinin nəticəsidir. Dövlətçiliyimizin möhkəmlənməsinə töhfə vermək, müasir müstəqil Azərbayanımızın daha da qüdrətlənməsinə, həqiqətlərimizin təbliği hər zaman əsas amalımız olub. 34 il əvvəl eyni amal, eyni məqsəd, eyni məramla çıxdığımız yola bundan sonra da davam etdirəcəyik. Qəzetimizin keçdiyi 34 illik şərəfli yol dövlət müstəqilliyimizin bərpasının 34 illik tarixinə bələdçilik edir. Biz “İki sahil” olaraq müstəqillik tariximizin ayrı-ayrı dövrlərinin təbliği missiyasını şərəflə yerinə yetirərək oxucu auditoriyasını günbəgün genişləndirdik. Bir an belə unutmuruq ki, oxucu sevgisini, inamını qazanmaq hər bir mətbu orqanın fəaliyyətinin əsas stimulverici amilidir.

- Vüqar müəllim, “İki sahil” qəzetinin Yeni Azərbaycan Partiyasının ideoloji fəaliyyətinin həyata keçirilməsində iştirakını necə şərh edərdiniz?

- Əvvəldə də qeyd etdiyimiz kimi, «İki sahil» qəzeti hər zaman Ümummilli Lider Heydər Əliyevin ideyalarının təbliğatçısı olub. Xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi olan 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə «Azərbaycan Sizin sözünüzü gözləyir» başlıqlı müraciəti «İki sahil» qəzetində gərc olunub. Yeni Azərbaycan Partiyasının yaranması zərurətini, bu siyası qüvvənin təşkilatlanmasını, keçdiyi inkişaf yolunu geniş şəkildə işıqlandıran «İki sahil» daim tutduğu yola sadiqlik nümayiş etdirərək Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi Yeni Azərbaycan Partiyasının fəaliyyətinin təbliğində fəal iştirakı ilə diqqətdədir. Həm «İki sahil» qəzetinin baş redaktoru, həm də məşhur «91-lər»dən biri olaraq fəxrlə qeyd edirəm ki, Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 2-ci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində müstəqilliyimizin ilk illərində yaşanan vəziyyəti təhlil edərkən həqiqətlərin təbliğində «İki sahil» qəzetinin rolunu yüksək qiymətləndirib. Ulu Öndər həmin müşavirədəki çıxışında bildirib ki, «İki sahil» qəzeti həqiqətlərin təbliğində çox böyük işlər görüb və Yeni Azərbaycan Partiyasına xidmət edir. Ümummilli Lider onu da qeyd etmişdi ki, Yeni Azərbaycan Partiyası olmayan zamanlarda da "İki sahil” qəzeti çox cəsarətli məqalələr yayımlayıb. Ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə “İki sahil” qəzeti yaxşı fəaliyyət göstərib.

Ümummilli Liderin “İki sahil”in fəaliyyətinə verdiyi bu yüksək qiymət hər zaman fəaliyyətimizin yol xəritəsidir, məsuliyyət hissimizi artıran əsas çağırışdır.

Ümummilli Lider Heydər Əliyev daim mətbuata böyük diqqət və qayğı ilə yanaşırdı. Bu il qəzetimizin mətbuatımızın 150 illik yubileyinə təsadüf edən 34 yaşı bizim üçün ikiqat bayram və sevincdir. Hər zaman jurnalistlərin dostu olan Ulu Öndər Heydər Əliyev medianın inkişafını prioritet vəzifələrdən biri hesab edirdi. Bu gün cəmiyyətin güzgüsü kimi dəyərləndirilən Azərbaycan mətbuatı üzərinə düşən missiyanı uğurla yerinə yetirərək ictimaiyyətin informasiya tələbatının ödənilməsini təmin edir. Demokratik cəmiyyətin varlığının əsas göstəricisi olan azad mətbuatın inkişafına xüsusi diqqət yetirən Ümummilli Lider daim jurnalistləri obyektiv, qərəzsiz olmağa çağırırdı. Bu gün ölkəmizdə çoxlu sayda mətbu orqanın fəaliyyəti məhz bu sahəyə xüsusi diqqətin göstərilməsinin təsdiqidir. Çoxsaylı mətbu orqanlar arasında «İki sahil»in özünəməxsusluğunu qoruması, daim obyektiv, cəmiyyəti düşündürən məsələlərlə bağlı materialların dərcinə xüsusi yer verməsi qəzetin oxucu auditoriyasının genişlənməsini təmin edir. Əlbəttə, oxucu məhəbbətini necə qazandığımızı fəaliyyətimiz cavablandırır. Eyni zamanda, oxucu rəyi daim gələcəyə daha inamla addımlamağımıza əsas verir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin bu gün adını tarixə torpaqlarımızın xilaskarı kimi yazmasını şərtləndirən 44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin 2023-cü ildə bir günlük lokal antiterror tədbirləri mətbuatımızın üzərinə düşən missiyanı necə yerinə yetirdiyini bir daha nümayiş etdirdi. Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq, unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoydu, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərdi, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratdı.

“İki sahil” Zəfər dastanına gedən yolun təqdimatında fəal iştirak edərək həm 44 günlük Vətən müharibəsi, həm də postmünaqişə dövrünün reallıqlarını faktlar əsasında ictimaiyyətə çatdırmasından böyük şərəf duydu. Hər gün tariximizə yazılan zəfərlərin müjdəçisi olmaqdan böyük xoşbəxtlik ola bilərmi? Bu xoşbəxtlikdən, şübhəsiz, “İki sahil”ə də pay düşdü.

Azərbaycanın hər bir uğuru, dövlətimizin uğurlu siyasəti “İki sahil” qəzetinin səhifələrində geniş təhlil edilərək dolğun şəkildə ictimaiyyətə çatdırılır. Tarixi Zəfərimizdən, şanlı Qələbədən sonrakı dövrün reallıqlarından böyük qürur hissi ilə bəhs edirik. Həyata keçirilən hər bir layihə bugünümüz və gələcəyimiz üçün önəmlidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri daim “İki sahil”in qürurla bəhs etdiyi tarixi məqamlar sırasındadır.

Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün artıq qalib, bütövləşən Azərbaycanın uğurlarından bəhs edirik. Tarixi Zəfərimiz bütün sahələrdə yenilklərə, islahatlara yol açdı. İctimai-siyasi həyatımızda aparıcı rol oynayan, ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultayı YAP-ın fəaliyyətində yeni mərhələnin başlanğıcı oldu. Yeni tərkib formalaşdı, yeni Nizamnamə qəbul olundu. Dövlət başçısı İlham Əliyevin tapşırığana uyğun olaraq yeni Proqram işlənib hazırlandı və 2021-ci ilin sonunda qəbul edildi. «Biz birlikdə güclüyük!» çağırışını özündə ehtiva edən yeni Proqram Yeni Azərbaycan Partiyasının bundan sonrakı fəaliyyəti üçün yol xəritəsi oldu. Partiyanın yeni Nizamnaməyə və Proqrama uyğun olaraq atdığı hər bir addım, rayon və şəhər təşkilatlarının gördüyü işlər «İki sahil» qəzetinin səhifələrində ardıcıl və geniş işıqlandırılır. Qəzetimizin hər bir əməkdaşı bundan böyük qürur hissi keçirir.

-SOCAR-ın təsisçiliyi ilə fəaliyyət göstərən “İki sahil” ölkə iqtisadiyyatının inkişafında neft amilinin rolunu ictimaiyyətə necə təqdim edir?

- Əvvəldə onu qeyd edim ki, artıq 34 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın bugünkü reallıqlarını düzgün dəyərləndirmək üçün təbii ki, müstəqilliyimizin bərpasının ilk illərinə nəzər salmaq bir zərurət kimi qarşıda dayanır. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan Ermənistanın hərbi təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Taleyimizin həll olunduğu belə bir ağır zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi. Ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ümummilli Liderin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. Ulu Öndərin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin əsl sahibinə çevrildi. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ümummilli Lider Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri oldu.

Bütün bu reallıqların təbliğində, ölkə ictimaiyyətinə çatdırılmasında «İki sahil» üzərinə düşən missiyanı şərəflə yerinə yetirdi və bu gün də həmin siyasətin Prezident İlham Əliyevin uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın qazandığı uğurları böyük qürur hissi ilə təbliğ edir. Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizin və suverenliyimizin tam bərpasının reallıqları fonunda Azərbaycanın sülh və əməkdaşlıq gündəliyinin müəllifi kimi rolundan, dünyaya ünvanladığı birlik, həmrəylik, sülh çağırışlarından, azad Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsindən geniş bəhs edən «İki sahil»in səhifələrində son beş ilin xoş ovqatı daha aydın görünür. Qəzetin hər nömrəsinin manşetinə çıxarılan çağırışların hər biri qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanın qarşıdakı dövr üçün hədəflərini açıqlayır. Düşünülmüş və gələcəyə hesablanmış siyasət Azərbaycanı biri-birindən möhtəşəm uğurlara doğru aparır.

Ümummilli Lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» çağırışı Azərbaycanın bugünkü realıqlarında özünün aydın ifadəsini tapır. Müstəqil Azərbaycanın iqtisadi inkişafında və dünya birliyində layiqli yer tutmasında əhəmiyyətli rol oynayan neft hasilatı böyük tarixə malikdir. Bu gün Azərbaycanın iqtisadi inkişafında SOCAR-ın əhəmiyyətli rolu var. Azərbaycanın neft və qaz ehtiyatlarına malik olması SOCAR kimi nəhəng transmilli şirkətin yaranması zərurətini meydana çıxardı. Bu gün SOCAR neft və təbii qazın hasilatında, nəqlində, emalında və dünya bazarlarına çıxarılmasında mühüm funksiyanı yerinə yetirir. Hazırda SOCAR-ın uğurla həyata keçirdiyi layihələr onun modern beynəlxalq transmilli şirkət kimi nüfuz qazanmasında öz sözünü deyir. Yaradıcı kollektivimiz qəzetimizin təsisçisi olan SOCAR-ın çoxşaxəli fəaliyyətini daha geniş şəkildə ictimaiyyətə çatdırmağa çalışır və məmnunluq hissi ilə qeyd etməliyəm ki, bu məqsədinə nail olur. Ümummilli Lideri Heydər Əliyevin neft strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev təbii sərvətlərin beynəlxalq miqyasdakı əhəmiyyətini yüksək qiymətləndirərək artıq ölkəmizi dünyanın enerji təhlükəsizliyinin təminatında əsas söz sahibinə çevirib. Azərbaycanın hazırda etibarlı tərəfdaş kimi nüfuz qazanması neft strategiyasının uğurlu icrasının nəticəsidir. Bu gün Azərbaycan həm də dünya üzrə mühüm təbii qaz ixracatçısı kimi tanınır. Respublikamız hazırda 12 ölkəyə qaz ixrac edir. Təbii ki, bu, son deyil və həm ölkəmizin böyük potensiala malik olmasından, həm də səyləri birləşdirərək, təcrübə mübadiləsi apararaq əməkdaşlıq nəticəsində hədəflərə doğru inaimla addımlamasından irəli gəlir.

«İki sahil» bu reallıqların təbliğatçısı kimi daim fəaliyyətini genişləndirir. «Əsrin müqavailəsi»nin davamı olaraq «Yeni əsrin müqaviləsi»nin imzalanması, Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsi və sair biri-birindən əhəmiyyətli qlobal layihələrin həyata vəsiqə alması Heydər Əliyev siyasətinin Azərbaycana qazandırdığı uğurların təqdimatlarıdır. Qəzetimiz hər zaman bu uğurları izləməklə yanaşı, onları əsaslı şəkildə oxucularına çatdırır. Təbii ki, SOCAR-ın fəaliyyəti həm təsisçi olaraq, həm də ölkə iqtisadiyyatının inkişafına davamlı töhfələr verən transmilli şirkət olaraq bizim üçün önəmlidir. Hazırda qəzetin hər bir sayında SOCAR-la yanaşı, şirkətin bütün strtukturlarının gördüyü işlər geniş şəkildə təbliğ edilir.

- Vətən müharibəsində Qələbəmizdən sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbul edilməsini şərtləndirdi…

- Bəli, tamamilə doğrudur. Media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılması və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılması əsas hədəflər sırasındadır. Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin edir. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci ilin yanvarında imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman medianın qarşısında yeni imkanlar açdı. Yeni «Media haqqında» Qanunun qəbulu dövrün müasir çağırışlarını özündə ehtiva edir ki, «İki sahil» qəzeti də bu çağırışların yüksçk səviyyədə yerinə yetirilməsinə səy göstərir. Yeni çağırışlar, hədəflər inkişaf, tərəqqi deməkdir. Bu çağırışların yüksək səviyyədə cavablandırılması isə mətbu orqaplardan, eyni zamanda, jurnalistlərimizdən daha məsuliyyətli olmağı tələb edir. Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirir, rəqabət qabiliyyətini artırır. «İki sahil» də bu rəqabətdə öz yerini qorumağa, daha da möhkəmləndirməyə çalışır.

- Bugünkü qəzet bolluğu şəraitində "İki sahil”in yerini qoruması hansı amillərə söykənir?

- Özünəməxsusluq məsuliyyət hissini daim öndə saxlayır. Məsuliyyətli olmaq, peşəkarlığı artırmaq, gənclərin yaşlı nəslin təcrübəsindən bəhrələnməsinə geniş imkanlar yaratmaq əsas tələblərdəndir. Ən əsası odur ki, hər bir jurnalist mətbuatın başlıca prinsiplərini qorumalıdır. Obyektivlik, qərəzsizlik, vətənpərvərlik hissinin artırılması əsasdır.

- Vüqar müəllim, bu gün hansı sahəyə müraciət etsək gənclərin böyük çoxluq təşkil etdiyini görərik. Dövlətimizin siyasətində gənslərin malik olduqları potensialdan səmərəli istifadə etmək bir çağırış kimi qarşıda dayanır. «İki sahil» gənc yazarların inkişafına necə yol açır?

- «İki sahil» daim yenililəşməyə, təkmilləşməyə maraq göstərir. Yeni dövrün yeni çağırışları olur ki, bu da öz növbəsində kadr məsələsini aktuallaşdırır. Təbii ki, hər il minlərlə məzunun olduğunu nəzərə alsaq, görərik ki, onlar arasında «İki sahil»i jurnalist fəaliyyətinin gələcəyi üçün ünvan seçənlər azlıq təşkil etmir. Təbii ki, nəzəriyyəni təcrübə ilə eyniləşdirmək mümkün deyil. Gənclərin biliklərini təcrübəyə tətbiq etmələri üçün yaşlı nəslin məsləhətlərinə, təcrübəsinə böyük ehtiyacı var. «İki sahil» bu sahədə bir məktəbdir. Bunu təbii ki, keçdiyimiz 34 illik yola söykənərək qeyd edirik. «İki sahil» həmişə peşəkar əməkdaşları ilə oxucularının görüşünə gəlib. Bundan daim böyük qürur hissi keçiririk. “İki sahil” qəzeti 34 illik tarixi ərzində böyük təcrübə əldə edərək, qarşıdakı illər üçün mühüm uğurların təməlini qoyub.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ