Keçmiş PKK terror qruplaşmasının həbsdə olan lideri Abdullah Öcalan videomüraciət edib. Türkiyə mediasının xəbərinə görə, o, videomüraciətində bu il fevralın 27-də etdiyi çağırışa sadiq olduğunu bildirib: "Əldə olunan hazırkı məqam çox dəyərli və tarixi məqam hesab edilməlidir". A.Öcalan deyib ki, silahların buraxılması istiqamətində daha praktik və konkret, qətiyyətli addımlara keçmək üçün səylər davam etdirilir: "PKK dövlət qurmaq məqsədindən və əsas müharibə strategiyasından əl çəkərək mövcudluğunu bitirib".
A.Öcəlan DEM Partiyanın Türkiyə Böyük Millət Məclisindəki digər partiyalarla birlikdə tərk-silah prosesinin uğurla keçməsi üçün üzərinə düşəni edəcəyini də vurğulayıb: "Mən silahların deyil, siyasətin və sosial sülhün gücünə inanıram. Mən sizi bu prinsipi həyata keçirməyə çağırıram". Mətləb Salahov