Hakan Fidan və Yaşar Gülər Pakistanda - bu mühüm məsələlər müzakirə olunacaq
Türkiyənin xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər rəsmi səfərlə Pakistana gediblər.
Bu barədə Pakistanın Xarici İşlər Nazirliyi rəsmi açıqlama yayıb. Məlumatda deyilir ki, səfər zamanı H.Fidan Pakistan tərəfi ilə qarşılıqlı maraq doğuran bütün əsas məsələləri müzakirə edəcək. Yaşar Gülər Pakistan rəhbərliyi ilə müdafiə və təhlükəsizlik məsələləri üzrə danışıqlar aparacaq. "Səfər Pakistan və Türkiyə arasında qarşılıqlı etimada əsaslanan qardaşlıq əlaqələrini əks etdirir", - qurumun məlumatında bildirilib.
Mətləb Salahov






















