İran mətbuatı ECO -nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb

İran mediası Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünü geniş işıqlandırıb. Belə ki, İranın rəsmi xəbər agentliyi İRNA, həmçinin Mehr, İSNA, İLNA və digər internet resurslarında, “Kayhan” qəzetində Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayrılıb. Dərc olunan materiallarda İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü xüsusilə vurğulanıb.
Bildirilib ki, ECO çərçivəsində həyata keçirilən iqtisadi layihələr üzv dövlətlərin iqtisadi inkişafına təkan verir. İran enerji resurslarına malik ölkə kimi ECO-nun inkişafında maraqlıdır. Saytlarda Azərbaycanın iqtisadi inkişafından bəhs olunub, tədbirin yüksək səviyyədə keçirildiyi vurğulanıb və rəsmi Bakının ECO çərçivəsində fəal olduğu bildirilib.
Mətləb Salahov