İran prezidenti Qarabağa səfəri öncəsi bəyanatla çıxış edib

“Mehr” agentliyi xəbər verir ki, İran prezidenti Pezeşkian azad edilmiş Qarabağa səfər etməzdən əvvəl “region ölkələri arasında əlaqələrin dərinləşdirilməsinin vacibliyini qeyd edib”. İran prezidenti ümidvar olduğunu bildirib ki, onun səfəri qarşılıqlı fəaliyyətin intensivləşdirilməsinə, regional sülh və sabitliyin möhkəmlənməsinə, eləcə də qonşu dövlətlər arasında əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək. “Region ölkələri arasında koordinasiya və əməkdaşlıq nə qədər yüksək olarsa, düşmənlərin bölgədə qeyri-sabitlik yaratmaq istəyi də bir o qədər az olar”, - deyə Pezeşkian bildirib.
Surxay Əliyev