Rusiya Azərbaycanla bütün körpüləri yandıraraq ən çirkin yola əl atdı

Belə ki, Rusiya Daxili İşlər Nazirliyi Sankt-Peterburqda 16 yaşlı yeniyetmənin bir qrup məktəbli tərəfindən döyülməsinin nəticələri ilə bağlı yayılan məlumatlara “aydınlıq” gətirib.Məlum olub ki, Sankt-Peterburqda yeniyetmələr arasında baş verən münaqişəyə səbəb olan 13 yaşlı qızın və onun 15 yaşlı yaxınının ailələri Rusiyadan Azərbaycana deportasiya edilib. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional baş idarəsi məlumat yayıb. Bundan əvvəl isə Sankt-Peterburqda yeniyetmələr arasında baş verən davadan sonra Azərbaycandan olan daha bir çoxuşaqlı ailənin Rusiyadan qovulması barədə məlumat yayılmışdı. Polis “aydınlaşdırıb” ki, 9-cu sinif şagirdi aldığı xəsarətlə dolayı xəstəxanaya yerləşdirildikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları nəinki davanın təhrikçisi olan 13 yaşlı qızın, hətta davanın digər iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını da dindiriblər. Ona və ailəsinə də qarşı oxşar tədbirlər görülüb.
Bir sözlə Rusiya polisi və hakimiyyət dairələri guya sözdə strateji tərəfdaşı olan Azərbaycana qarşı bütün cəbhələrdə hücuma keçib. İş o yerə çatıb ki,uşaqlar-yeniyetmələr arasındakı münaqişəyə görə hakimiyyət dairələri bütöv bir ailəni Rusiyadan çıxarmaqla məsələni “kökündən həll edib”. Bir sözlə Azərbaycanlıara qarşı atılan hər bir çirkin addım isə Rusiyanın maskasını düşürərək,bu maska arxasından onun çirkin simasını gözlər önünə sərib.
Surxay Əliyev