Moskva ilə Bakının münasibətləri strateji müttəfiqlik xarakteri daşıyır, lakin bunu həzm etməyən qüvvələr var. Bu barədə iyulun 3-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Soloviev Live” telekanalının efirində məlumat verib. Rusiya rəsmisi iddia edib ki, "Biz yadda saxlamalıyıq ki, Moskva ilə Bakı arasında münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır. Təbii ki, bunu istəməyən qüvvələr var".
Başa düşmək olmur Zaxarova bununla kimin gözünə kül üfürür.Rusiya polisi vəhşicəsin heç bir səbəb olmadan azərbaycanlıları qətlə yetirirsə, həbsə atırsa burda kənar qüvvələrdən danışmaq nə dərəcədə doğrudur. Necə deyərlər görünən dağa nə bələdçi...
Surxay Əliyev