Yekaterinburqda keçmiş illərdə qətl törəkməkdə ittiham olunan Ayaz Səfərov və Şahin Lalayev qərara etiraz ediblər. Bu barədə TASS-a Sverdlovsk vilayəti məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat verib. Əvvəllər Yekaterinburqun Lenin rayon məhkəməsi 8 azərbaycanlını - Ayaz, Akif, Məzahir, Kamal və Bakir Səfərovları, Əhliman Gənciyevi, Şahin Lalayevi və Əziz Abasovu həbs edib. Akif Səfərov da daha əvvəl həbs qərarına etiraz edib. "Ayaz Səfərov və Şahin Lalayevlə bağlı vəkillərdən apellyasiya şikayətləri daxil olub", - deyə agentliyin müsahibi bildirib.
Mətləb