Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Leyla Əliyevanı olduğu kimi təqdim edən kitab

Image


Dünən Atatürk Mərkəzində siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin “İDEA-dan başladı” adlı kitabının təqdimatı keçirildi. Mərasimdə bir çox siyasi xadimlər, elm adamları, akademiklər, fəlsəfə üzrə doktorlar, tanınmış şəxslər, Milli Məclisin deputatları, tanınmış jurnalistlər və gənclər iştirak edirdilər. Həddindən ziyadə möhtəşəm şəkildə təşkil edilmiş bu tədbir yaddaşlarda sözün əsl mənasında unudulmaz bir iz qoydu. Belə ki, Atatürk Mərkəzinin sədri, Millət vəkili, akademik Nizami Cəfərovun moderatorluğu ilə kitab haqqında aparılan müzakirələr və fikir mübadilələri təqdirə layiq idi. Qeyd edim ki, bu cür tədbirlərdə iştirak etməyin özü də qürurverici haldır. İctimai-siyasi, publisistik əsərlərin müəllifi kimi tanınan, hər birimizin sevgisini və hörmətini qazanan Professor Vaqif Abdullayevin “İDEA-dan başladı” kitabı nəfis şəkildə bütün incəliklərinə qədər düşünülərək qələmə alınan nadir əsərlərdən biridir. Kitabın peşəkarlıqla yazıldığı da göz oxşayır.

Qeyd edim ki, kitab Heydər Əliyev fondunun vitse-prezidenti, “Bakı” jurnalının təsisçisi və baş redaktoru, “Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq” İctimai Birliyinin təsisçisi və sədri Leyla Əliyevanın iş fəaliyyətindən bəhs edir. Yüksək səviyyədə tərtib edilən sözügedən kitab vasitəsilə oxucular Leyla Əliyevanın Azərbaycan həqiqətlərini dünyaya çatdırılması sahəsində göstərdiyi səylərinin şahidi olacaqlar. Eyni zamanda kitabda Leyla Əliyevanın humanitar, ekoloji problmlərin aradan qaldırılmasında həyata keçirdiyi misilsiz layihələri, qələmə aldığı şeirlərindən bəziləri ilə də tanış olmaq mümkündür.
Ümumiyyətlə, kitab özlüyündə, sanki bir sənət əsəri olmaqla yanaşı, professor Vaqif Abdullayevin qələminin mükəmməl məhsuludur. Məqamında bildirim ki, Vaqif Abdullayevin prezident İlham Əliyev haqqında yazdığı “O, böyük siyasətə hazırdır” (1999), “Azərbaycan yeni diplomatiya mərkəzində”(2000), “Müstəqilliyimizin strategiyası”(2003), “Sülh və sabitlik prezidenti” (2005), “Planetar təkəbbürlü lider” (2007), “Heydər Əliyev – milli-siyasi elitamızın zirvəsi” (2017), Birinci vitse-prezident Mehriban Əliyevaya həsr edilmiş “Azərbaycanın Mehriban siması” (2019), “Humanizmin Azərbaycan simvolu” (2021), Ulu öndər Heydər Əliyevin şəninə həsr edilmiş digər növbəti “Dövlətçiliyimizin simvolu” (2023) adlı kitabları yazıçının şah əsərlərindəndir desək yanılmarıq.
Fürsətdən istifadə edərək bildirim ki, sabah-3 iyul Leyla Əliyevanın doğum günüdür. Onun 40 yaşı tamam olur. Akademik Vaqif Abdullayev qələmə aldığı “İDEA-dan başladı” adlı kitabını Leyla Əliyevaya ad günü hədiyyəsi kimi bəxş edib. Məncə elm adamlarının bundan dəyərli hədiyyəsi əsla ola bilməz. Bəli, bu addım həqiqətən incə düşünülmüş və təqdirəlayiq bir hədiyyədir.
“İDEA-dan başladı” kitabı dörd fəsildən ibarətdir. Birinci fəsildə Leyla Əliyevanın ictimai-humanitar portretinin əsas cizgiləri, ikinci fəsildə Ulu öndərə layiq xidmət nümunəsi, üçüncü fəsildə Azərbaycan ictimai diplomatiyasında yeni dalğa, dördüncü fəsildə isə milli-bəşəri ideyaların manifesti kimi mövzular yer alıb.
Tədbirdə çıxış edən Nizami Cəfərov Leyla Əliyevanın fəaliyyətinin olduqca zəngin və qürurverici olduğunu bildirdi. Akademik Leyla Əlyevanın mənalı həyatının insanlara yaxşılıq və xeyirxahlıq, nəciblik, mərhəmət amalı üzərində kökləndiyini vurğuladı. N.Cəfərov çıxışında, həmçinin Leyla Əliyevanın ictimai fəaliyyətindən də geniş söhbət açaraq, onun Azərbaycan hüdudlarından kənarda apardığı işlərin təqdirə layiq olduğunu qeyd etdi.
Tədbirin qonaqlarından biri, Türkiyədən gələn Sərdar Şəngül çıxış edərək bildirdi ki, Leyla Əliyevanın Azərbaycanın xaricdəki diaspor fəaliyyəti səfirliklərlə yanaşı, ayrı-ayrı ictimai qurumların, dərnəklərin, qeyri-hökumət təşkilatlarının, cəmiyyətlərin və bizimlə əlaqələndirilmiş işi milli həmrəyliyinin gücünü və strateji əhəmiyyətini daha da artırmışdır. Çıxışında bu mötəbər tədbirdə iştirak etməkdən məmnun olduğunu bildirən qonaq, belə görüşlərin mütəmadi keçirilməsini rica etdi.
Çıxış sözü alan filologiya üzrə fəlsəfə doktoru Səkinə Bayramova kitabın yüksək səviyyədə qələmə alındığından və Leyla Əliyevanın dövlət və xalq üçün gördüyü işlərdən söhbət açdı. O, həmçinin bildirdi ki, Vaqif Abdullayev demişkən: Ot kökü üstə bitər. Leyla Əliyevanın gördüyü işlər və təşkilatçılıqları ailəsindən irəli gəlir. Belə kitabların unversitetlərdə, məktəblərdə təqdim edilməsi də çox gözəl olardı.
Tədbirdə sabiq deputat Musa Musayev çıxış edərək bildirdi ki, o, V.Abdullayevlə həmyerlidir, onu uşaqlıqdan tanıyır və savadına məktəb illərindən bələddir. Həmçinin M.Musayev qeyd etdi ki, 1992-ci ildən Yeni Azərbaycan Partiyasına üzv olduqları vaxtdan bu günə qədər ictimai fəaliyyətdə V.Abdullayevlə birgə addımlayıblar. Leyla Əliyevaya gəlincə isə sabiq deputat onu bildirdi ki, yaşının az olmasına baxmayaraq xanım mədəni, ictimai arenada öz sözünü yüksək səviyyədə çatdırıb. İslam dünyasında, həmçinin İCESCO-da Azərbaycanın simvolu olub və olmaqdadır. Leyla Əliyevanın azad Qarabağın inşası və vətənpərvərlik diplomatiyası dünyanın ən nüfuzlu ictimai-siyasi xadimləri, elmi-mədəni cəmiyyətlərin tanınmış nümayəndələrinin Azərbaycan haqqında əsl reallıqları mənimsəməkdə, müsbət dönüşün yaranmasında yetərincə rol oynamışdır. Təqdirəlayiq haldır ki, bu kitabda bütün bunlar yer almışdır.
Çıxışçılardan sabiq deputat Rauf Qurbanov Vaqif Abdullayevin “İDEA-dan başladı” adlı kitabının təqdimatından razı qaldığını bildirərək, müəllifə işlərində müvəffəqiyyətlər arzuladı.
Leyla Əliyeva haqqında danışırıqsa bu xanımın səcərəsinə baxmaq kifayətdir. Onun savadının, zəkasının, işgüzarlığının, vətənə, dövlətə, dövlətçiliyə olan sevgisinin haradan gəldiyini daha yaxşı hər kəs görə bilər. O, Azərbaycan gənclərinə bir örnəkdir. Talassemiyalı xəstə, kimsəsiz uşaqlara qayğısı, onlara sanki öz övladları kimi nəvaziş göstərməsi də inkar edilməz faktlardandır.
Təqdimatda söz qələmi və öz dəst xətti ilə tanınan jurnalist, “Təzadlar” qəzeti və saytının baş redaktoru Asif Mərziliyə də verildi. Əvvəlcə müəllifi təbrik edən Asif Mərzili öz çıxışında dedi: «…Bu kitabı belə gözləmirdim, elə bilirdim ki, kitabda Leyla Əliyeva daha çox prezidentin qızı kimi təqdim ediləcək, yaxud tərcümeyi-halından bəhs olunacaq. Amma burada kitabı əlimə aldıqda gördüm ki, fikrimdə yanılmışam. Kitab tam fərqli üslubda, yüksək səviyyədə yazılıb. Oxucuya görülən işlər maraqlıdır, tərcümeyi-hal sosial şəbəkədə, vikipediyada yetərincə var. Bir sözlə, kitab nəfis şəkildə yazılaraq çap olunub. Və Leyla Əliyeva kitabda olduğu kimi, özü kimi təqdim edilib… Leyla Əliyevaya gəlincə, bildirim ki, o, Əliyevlər elitasının layiqli təmsilçisi, varislərindən biridir. Leyla Əliyevanın humanizm, mərhəmət, nəciblik kimi ali, mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşahəli fəaliyyətinin təməlində də məhz millətə layiqli xidmət dayanır».
Sonda isə A.Mərzili Leyla Əliyevanı ad günü münasibətilə təbrik etdiyini bildirərək, müəllifə yaradıcılıq fəaliyyətində uğurlar arzuladı. Çıxış edənlərdən digəri də jurnalist Tofiq Abdullayev oldu. O, çıxışında burada jurnalist kimi deyil, Vaqif Abdullayevin qarrdaşı kimi iştirak etdiyini qeyd edərək, kitaba görə qardaşını təbrik etdi. Belə kitabların sayının axarıncı olmasını arzuladı.
Təqdimatda söz gənclərə də verildi. Xəzər Universitetinin məzunu Leyla Əliyeva haqqında bildirdi ki, onun təhsilə qayğısı müasir layihələrdə özünü əks etdirmişdir. Gənclərin dostu, sevmlisi olan L.Əliyeva zəkanı mərhəmətlə yoğuran xanımdır və biz gənclərə örnəkdir. Beləliklə tədbir sona çatdı. Lakin yaddaşlarımızda unudulmaz, gözəl xatirə kimi əbədi həkk olundu.
Rövşanə Nağıyeva



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ