Bazar ertəsi günü, 05 oktyabr 2026
     

"Rusiya bir vaxtlar İrəvanda ixtişaş törədə bilmədi, bizdə neynəyəcək?"- YUNUS OĞUZ

Image


POLİTOLOQ: "Rusiyanın əlinin hər yerdən çıxdığı bir məqamda dünyanın ölkəmizə marağı artır"

"Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən zorakılıq aktı əslində Rusiyanın dövlət siyasətinin təzahürüdür. Zaman-zaman Rusiyada yaşayan soydaşlarımıza qarşı irqçilik münasibətləri dəfələrlə müşahidə olunub. Təyyarə qəzasından başlanmış deputatımızın bu ölkəyə buraxılmaması, Yekaterinburq, Voronej, Saratov şəhərlərində soydaşlarımıza qarşı kütləvi hücumlara qədər baş verən bütün proseslər eyni siyasətin tərkib hissəsidir". Bunu "Olaylar"a açıqlamasında yazıçı-publisist, politoloq Yunus Oğuz deyib. Bildirib ki, ehtimallara görə, belə hadisələr Moskvada da təkrar oluna bilər: "Vaxtilə Moskvada azərbaycanlı iş adamı Telman İsmayılovun əlindən bazarı aldılar, yerində iri bir ticarət mərkəzi tikdilər. Rusiya yaxşı dərk edir ki, artıq Azərbaycanın müstəqil xarici siyasəti relsə düşüb. Moskva isə bundan narahatdır. Çünki, hazırda Moskva hər tərəfdən sıxılır. Demək olar ki, Rusiya Afrikadan çıxarılıb, Liviya, Suriya əlindən alındı, Şərqə doğru sıxışdırılır ki, orada da bircə Şimali Koreya qalıb. Vyetnam kommunist ölkəsi olsa da belə Rusiya ilə əlaqələr qurmaqda maraqlı deyil. Ukrayna ilə müharibə davam edir ki, burada da itkiləri kifayət qədər çoxdur. Məlumata görə, müharibə başlayandan bu vaxta qədər Rusiya müharibəyə 14 trilyondan artıq pul xərcləyib. Hansı ki, bu vəsaiti xalqın rifahı üçün də xərcləmək olardı. Cənubi Qafqazda Gürcüstan əlindən çıxıb, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının son iclasına qatılmadı. Lavrov bu addıma görə Ermənistanı hədələdi ki, hakimiyyətin mövqeyi erməni xalqının maraqlarına ziyan vuracaq və eyham vurdu ki, kilsə ilə münaqişənin kökündə Rusiya dayanır. Qırğızıstan Türk Dövlətləri Təşkilatına daxil oldu, deməli, Orta Asiyada bir Tacikistan qalıb. İqtisadi əlaqələrin yüksək səviyyədə olmasına baxmayaraq Çinin marağında odur ki, Rusiya zəifləsin. Baxmayaraq ki, Çin Rusiyadan ucuz neft, qaz alır, amma öz siyasətini yürüdür. Arxayın olduğu İran idi ki, o da darmadağın oldu, Rusiya heç qarışa da bilmədi. Fakt odur ki, Azərbaycanın Rusiyadan asılı olmayan bir strateji müttəfiqliyi var ki, bu da Pakistan-Türkiyə-Azərbaycandan ibarətdir. Bəzi mənbələrin məlumatına görə, bu ittifaqa Özbəkistan da qoşulmaq istəyir. Odur ki, Rusiya "yaralanmış ayı"ya dönüb. Rusiya bunun nəticələrini daxilə buraxmaq istəmədiyindən xarici siyasətdə dava aparmağı üstün tutur. Rusiyanın xarici siyasətinin kökündə isə təhdid, təzyiq, şantaj, şovinizm durur. Düşünür ki, kimlərin əli ilə Bakını alsın. Ancaq düşünmür ki, artıq o vaxtlar çoxdan keçib. Azərbaycan qüdrətli dövlətə çevrilib, müstəqil xarici siyasət yürüdür. Artıq Pakistanın Baş naziri, Türkiyə və İran prezidentləri yenidən Xankəndinə gəlirlər. Bu o deməkdir ki, artıq Azərbaycanın xarici siyasəti müəyyənləşib. Bu siyasətdə Avropa da, Avropa İttifaqı da var. Hətta Makron Ermənistana deyir ki, sülh müqaviləsini tezləşdirin. Rusiyanın əlinin hər yerdən çıxdığı bir məqamda dünyanın Azərbaycana marağı artır. Belə halda Rusiya həzm edə bilmir ki, 200 il nəzarətində olan bir ərazidə müstəqil siyasət yürüdülsün. Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin bir sözü var idi ki, "gərək Ukrayna ilə müharibəni başlamazdıq. Çünki, türk gəlib Dərbəndə girəcək". Əslində bir dəfə -1918-ci ildə Türk-İslam Ordusu Dərbəndə, Mahaçqalaya daxil olmuşdu".

Yunus Oğuz deyib ki, Rusiyada xalq acından ölür, Qoqolun "Müfəttiş" əsərində deyildiyi kimi məmurların hamısı rüşvətxor olub: "Rüşvət o həddə çatıb ki, ölkədə hər şey dağıdılıb. Kriminal aləm vətəndaşların normal həyatını pozub. Belə halları aradan qaldırmaq əvəzinə, Rusiya bizdən küsür ki, niyə Avropaya qaz satırsan? Hansı ki, biz olmasaq, Amerika Avropaya maye qaz satacaq. Artıq Liviya ilə Türkiyə razılığa gəlib ki, Aralıq dənizində müştərək olaraq neft yataqlarının axtarışına başlansın. Bunun reallaşdırılması üçün müqavilə bağlanılan kimi azərbaycanlı mütəxəssislər cəlb olunacaq. Deməli, Türkiyə üçün Liviyada, İraqda, Suriyada yaşıl işıq yandırılıb. Yeni dünya nizamında geosiyasətlər tamamilə yenilənir, yeni qüvvələr ortalığa çıxır. Yeni qüvvələrin içərisində Türkiyə, Pakistan, Azərbaycan var, Rusiya isə yoxdur. Rusiya beynəlxalq qanunları tanımır. Ona görə də BMT-nin tanıdığı Ukrayna ərazilərini ələ keçirib".
Y.Oğuz bildirib ki, Rusiyada azərbaycanlıların 70-80 faizi bizneslə məşğul olur: "Rusiya buna imkan verməyəcəksə, gəlib bizneslərini Qarabağda quracaqlar, yaxud bizneslərini Türkiyəyə, Almaniyaya, Tanzaniyaya daşıyacaqlar. Nəzərə almaq lazımdır ki, Rusiyada yaşayan azərbaycanlıların əksəriyyətinin ikili pasportu var. Bununla soydaşlarımızı qorxurmaq uğursuz taktikadır. Rusiya iki il əvvəl Qarabağda yaşayan ermənilərə göstəriş verdi ki, gedib İrəvanda ixtişaş yaradın, ancaq heç bir nəticəsi olmadı. Hansı ki, ermənilərin ən imkanlı adamları Qarabağda yaşayırdı, hamısının da bahalı xarici maşınları var idi. Qarabağda bir nəfər piyada gəzirdi, o da 200 baş qoyunla. O vaxt Rusiya İrəvanda çevriliş edə bilmədisə, deməli indi də heç nə edə bilməyəcək".
Politoloq qeyd edib ki, Avropanın əlinə imkan düşüb ki, Rusiyanın azərbaycanlılara qarşı qanunsuz hərəkətinə münasibət bildirsin: "Avropa İttifaqı artıq həyəcan təbili çaldı. Rusiya bilməlidir ki, gec-tez Orta Asiya da ondan üz döndərəcək. İran dərsini götürdü, İsraillə müharibədə Rusiyanın heç bir köməyi olmadı. Azərbaycan Rusiya vətəndaşlarının İrandan çıxmasına şərait yaratdı, yeməklə təmin etdi, üstündən bir gün keçməmiş soydaşlarımıza qarşı hücum təşkil edildi. Rusiyanın yaxşılığa qarşı adekvat cavabı bundan ibarətdir. Deyirlər Rusiyanın iki danışıq dili var-biri ordudur, o biri donanma. Mən isə buna üçüncüsünü-fəza, hibrid müharibələrini əlavə edərdim. Bu arada, Britaniyanın xarici işlər naziri Lämminin Türkiyəyə səfərini təsadüfü hesab etmək olmaz. Rusiya bunu görür, ancaq əlindən bir şey gəlmir. Odur ki, balaca ölkələr üzərinə yerimək istəyir, lakin bu da alınmır".



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ