Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı geniştərkibli istintaq qrupu yaradılıb

Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair mətbuat konfransı keçirilib. Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib ki, Baş Prokurorluda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin araşdırılması üçün geniştərkibli istintaq qrupu yaradılıb. SİTAT: "Rusiyanın əməliyyat axtarış qurumları tərəfindən, ən azı 14 nəfər saxlanııb ki, onlardan ikisi istisna olmaqla 12 nəfəri Azərbaycan vətəndaşı olub. Onlardan 7-nə qarşı fiziki zorakılıq tətbiq edilməsi müəyyən edilib.
Mətləb Salahov