Daima Azərbaycan əleyhinə təxribatları ilə seçilən "blogger" Aleksandr Lapşin yenə erməni mətbuatının "göz bəbəyinə" çevrilib. Bu dəfə yeni böhtan iddiası ilə. "News.am" erməni saytının yazdığına görə, bu təxribatçı iddia edib ki, iyunun 27-də Yekaterinburqda Rusiya hüquq mühafizə orqanları tərəfindən vəhşicəsinə öldürülən Ziyəddin və Hüseyn Səfərov qardaşları guya Azərbaycan hərbçisi Ramil Səfərovun doğma qardaşlarıdır. O, həmçinin o dərəcədə həyasızlaşıb ki, guya Səfərov qardaşlarının Azərbaycan xüsusi xidmət orqanlarının sifarişi ilə ona qarşı "sui-qəsdin təşkilində" iştirak etdiklərini iddia edib. Əlbəttdə, A.Lapşin kimi dələduz birisinin erməni mətbuatında belə qeyri- ciddi fikirlər səsləndirməsi onun xəstəlik təxəyyülünün məhsuludur. Lakin görünür A.Lapşin kimi təxribatçılardan belə gərgin zamanlarda öz maraqları üçün istifadə etmək istəyənlər onu oyuna qoşublar. Lakin belə "vurulmuş" dələduz heç kimə fayda gətirəsi deyil. Elə onu bu cür oyunlara qoşanlara da...
Mətləb