Bazar günü günü, 11 oktyabr 2026
     

Neft- qaz ölkələri üçün ədalət çağırışı - 12- ci konfransın dərsləri.....Aydın Quliyev yazır....

Image


Məlum olduğu kimi, dünən Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının Bakıda 12- ci iclası keçirilib. Bu toplantının ölkəmizin iqtisadi intensivliyi və tərəfdaşlarla gələcək fəaliyyət planı baxımından önəmi olduqca böyükdür. "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu mövzu barədə fikirlərini paylaşıb. A.Quliyev yazır:  "Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının Bakıda 12- ci iclası əvvəlki 11 iclasa tam şəkildə bənzəmir.Konkret fərqlər var.Çünki 12 il əvvəlki beynəlxalq vəziyyət və geosiyasi qüvvələr nisbəti indikindən çox fərqli idi. Suriya hərbi müdaxilə nəticəsində hələ  parçalanmamışdı, Krım işğal olunmamışdı, Ukrayna müharibəsi başlamamışdı, Azərbaycan öz gücü ilə ərazilərini işğaldan azad edərək bölgəyə yeni reallıqlar gətirməmişdi ,məlum qüvvələr süveren və bütöv Azərbaycanın qəsdinə bu qədər açıq və qərəzlə dayanmırdılar, Qəzza müharibəsi hələ  yox idi, NATO- Rusiya düşmənçiliyi bu qədər açıq formada deyildi, Avropa hələ Rusiyanın neft və qazından imtina etməmişdi, Avropa Rusiyanın və onun müttəfiqlərinin neft- qaz asılılığından çıxmaq üçün neftə və qaza alternativ mənbələrin axtarışına bu dərəcədə inadla girişməmişdi, nəhayət böyük neft və qaz ehtiyatlarına malik ölkələrlə olmayan ölkələrin arasında  münasibətlər indiki kimi soyumağa üz tutmamışdı.

Qısası, bu gün dünyada müxtəlif eni tendensiyaların arasında  birisi daha aydın görünməyə başlayıb- Avropa Birliyi ölkələri təkcə öz iqtisadiyyatlarını neft və qaz asılılığından çıxartmaq haqda düşünmürlər. Həm də neft- qaz ölkələrinin asılılığından çıxmağa çalışırlar.Beləliklə, bir yanda neft- qaz asılılığından qurtulmaq siyasəti aparır,  digər yanda alternativ enerji mənbələrinin daha geniş yaradılması üzərində çalışırlar.Burada Qərb ölkələrinin bir nömrəli  məqsədi atmosferi təmizləmək və bəşəri sağlamlıq üçün daha münasib ətraf mühit yaratmaq deyil.Bunu sadəcə üzlərinə tuturlar, öz xalqlarının fikrini manipulyasiya edirlər ki, " sizin üçün sağlam ətraf mühit, oksigenlə daha zəngin atmosfer və daha üzvi qida məhsullarının istehsalına şərait yaradırıq".Çox cəlbedicidir, deyilmi? Əlbıttə, əksər insanlar dərhal inanmağa başlayır ki, əsas enerji mənbəyi olaraq neft və qazdan istifadə olunması ətraf mühiti korlayır.İstixanalar, qazanxanalar , avtomobillər, zavodlar,fabriklər  və sair benzin və dizellə işləmirmi ?İnsanların düşüncəsinə  o dəqiqə təsir edir ki, əgər külək, günəş və su elektrik enerjisinə geniş miqyaslarda keçid  olarsa, neft və qaz kimi çirkləndirici enerji növlərinin miqyasını kiçiltmək olar.Ancaq Qərb geosiyasətçilərinin düşüncəsi buna  yönəlsə də,   əsas hədəf neft və qazla zəngin ölkələri dışlamaqdır.

Son üç ildə Ermənistan siyasətçiləri Avropanın bütün qurumlarında " Azərbaycanın neft və qazından imtina çağırışlarını  öz başlarından demirlər, bunlar Avropa strateqlərinin ermənilərə  verdikləri dildir.İndi sadəcə ehtiyacları var, möhtac olmasalar, Azərbaycanın neft və qazından həmən imtina edərlər.Həm də ehtiyat edirlər  ki, dünyanın neft və qazdan alternativ enerji növlərinə keçidi dərhal baş verməyəcək, bu uzun bir prosesdir və hələ uzun müddət ( azı iki on il) dünya iqtisadiyyatı neft və qazın üzərində dayanacaq.

Prezident İlham Əliyev məhz bu mətləbə işarə edərək 12- ci neft- qaz iclasında dedi - heç kim yaxın gələcəkdə qazıntı yanacağı ( yəni neft və qaz) olmadan dünyanın inkişaf edə bilməyəcəyi faktını inkar edə bilməz.Dəqiq belədir.Prezident elə bu inamla Azərbaycanın qaz hasilatının və ixracatının genişləndirilməsi layihələri üzərində işləri davam etdirdiyini söylədi.Şahdəniz, Abşeron, Azəri- Çıraq- Günəşli dərin qaz  və Ümid yataqlarının yeni fazalarının işlənməsi barədə plan və reallıqlardan buna görə geniş söz açdı.Bu onun Qərbə mesajı idi ki, dünya hələ yaxın gələcəkdə bizimlə işləməlidir.Mesajın davamı da var .Prezident Azərbaycanın külək, günəş və hidroenerji mənbələrinin yaradılması istiqamətində görülən işləri də təsadüfən xatırlamadı. Onlara dedi ki,  alternativ enerji istehsalımızı və ixracımızı qurmaq işinə çoxdan başlamışıq və yaxın gələcəyin neft və qazla bağlı çağırışlarına hazır getmək bizim də gördüyümüz reallıqdır. Prezidentin alternativ enerji sektoruna Əmirliklərin və Səudiyyənin investisiyalarının artıq cəlb olunduğunu xatırlatması isə  sadəcə görülən işin göstərilməsi üsulu deyil.Çünki bunun ardınca Azərbaycanın bərpa olunan enerji sektorunun  Avropa investorlarının da üzünə açıq olduğunu söylədi. Prezident bununla da mesaj verdi ki, Azərbaycanın bərpa olunan enerji sektoruna "maya qoymaqdan " hələlik uzaq durmağınızı anlayıram, " bacarmayacaq" ümidi ilə Azərbaycanı bu işdə tək qoymaq istəyirsiniz,neft - qaz ixracı erasının bitdiyi dövrdə Azərbaycanın alternativsiz qalacağına ümid edirsiniz  və sair ".Prezidentin bu mesajları eyni zamanda COP29 - a görə Azərbaycanı  hədəf seçən məlum dairələrə cavabdır .Bu dairələrin məqsədi aydındır.Onlar  neft- qaz ölkəsi olan Azərbaycanın dünyaya həm də alternativ enerjiyə sürətlu keçid etməyə çalışan ölkə kimi tanınmasını istəmirlər. " Neft- qaz ölkəsi olan Azərbaycana COP29 konfransını hansı məntiqlə salırsınız " deyə ilk gündən bizə qarşı duran ölkələr  məhz bunu düşünürdülər. Bu kontekstdə də prezidentin yanaşması maraqlıdır- COP 29- a ev sahibliyi istəyimiz bizim iradəmizi ifadə edir,yanlış iş görmürük,yaşıl gündəliyimizə uyğun hərəkət edirik. 

İnanmaq istəyirəm ki, Prezidentin məhz bu mesajları Avropa investorlarını Azərbaycanın alternativ enerji sektoruna pul qoymağa yönəldəcək. 

Qərb ölkələrinin neft - qaz ölkələrinə qarşı strateji layihələr düşünüb həyata keçirdikləri indiki vaxtda neft- qaz ölkələrinin özlərinin də vahid hərəkət strategiyasının formalaşdırılmasına çox ehtiyac var.Neft və qazdan sonra bərpa olunan enerji dövrünün gəldiyini bütün ölkələr görür.Ancaq bu görüntülərə uyğun hərəkət platformalarının  işlənməsini  heç də hamı bacarmır.

12- ci iclasda İlham Əliyevin çıxışı onun bu istiqamətdə də aydın təsəvvürlərə malik olduğunu göstərdi. Faktiki olaraq, Azərbaycan prezidenti postneft- qaz dövrü üçün bu sərvətə malik ölkələrin lobbiçiliyini elədi.Maraqlı fikir söylədi. Dedi ki , dünyada qazıntı yanacağına problem yaradan məsələ kimi baxmaq meyli var, nefti və qazı olan ölkələrə ədalətli  olmaq lazımdır, neftə- qaza malik olmaq onların günahı deyil , onlara qarşı ayrı- seçkilik olmamalıdır, bu ölkələrin fəaliyyəti onların ətraf mühitin qorunması və yaşıl enerjiyə keçid sahəsində nə etdikləri baxımından qiymətləndirilməlidir, əks halda neft- qaza malik ölkələrlə olmayan ölkələrin arasında ayrıcı xətlər yaranacaq..Əla... Uzaqgörənliklə və sərrast deyilib.Həm həqiqətən ədalətli fikirdi, həm də neft - qaz ölkələrinin yeni epoxa üçün qüvvələrini birləşdirməyə çox təsirli  çağırışdır.Bəs necə?...100 ildən çoxdur ki, Qərb Ərəbistandan, Afrikadan , Amerikadan nefti dartıb aparıb ,özünə cah - cəlal yaradıb, indi bərpa olunan enerji mənbələrini kəşf etdikdən sonra onlara imkan verilməlidir ki , " sizlər artıq bizə lazım deyilsiniz " desinlər? ! Əsla...Azərbaycan prezidenti neft- qaz ölkələrinə ədalətli münasibət çağırışı ilə bərabər,  onların gələcək fəaliyyətlərinin daha sıx koordinasiyasının da əsasını qoydu .Burada söhbət ilk növbədə Yaxın və Orta Şərqin , Afrikanın neft - qaz ölkələrinin gələcək mənafelərindən gedir.Bunlar əsasən Qoşulmama hərəkatı xətti ilə Azərbaycana siyasi yaxın  ölkələrdi.3 il əvvəl Azərbaycan prezidenti bu ölkələrin " vaksin millətçiliyindən " müdafiə hərəkatını necə başlatdısa, bu gün də neft - qaz ölkələrini alternativ enerji dövrünün ayrı- seçkili münasibətlərindən qorumaq təşəbbüsünü qaldırdı...."

Mətləb Salahov




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ