çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Paşinyan Rusiyaya ehtiyac olmadığını daha bir kürsüdə bəyan etdi...

Image


Abutalıb Səmədov: "Bununla da dolayısı ilə Rusiya hərbi qüvvələrinin Ermənistandan çıxarılması zəruriliyinə işarə edib"

Ermənistanın baş naziri Nikol Paşinyan "The Wall Street Journal"a müsahibəsində bəyan edib ki, Rusiyanın Ermənistandakı hərbi mövcudluğundan heç bir fayda görmür. N.Paşinyan deyib ki, Ermənistan təhlükəsizlik əlaqələrini şaxələndirməyə çalışır və Rusiyanın respublikada hərbi mövcudluğunun faydasını görmür, lakin Rusiya bazasının çıxarılması məsələsini müzakirə etmir.

Onun sözlərinə görə, Ermənistanın Rusiya ilə də ikitərəfli təhlükəsizlik sazişi var və "bu müqavilədə göstərilən hərəkətlər də baş vermədi ki, bu da həm hökumət, həm də ictimaiyyət arasında çox ciddi suallar yaradıb". Rusiya ilə ikitərəfli müqavilənin qüvvədə qalması, respublikada Rusiya hərbi bazalarının olması, Rusiyanın Ermənistanda hərbi mövcudluğunun üstünlük və ya maneə olması ilə bağlı suala Paşinyan belə cavab verib: "Bilirsiniz, ən azından indiyə qədər artıq "təəssüf ki, təsvir etdiyim hallarda heç bir fayda görmədik". Eyni zamanda, Paşinyan qeyd edib ki, Ermənistan Rusiya hərbi bazasının çıxarılması məsələsini müzakirə etmir. "Biz bu məsələni müzakirə etmirik, biz indi daha çox başqa məsələləri müzakirə edirik, bu vəziyyətin səbəbinin nə olduğunu anlamağa çalışırıq", - deyə o bildirib. Onun sözlərinə görə, "bu, Ermənistan və Rusiya, Ermənistan və KTMT arasında işçi müzakirələrin gündəliyi olacaq".

  • "Yalnız müəyyən dövlətlərlə əməkdaşlığın artmasından söhbət gedə bilər..."

    Məsələyə şərh verən  "Alyans" strateji araşdırmalar mərkəzinin rəhbəri Abutalıb Səmədov "Bakı-Xəbər"ə "Nikol Paşinyanın son müsahibəsi bir daha göstərdi ki, o tez-tez mövqeyini dəyişən və bir-birinə zidd bəyanatlar verən bir dövlət lideridir. Təxminən bundan bir həftə əvvəl Rusiya hərbi bazası ilə bağlı suala cavab verərkən demişdi ki, hərbi bazanın Ermənistan ərazisindən çıxarılması məsələsi müzakirə olunmur.  Yəni bazalar Ermənistan ərazisində qalmaqda davam edəcək. İndi o, hərbi qüvvələrə ehtiyac olmadığını deyir və ondan heç bir üstünlük əldə etmədiklərini söyləyir, bununla da dolayısı ilə Rusiya hərbi qüvvələrinin Ermənistandan çıxarılması zəruriliyinə işarə edib. Yəqin  onu da anlayır ki, bu addımı atmaq son dərəcə çətindir, hətta demək olar mümkünsüzdür. Çünki Rusiya hərbi bazaları, hərbi obyektləri  ilə bağlı 1995-ci ildə müqavilə imzalanıb və bu müqaviləyə görə, Rusiya hərbiçiləri 49 il Ermənistan ərazisində qalmalıdırlar"-deyə bildirdi.

    A.Səmədovun sözlərinə görə, Rusiya hərbi qüvvələri  2044-cü ilə qədər Ermənistan ərazisində qalmalıdır. Vaxtından əvvəl hərbi qüvvələrin çıxarılmasına gəlincə, A.Səmədov vurğuladı ki, bu yalnız müştərək komissiyanın razılığı olarsa mümkündür. A.Səmədovun bildirdiyinə görə, nəzərə alsaq ki, bu komissiyanın tərkibinin yarısı rus hərbiçilərindən ibarətdir, bu vəziyyətdə onların hərbi bazanın çıxarılması barədə qərara razılıq verəcəklərini düşünmək mümkünsüzdür. "Bu səbəbdən, görünür, Paşinyan dünya ictimai rəyini Rusiyaya qarşı qaldırmaq və bu ictmai rəyin təzyiqi ilə nəyəsə nail olmaq məqsədini qarşısına qoyub. Yəni demək istəyir ki, bizim onlara ehtiyacımız yoxdur, ancaq eyni zamanda onları Ermənistan ərazisindən çıxarmaq imkanımız da yoxdur. Reallıq budur. Ümumiyyətlə, Paşinyanın son dövrlər, son aylar verdiyi antirusiya bəyanatlarının kökündə bir amil dayanır - Qərbin rəğbətini qazanmaq istəyi. Demək lazımdır ki, bu sahədə müəyyən nəticələrə də nail olub. Çox təəssüf ki, həm ABŞ, həm onun Avropadakı müttəfiqləri dalbadal antiazərbaycan bəyanatları veriblər, ədalətsiz, beynəlxalq hüquqa zidd fikirlər söyləyiblər, ancaq  Ermənistana dəstək bu bəyanatlardan o tərəfə keçməyib, keçə də bilməz. Düzdür, son günlər Fransa ilə silahların alınması barədə razılaşma da imzalanıb, ancaq bu da qısamüddətli məsələ deyil, onun icrası üçün bir neçə il tələb olunur. Bütün hallarda Nikol Paşinyan Rusiya ilə körpüləri yandırıb və bunu hamı dərk edir, Rusiya da əlindən gələni edir ki, onu hakimiyyətdən uzaqlaşdırsın. Hələlik heç nəyə nail ola bilmir.  Çox  güman ki, nail ola bilməyəcək. Bütün bu davranışlar, şübhəsiz ki, son nəticədə sülh sazişinin  imzalanmasını ləngidir və Brüssel görüşünün təxirə salınmasının kökündə də məhz Paşinyanın bu cür qeyri-ardıcıl davranışları və bəyanatları dayanır"-deyə A.Səmədov vurğuladı.

    "Paşinyan həm də  "təhlükəsizliyimizin təzə istiqamətlərini axtarırıq, onu diversifikasiya edirik" deyib. Təhlükəsizliyimizin diversifikasiyası fikri ilə Paşinyan nə demək istəyir" sualına cavab olaraq isə A.Səmədov "Paşinyan bundan əvvəl də demişdi ki, təhlükəsizliyimizi bir dövlətə bağlamışıq, indi yeni istiqamətlər arayışındadırlar, diversifikasiya etmək istəyirlər. İlk addım kimi Fransa ilə hərbi əməkdaşlığı gücləndirməkdə və təkcə Rusiyadan asılı olamamaq üçün həm Hindistandan, həm də Fransadan silah almaq qərarına gəldilər ki, indiyə qədər buna cəsarət edə bilmirdilər. Bundan başqa hansı addımlar atıla bilər? Təbiidir ki, NATO-ya qəbul məsələsi mümkünsüzdür, uzun illər bu barədə danışmaq yersizdir. Yalnız müəyyən dövlətlərlə əməkdaşlığın artmasından söhbət gedə bilər, söhbət Kanadadan, Almaniyadan gedir. Hələlik yalnız ikitərəfli münasibətlərin qurulması imkanları var ki, Ermənistan da bu addımları atır. Gələcəkdə Rusiya hərbi bazasının çıxarılması və KTMT-ni tərk etmək  mümkün olsa, ola bilər ki, başqa addımlar da atılsın. Hələlik başqa addımların atılması mümkünsüzdür"-deyə bildirdi...

    İradə SARIYEVA






VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 14:17
MŞ-nın komissiya sədri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib - FOTO

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ