çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Zaxarova etdiklərini bir-bir Paşinyanın “gözünə soxdu” - Azərbaycanla sərhədinizi də biz qoruyuruq...

Image


Arzuxan Əlizadə: "Zaxarovanın bəzi fikirləri həqiqətdən uzaqdır"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistana yönəlik bir sıra tənqidi fikirlər səsləndirib. Zaxarovanın açıqlamasından belə məlum olub ki, Ermənistan var olmasına görə Rusiyaya borcludur.

M.Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın "WSJ"ya müsahibəsində Rusiya əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib ki, Ermənistan Rusiyadan ən çox bəhrələnən ölkədir: "Müsahibədə Ermənistanın və onun vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasında hərbçilərimizin, sərhədçilərimizin rolu azaldılır, KTMT-nin və sülhməramlıların effektivliyindən təəssüfləndikləri ifadə olunur. Gəlin, faktları xatırlayaq. Faktlar ki, var. Ermənistan iqtisadiyyatının sürətli artımı, 2022-ci ildə 12,6 faiz artım olub, əhalinin rifah halının yüksəlməsi Rusiya ilə sıx ticarət iqtisadi əlaqələr, ölkənin Avrasiya İqtisadi İttifaqına üzvlüyü sayəsində mümkün olub. Ermənistan Aİİ ölkələrinə ixracının həcmi 2022-ci ildə 1,6 milyard dollar artıb, hansı ki, bu 2021-ci illin göstəricisindən üç dəfə çoxdur. Rusiya Ermənistan iqtisadiyyatının əsas investorudur. Rusiya, demək olar ki, ölkədə xarici sərmayənin yarısını təmsil edir. Ermənistanda 4,5 mindən çox Rusiya kapitallı şirkət fəaliyyət göstərir, hansılar ki, respublikanın ən böyük vergiödəyicilərinin və işəgötürənlərinin sırasına daxildir. 90-cı illərdən başlayaraq Ermənistanda Rusiyanın hərbi mövcudluğu və sərhədçilərimizin orda olması respublika üçün Cənubi Qafqazda sadə olmayan vəziyyət və Ermənistanın öz qonşuları ilə nizamlanmayan münasibətləri nəzərə alınaraq tələb olunub. Ermənistandakı Rusiya hərbi bazası erməni həmkarları ilə döyüş hazırlığının yüksəldilməsi üçün müntəzəm təlim tədbirləri həyata keçirir. Sərhədçilərimiz Ermənistan-Türkiyə sərhədindən qanunsuz keçidin qarşısını alır. Ermənistan-İran sərhədində qaçaqmalçılığın qarşısını alır. 2020-ci ilin dekabrında Ermənistan-Azərbaycan sərhədində monitorinq həyata keçirir".

Daha sonra Zaxarova sülhməramlıların önəmini qeyd edib: "O ki qaldı Qarabağdakı Rusiya sülhməramlılarına, əgər onlar olmasaydı, 2020-ci ilin payızında regionda vəziyyət İrəvan üçün daha dramatik ssenari ilə inkişaf edərdi, xüsusilə də Ermənistan rəhbərliyinin ictimai şəkildə Qarabağın Azərbaycana məxsusluğunu etiraf etməsindən sonra...

O ki qaldı rəsmi İrəvanın KTMT-nin effektivliyi ilə bağlı iradlarına, Ermənistan rəhbərliyi KTMT missiyasının respublika ərazisində yerləşdirilməsinə razılıq versəydi, bir çox problemlərdən yayınmaq olardı. Lakin bunun əvəzinə Ermənistan rəhbərliyi Avropa İttifaqının missiyasını dəvət etməyə üstünlük verdi, hansı ki, monitorinq görüntüsü altında həmin missiya əslində Rusiya və İran əleyhinə kəşfiyyat məlumatları toplayır və istisnasız olaraq Brüsselə hesab verir. Qərbin informasiya orqanların Ermənistanın dövlət məmurlarının sinəsinə çöküblər".

Rusiya-Ermənistan münasibətlərinin kəskinləşməsi fonunda Zaxarovanın açıqlamasında iki məqam diqqəti cəlb edir. Birincisi, Ermənistanın Rusiyadan ən çox bəhrələnməsi. İkincisi, Rusiya sərhədçilərinin 2020-ci ilin dekabrında Ermənistan-Azərbaycan sərhədində monitorinq həyata keçirməsi.

"Necə olur ki, əhalisinin sayı az, iqtisadiyyatı kiçik və zəif olan Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi kəskin şəkildə artır?"

Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, Zaxarovanın bəzi fikirlərində həqiqət var, amma reallıqla uzlaşmayan məqamlar da var: "Bəli, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi ötən iki il ərzində kəskin artıb. Nəyin hesabına? Reeksport hesabına. Necə olur ki, əhalisinin sayı az olan, iqtisadiyyatı kiçik və zəif olan Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi birdən-birə kəskin şəkildə artır? Məgər bu, Ermənistan iqtisadiyyatında təbii tələb əsasında formalaşır? Əsla yox. Məsələ ondadır ki, Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı müharibəyə başlayandan sonra bu ölkəyə qarşı genişmiqyaslı sanksiyalar qəbul olunub. Rusiya sanksiyalardan yayınmaq üçün xarici məhsulları üçüncü ölkələr üzərindən əldə edir. Belə qanunsuz ticarətə ən çox şərait yaradan, bunların başında gedən Ermənistandır. Rusiyanın  İT şirkətləri Ermənistanda fəaliyyət göstərir. Məhz bu səbəblərdən Ermənistanla Rusiya arasında qısa müddətdə ticarət dövriyyəsi belə kəskin artıb. Yoxsa haradandır Ermənistan iqtisadiyyatında belə yüksək tələb? Yaxşı olardı ki, Zaxarova bunlardan danışsın. Yeri gəlmişkən, Qərb də Ermənistanın qadağan olunan məhsulları Rusiyaya ötürdüyünü yaxşı bilir. Sadəcə, Ermənistan bundan iqtisadi baxımdan bəhrə götürsün deyə, buna mane olmaq istəmirlər. Digər tərəfdən o da həqiqətdir ki, Ermənistan sərhədlərini əsasən Rusiya qoruyur. Söhbət İran və Türkiyə sərhədlərindən gedir. Ancaq o doğru deyil ki, Rusiya olmasa Ermənistan-Türkiyə sərhədində vəziyyət yaxşı olmayacaq. Elə fon yaradılır ki, sanki Türkiyə Ermənistanı işğal edəcək. 2020-ci ildə Rusiya mane olmasaydı, Xankəndiyə, Ağdərəyə, Əsgərana nəzarəti bərpa etməyimiz 3 il uzanmazdı. O vaxt Rusiya buna imkan vermədi. Ancaq bu o demək deyil ki, Azərbaycan Ordusu erməniləri genosidə məruz qoyacaqdı. Zaxarovanın bu fikirləri həqiqətdən uzaqdır. Rusiya sərhədçilərinin müharibədən sonra Ermənistan-Azərbaycan sərhədində monitorinq aparması haqda məlumatlar yenidir. İndiyə qədər belə məlumat olmayıb. Ancaq iki il əvvəl Qazaxın işğal altında olan kəndlərində Rusiya hərbçilərinin fəallığı müşahidə olunub".

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 14:17
MŞ-nın komissiya sədri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib - FOTO

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ