Cümə günü, 01 may 2026
     

Dönər “biznesi”: murdar ətlər bizi necə məhv edir?

Image


Elə bir mövzudan yazıram ki, bəlkə də kənardan sırf xırda problem kimi görünür, murdar “toyuq ətindən” hazırlanan, sağlamlığımızın əsl əcəlinə çevrilən dönər biznesi... amma xırda məsələ deyil, hətta günü bu gün İsrail-Fələstin müharibəsindən qat-qat aktual məsələdir xalq olaraq bizim üçün. Hər gün minlərlə, on minlərlə aşağı gəlirli Azərbaycan vətəndaşının qidalandığı dönər məhsulu sağlamlığımız baxımından önəmli yerdə dayanır. Çünki hər gün acanda ondan qidalanırıq. Bəs hansı ətdən, hansı şəraitdə və hansı standartlarla hazırlanır bu əcəl dönərləri?? Hə, bax bu məsələ bütün əmmaların açar mövzusudur. Min dəfə təəssüf olsun ki, bu sualın cavabı yoxdur. Heç kim bilmir nədən hazırlanır. Yalançı sertifikatları asıblar o dönərxanalardan fəxri fərman kimi. Amma hər kəsə məlumdur ki, o sertfikatların hamısı yalançı və fırıldaq formallıqdan başqa heç nəyə yaramır. Çünki dönərxanada bəh-bəhlə yediyin həmin dönər ətinin mənşəyini, sağlamlıq dərəcəsini axtarıb tapmaq qaranlıq tuneldə iynə axtarmaq kimi bir şeydir....

Bir haşiyə çıxmasam olmaz. Artıq bu yazını oxuyan hər kəs mənimlə razılaşar ki, artıq təbii qida deyilən məfhumu beyin hüceyrələrimizdən silmişik. Çünki ölkəmizdə təbii qida da artıq qəhətə çıxıb, əvəzində marketlərdə geni dəyişilmiş, insan sağlamlığı üçün ölüm saçan qidalarla orqanizmimizi məhv edirik. İri supermarketlərdə və hipermarketlərdə əsl mənşəyi və real qiyməti məlum olmayan ərzaqların adamın gözünə girdiyi bir vaxtda yaşayırıq. İndi təbii heç nə qalmayıb.
Hər gün nələr yeyirik? Filtirlənmiş, kimyəvi qatqı əlavə olunmuş su içirik, qatqı əlavə olunmuş yalançı süd, üzüağ salafan kimi ağappaq olan “qatıq”, ağardılması üçün neçə ton gübrə istifadə olunan və ən aşağı kateqoriyalı “undan” hazırlanan, ən dəhşətli xəstəlik törəyicisi sayılan zavod çörəyi, evlərə verilən çirkli suların həddən artıq xlorla doldurulması – bütün bu sadaladıqlarım dəhşətli də olsa gerçək həyatımızın acı rentgenidir. Hətta artıq süni ət və süni düyü dövrünün başlanmasına “bismillah” da edilib...

Bəli, hər şey artıq sünidir. Bu süni qida dövründə bir də kasıb kütlənin ayaqüstü öz mədəsini aldatmaq üçün gündəlik aldığı 2-3 manatlıq dönərlər də mənşəyi naməlum, hətta insan orqanizmi üçün həddindən çox təhlükəli “ətlərlə” zəngindir. Bu murdar ətlərdən hazırlanan dönərlərdən zəhərlənmə faktları kəllə-çarxa çıxıb artıq. Ən son bir neçə gün bundan əvvəl Binə qəsəbəsində 20-dən çox məktəbli dönərdən zəhərlənib xəstəxanalara düşdülər. Böyük, gənc, uşaq – bütün yaş kateqoriyalarında gündəlik istifadə olunan dönər ticarəti min təəssüf ki, nəzarətsiz əzrayıl kimi cəmiyyəti dolaşır. Necə olur ki, bu dönər ticarətinə ciddi nəzarət mexanizmi yaradılmayıb? Axı gündəlik on minlərlə insanın istifadə etdiyi bu qida ticarəti üzərində nədən nəzarət yoxdur? Mən qarışıq yəqin bütün cəmiyyət dönər biznesinin belə başdan-başa sərbəst, şıdırğı şəkildə rahat milyonlar qazanmasının mümkün olmadığına əminik.
Yəqin belə murdar ətlərdən hazırlanan dönər biznesi üçün gözlərini bilərəkdən “qapadan”, qulaqlarına pambıq tıxayan aidiyyatı qurumlar, cavabdeh şəxslər mütləq var. İndi hansısa küçəyə bir limon, bir stəkan tum qoyub satsan yüz yerdən başına yığılacaq, gözünü ova-ova icazə vərəqi tələb edəcəklər. Bəs bu boyda dönər biznesi üçün kimdən icazə alınıb? Hanı hər gün dönərxanalarda istifadə olunan toyuq və ət məhsullarının gerçək sağlamlıq kağızları? Formal, yalançı, müəyyən “şirinlik” müqabilində insan həyatı üçün təhlükə saçan qüsurlara göz yuman “nəzarət”in özü elə ən böyük cinayətdir!
Görəsən, insan həyatından baha tutulan dönər biznesi nə qədər can almalıdır ki, nəhayət ki, illərdir gözləri “bağlanan” təşkilatlar hərəkətə keçələr? Mənim özümdən tutmuş hamıya – hər gün aclığını ötüşdürmək üçün mənşəyi məlum olmayan dönərdən bəh-bəhlə yeyən on minlərlə insana da, dönər işi ilə məşğul olanlara da, bu dönər alverçilərinə nəzarət etməli olan təşkilatlara da gün kimi aydındır ki, bu gün Azərbaycanda heç bir məntəqədə standartlara uyğun çalışan bircə dənə də dönərxana yoxdur. Nə işin təşkili, nə alınan ətin sağlamlıq dərəcəsi, nə istifadə olunan ədviyyatlar qaydalara uyğun gəlmir.

Ən dəhşətlisi odur ki, dönərdən zəhərlənmə faktlarının əksəriyyəti ciddi-cəhdlə gizlədilir. Mətbuat, sosial şəbəkələr olmasa geniş cəmiyyət xəbərsiz qalacaq dönər biznesinin dəhşətlərindən. İstəmirlər zəhərlənmə barədə cəmiyyət bilsin, “yatmışlar oyansın”. Bu zəhərlənmələrdən xüsusən gənclər, tələbələr əzab çəkirlər. Biz həm də gələcək nəsillərimizi zəhərləndiririk bəribaşdan. Qida ekspertləri açıq şəkildə mətbuatda bəyan edirlər ki, ən təhlükəli, yararsız, ölmüş heyvan ətlərinin izi dönərxanalara gəlib çıxır. Bu “leş biznesi” sonda hamımızın sonuna çıxacaq, biz onun sonuna çıxa bilməsək də.….

Mətləb Salahov



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Britaniya Kralı Trampla zarafat etmədi ki... Onu tarixi faktla sərrast vurdu... Hələ 6 il əvvəl İlham Əliyev isə... - Aydın QULİYEV yazır...

Tarixdə ilk İrəvan-Avropa sammitinin gizli hədəfləri...

Ermənistanla sərhəd xəritələrinin çəkilməsi xüsusi mərhələyə girdi...

SON XƏBƏRLƏR

01.05.2026 / 08:33
"Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər" - Prezident

30.04.2026 / 23:21
“XI ordunun işğalında Türkiyə - Rusiya yaxınlaşmasının rolu” məsələsinə münasibət

30.04.2026 / 22:47
Britaniya Kralı Trampla zarafat etmədi ki... Onu tarixi faktla sərrast vurdu... Hələ 6 il əvvəl İlham Əliyev isə... - Aydın QULİYEV yazır...

30.04.2026 / 22:33
ABŞ İranı danışıqlara məcbur etmək üçün "qısa və güclü" hücuma hazırlaşır…

30.04.2026 / 22:10
İranlı kontr-admiral “çox dəhşətli silahların” anonsunu verdi

30.04.2026 / 20:46
Rusiya “Cermuk” suyunu qadağan etdi - 7 iyun seçkisinə 1 ay qaldı...

30.04.2026 / 20:11
Avroparlamentdən misilsiz ikiüzlülük - “Qərbi Azərbaycan və Zəngəzur söhbətlərini qətiyyətlə pisləyirik”...

30.04.2026 / 19:22
Ailə institutunda fəlakət - nikahların sayı iki dəfə azalıb, azalma davam edir...

30.04.2026 / 18:57
Qəhrəman kəşfiyyatçı

30.04.2026 / 18:43
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır - FOTO

30.04.2026 / 18:28
Qarabağ Dirçəliş Fondu Beynəlxalq Xalça Festivalının rəsmi tərəfdaşıdır

30.04.2026 / 18:22
Şimal-Cənub dəhlizində yük böhranı - Trans-Xəzərdə isə 3 ayda 125 min...

30.04.2026 / 18:05
Tramp bu dəfə də NASA direktorunun qulaqlarına “ilişdi” - o gözəl qulaqlarınla eşitdinmi?...

30.04.2026 / 17:44
Dövlət Komitəsinin sədri Bakı şəhərində vətəndaşları qəbul edib

30.04.2026 / 17:28
İngilis kralı Trampı əslində lağa qoydu -“bir zəng çalın, hazırıq”...

30.04.2026 / 17:15
ABŞ Hörmüz böhranını həll etmək üçün beynəlxalq koalisiya yaradır – xaricdəki diplomatlara təlimatlar verildi…

30.04.2026 / 17:10
Şəhid atasının yubiley tədbiri keçirildi - FOTO

30.04.2026 / 17:04
Xalq rəssamı Lətif Kərimovun 120 illiyi qeyd olunacaq - SƏRƏNCAM

30.04.2026 / 16:50
“Gernika Mükafatı” Prezident İlham Əliyevə bunlara görə verildi...

30.04.2026 / 16:45
Rusiyadan Ermənistana mesaj - eyni vaxtda "həm arvad, həm də məşuqə ola bilməzsiniz"...

30.04.2026 / 16:42
Elektron xidmətlərlə bağlı tənzimləyici pilot layihələrin həyata keçirilməsi Qaydaları təsdiq edildi

30.04.2026 / 16:41
Beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş mövqeyi güclənir...

30.04.2026 / 16:35
Yuriy Kamayev “Şöhrət” ordeni ilə təltif edildi

30.04.2026 / 16:22
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO

30.04.2026 / 16:16
İrandan sonra Qafqaz uğrunda gərginlik - 3 qüvvənin hədəfi Azərbaycanın Avrasiya marşrutlarıdır...

30.04.2026 / 16:10
Bədnam şöhrətli prokuror Okampo - Qafqazda sülhə qarşı "erməni qaşığı"...

30.04.2026 / 16:02
“Borçalı” İctimai Birliyi: “Darvaz dərəsində aparılan qazıntı işləri ilə bağlı əhalinin narahatlığını anlayaraq bildiririk ki...”

30.04.2026 / 15:55
“Azərbaycan–Ukrayna münasibətlərinin ən mühüm cəhətlərindən biri isə humanitar sahədə əməkdaşlıqdır” - Cavanşir Feyziyev

30.04.2026 / 15:53
Dünya neft bazarı "partlayır" - Azərbaycan yeni milyardlar qazanacaq....

30.04.2026 / 15:47
Tarixdə ilk İrəvan-Avropa sammitinin gizli hədəfləri...

30.04.2026 / 15:35
Rusiya Azərbaycan üzərindən Ermənistana taxıl və gübrə göndərdi...

30.04.2026 / 15:24
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini mühüm hadisə adlandırdı

30.04.2026 / 15:17
9 May Moskva paradlarında ilk dəfə hərbi texnikaya "qadağa"...

30.04.2026 / 15:05
Ermənistanla sərhəd xəritələrinin çəkilməsi xüsusi mərhələyə girdi...

30.04.2026 / 14:57
Ermənistan 300 min azərbaycanlının yurda qayıdışına hazırlaşır?..

30.04.2026 / 14:51
Hörmüz boğazında gərginlik artır - İrandan ABŞ-a "misli görünməmiş cavab" təhdidi…

30.04.2026 / 14:40
Üç ABŞ səfiri Trampın Ukrayna siyasətini tam faş etdilər... 2019-dan başladı...

30.04.2026 / 14:29
Tramp İran üzrə yeni planını işə salır...

30.04.2026 / 14:24
Tramp üç gün vaxt vermişdi, İrandan istehzalı cavab gəldi - neft 140 dollara qədər bahalaşacaq...

30.04.2026 / 14:12
Xocavənd kəndinə qayıdan daha 32 ailəyə evlərinin açarları təqdim olundu

30.04.2026 / 14:00
İngilis kralından ABŞ konqresində mühüm Ukrayna çağrısı - Tramp çətinliyə düşdü...

30.04.2026 / 13:15
ABŞ-dan İrana böyük zərbə - blokadanın vurduğu zərər 6 milyardı keçdi...

30.04.2026 / 12:58
İsraildən Qəzzaya yardım aparan “Sumud donanması”na müdaxilə - 21 qayıq və göyərtəsindəki fəallar saxlandı…

30.04.2026 / 12:44
Prezident beynəlxalq yarışlarda Azərbaycan idmançılarına qarşı ədalətsizlikdən danışdı

30.04.2026 / 12:39
Prezident İlham Əliyev: "İdmançılarımızda qələbə əzmi çox güclüdür"

30.04.2026 / 12:35
"Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq" - Prezident

30.04.2026 / 12:26
Beynəlxalq Məhkəmənin sabiq prokuroru, Azərbaycana qarşı qərəzi tanınan Okamponun qalmaqallı videosu yayıldı - ŞOK ETİRAFLAR...

30.04.2026 / 12:10
Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - FOTO/YENİLƏNDİ

30.04.2026 / 11:25
"Kredaqro" BOKT-un vəzifəli şəxsi 10 min manat cərimələndi....

30.04.2026 / 11:12
Əməkhaqqı sistemi dəyişir - artım da olacaq...

30.04.2026 / 10:24
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək

30.04.2026 / 10:10
Azərbaycan nefti bahalaşdı

30.04.2026 / 09:53
Masallıda əməliyyat... 24 yaşlı gənc 14 kq narkotiklə tutuldu - VİDEO

30.04.2026 / 09:27
Nyu York merinin Azərbaycanla bağlı paylaşımına qarşı petisiya başladıldı...

30.04.2026 / 09:11
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 27 il ötür...

30.04.2026 / 09:03
ABŞ-İran müharibəsi Avropanı çökdürür - gündə 500 milyon itki...

30.04.2026 / 08:50
Dövlət Neft Akademiyasında terror aktından 17 il ötür...

30.04.2026 / 07:06
Türkiyə rəqəmsal mühitdə "nizamsız" jurnalistikaya son qoyur - bəs Azərbaycan?..

30.04.2026 / 00:58
Zaxarova Qərbin İT nəhənglərini Üçüncü Reyxlə müqayisə etdi

30.04.2026 / 00:43
Putin Trampa İran məsələsində yardım təklif etdi - maraqlı cavab aldı…

30.04.2026 / 00:36
Putin 9 Mayda atəşkəsə eyham vurub, Tramp təklifin ondan gəldiyini deyir

30.04.2026 / 00:29
Leyen Avropada enerji böhranının anonsunu verdi - səbəb İran müharibəsi…

30.04.2026 / 00:17
Tramp Ukrayna ilə İranı səhv saldı

29.04.2026 / 22:16
Tramp Hörmüz məsələsində qapıları qapatdı – Tehran qarşısında "nüvə sazişi" şərti qoyuldu...

29.04.2026 / 22:11
Putin Trampa Ukraynada atəşkəsə hazır olduğunu dedi...

29.04.2026 / 21:44
ABŞ və İsrail “Avraam sazişləri”ni” özləri məhv edir...

29.04.2026 / 21:10
Mayın 1-i Trampın tarixində ən mürəkkəb gün olacaq... Parlament təhqiqatı başlayır...

29.04.2026 / 20:05
Türk-İslam dünyasına qarşı cəbhə xətti... XIX əsrin sonları - XX əsrin əvvəllərində...

29.04.2026 / 19:38
Prezidentin təbii fəlakət qurbanlarına 85 milyonluq dəstəyi “talançıların yemi” ola bilər...

29.04.2026 / 19:15
Azad rayonların bərpasında ciddi maliyyə pozuntuları - özəl şirkətlər xərci dövlətə “yükləyiblər”...

29.04.2026 / 19:07
Abşeronda əməliyyat - külli miqdarda narkotik ələ keçirildi...

29.04.2026 / 18:51
Bakıxanovda avtomobillərdən oğurluq edən iki nəfər saxlandı

29.04.2026 / 18:35
Ermənistanla delimitasiya komissiyasının növbəti iclası Azərbaycanda keçiriləcək...

29.04.2026 / 18:25
İsrail və Ukrayna arasında "oğurluq taxıl" gərginliyi – Rusiya gəmisi iki ölkəni üz-üzə qoydu...

29.04.2026 / 18:08
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirildi, protokol imzalandı - FOTO

29.04.2026 / 17:54
Xarici bank kartları ilə də metroda və avtobuslarda ödəniş etmək mümkün oldu

29.04.2026 / 17:47
İki gün sonra neftin qiyməti barel üçün 160 dollara çata bilər...

29.04.2026 / 17:33
Corciya Meloninin İrəvandan Bakıya gəlişi sadəcə "nəzarət gedişi" deyil...

29.04.2026 / 17:10
Tramp bu foto ilə İrana xəbərdarlıq mesajı göndərdi – “Artıq o yaxşı adam yoxdur”...

29.04.2026 / 17:08
Ermənilər özləri Bakını İrəvana nümunə göstərirlər...

29.04.2026 / 16:55
Ağrı dağı erməni pasportlarından çıxarıldı - Ararat Mirzoyan " Araqat Mirzoyan" olacaqmı...

Beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş mövqeyi güclənir...

XƏBƏR ARXİVİ