Bazar günü günü, 16 avqust 2026
     

USAİD-in Gürcüstanda milyonluq layihələrinin gizli hədəfləri: təşkilat niyə çevrilişi dəstəkləməkdə ittiham olunur?

Image


Bu il sentyabrın 18-də Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) xaricdən dəstəklə ölkədə hakimiyyət çevrilişi planlarının olması haqqında məlumat yaydı. Bəyanata görə, daxildəki anti-milli qüvvələrlə əlbir olan xarici dairələr Gürcüstanda zorakılıqla hakimiyyət çevrilişi həyata keçirmək məqsədilə bu ilin oktyabr-dekabr aylarında iğtişaşlar və kütləvi vətəndaş itaətsizliyi aksiyaları planlaşdırırlar. Gürcüstan hökumətinin bu bəyanatı səsləndirməsindən bir neçə gün sonra ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) adı sözügedən destruktiv fəaliyyətlərdə hallandı.

Sentyabrın 25-də Gürcüstan DTX-nın nümayəndəsi Xviça Beqiaşvili keçirdiyi brifinqdə qeyd etdi ki, vaxtilə Gürcüstan, eləcə də Serbiya və Ukraynadakı rəngli inqilablarda iştirak etmiş 3 Serbiya vətəndaşı, bu ölkənin QHT-si olan “Canvas” təşkilatının üzvləri Sinişa Siqman, Yelena Stoyşiç və Slobodan Cinoviç USAİD-in dəvəti və maliyyə dəstəyi ilə Tbilisiyə gəliblər. Məlumata görə, serbiyalı fəallar 26-29 sentyabr tarixlərində Tbilisidəki hotellərdən birində gürcü QHT-ləri və ictimai fəalları üçün təlim keçərək, onları dövlət orqanlarına qarşı fəaliyyət, yollarda piket və süni avtomobil tıxaclarının yaradılması və s. kimi istiqamətlərlə bağlı təlimatlandırıblar.

“Onlar etiraz aksiyalarının təşkil edilməsi üsullarının və zorakı hərəkətlərin taktikasını öyrətməkdə fəal şəkildə iştirak ediblər. Adıçəkilən şəxslərin Gürcüstana gəlişinin məqsədi kimi mədəniyyət sahəsində çalışan qruplar üçün “strateji qeyri-zorakı mübarizə” mövzusunda treninqlərin keçirilməsi göstərilib. Lakin araşdırma zamanı müəyyən edilib ki, onların Gürcüstana gəlişində məqsəd bir deyil. Səfərin əsl məqsədi Gürcüstanda cari ilin oktyabr-dekabr aylarında planlaşdırılan destruktiv hərəkətlərin və qanunsuz əməllərin özəyinə çevrilməli olan gənclər və nüfuzlu qeyri-hökumət təşkilatları ilə əlaqə yaratmaq və onlara təlimlər keçirmək olub”, - deyə Xviça Beqiaşvili keçirdiyi brifinqdə bildirib.

Gürcüstan DTX sentyabrın 29-da sözügedən Serbiya vətəndaşlarını sorğu-sual etdikdən sonra ölkədən çıxarıb. Lakin gözlənilən iğtişaşlara hazırlıqlarla bağlı USAID-in adının da hallanmasını Gürcüstan rəsmiləri xəyal qırıqlığı kimi təsvir ediblər.

Bu faktın ortaya çıxarılmasından sonra hökumət rəsmiləri USAİD-ə müraciət edərək bu təlimlərin əsl məqsədlərini açıqlamağa çağırıb. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili məsələ ilə əlaqədar bildirib ki, həmin serbiyalılar Gürcüstana USAİD-in dəvəti və maliyyə dəstəyi ilə gəldiyi üçün təşkilat buna izahat verməlidir.

“Biz və DTX tərəfindən səsləndirilən bəyanatlar qabaqlayıcı mahiyyət daşıyır və konkret sübutlara əsaslanır. Ona gör də, mən bir daha hər kəsi bu cür destruktiv qüvvələr tərəfindən istifadə edilməmək üçün maksimal dərəcədə tədbirli olmağa çağırıram... Bütün bunların hamısı çirkli, qeyri-milli, dövlət əleyhinə planlardır. Biz buna müqavimət göstərəcəyik və buna imkan verməyəcəyik. Dövlət əleyhinə planlar quran hər kəs ən şiddətli şəkildə cəzalandırılacaq. Mən həmçinin bildirmək istəyirəm ki, biz yerli USAİD ofisindən müvafiq, şəffaf izahat eşidəcəyimizə ümid edirik, çünki təəssüf ki, adıçəkilən şəxslər Gürcüstana onların dəvəti və maliyyəsi ilə gəliblər. Əlbəttə bu çox kədərli faktdır. Bizim USAİD-lə bir çox sahələrdə uzun əməkdaşlığımız var və ona görə də bu kimi faktlar təəssüf doğrurur”, - Qaribaşvili bildirib.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili isə USAİD maliyyəsinin Gürcüstanda iğtişaşlara hazırlıqlara sərf edilməsinin ifşa edilməsini ABŞ-Gürcüstan əlaqələrinin “qara gün”ü adlandırıb.

“Bu, Amerikanın Gürcüstana yardım tarixində qara bir gündür, çünki biz Amerika xalqının pullarının burada inqilabi proseslərin planlaşdırılmasına, insanların iğtişaşlara hazırlanmasına və zorakılığa təhrik edilməsinə istifadə edildiyini görürük. Bu qalmaqalda iştirak edən USAİD məsələyə müvafiq açıqlama verilməlidir. Onlar izah etməlidirlər ki, nə üçün Amerika xalqının və vergi ödəyicilərinin pulu başqa bir ölkədə iğtişaş arzusunda olan qruplara təlim keçilməsinə və zorakılığın təşviqinə yönəldilməldir”, - deyə spiker bildirib.

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri Kaxa Kaladze də USAİD-dən Gürcüstandakı destruktiv fəaliyyətinə görə izahat verməsini tələb edib:

“Bütün bunlar ciddi və narahatlıq doğuran faktlardır. Bu, bizim ölkənin daxili və xarici düşmənlərinin məkrli planlarının olduğunun daha bir sübutudur. USAİD-in bunu maliyyələşdirməsinə izahat verilməlidir. Biz parlament seçkiləri zamanı paralel hesablamaların saxtalaşdırılmasında da USAİD-in maliyyəsinin olduğunu xatırlayırıq. Gürcüstana qarşı atılmış bütün bu addımlara izahat verilməlidir”, - Kaladze bildirib.

 

Gürcüstan hökumətinin bütün bu bəyanatlarına baxmayaraq USAİD-in yerli ofisi və ABŞ-ın Gürcüstandakı səfirliyi ittihamları qəbul etməyib. ABŞ Dövlət Departamenti isə səfirliyin bəyanatını təkrarlayaraq Gürcüstan rəsmilərinin səsləndirdiyi ittihamlarının saxta olduğunu, ABŞ-ın Gürcüstana yardımlarının şəffaf olduğunu bəyan etdi. Departament həmçinin “Gürcüstan Konstitusiyası və Gürcüstanın beynəlxalq öhdəlikləri ilə müəyyən edilmiş fundamental insan hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərən gürcü təşkilatlarına dəstəyin” davam etdiriləcəyini qeyd edib.

Gürcüstanlı ekspert Badri Naçkebia APA-ya bildirib ki, ölkədə qeyri-sabitlik yaratmaq niyyətində olan müəyyən qüvvələr müxtəlif QHT-lər, xarici ölkələrin nümayəndəlikləri vasitəsilə destruktiv qruplara maliyyə dəstəyi göstərməsi artıq sirr deyil və bütün bu fəaliyyətlər birbaşa olaraq Gürcüstan dövlətçiliyinin əleyhinədir.

“Təəssüf ki, həm ölkə daxilindəki, həm də xaricdəki müəyyən qüvvələr Gürcüstanda qeyri-sabitlik yaratmaq ideyası ətrafında birləşiblər. Onlar bu məqsədə çatmaq üçün müxtəlif qurumlar, QHT-lər və ayrı-ayrı ölkələrin nümayəndəlikləri vasitəsilə maliyyə axını həyata keçirirlər. Bütün bunlar Gürcüstan dövlətçiliyi üçün böyük təhdid törədir və bunun qarşısını almaq lazımdır. Təbii olaraq Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti, aidiyyəti qurumları bütün bunların qarşısını almaq istiqamətində aktiv fəaliyyət göstərir. Bu yaxınlarda ictimaiyyətə təqdim edilən görüntülərdən də aydın oldu ki, ölkədə qeyri-sabitlik yaratmaq üçün Serbiya vətəndaşlarının əli ilə necə hazırlıq görülüb. Təəssüf ki, bir sıra hallarda bu cür fəaliyyətlər üçün maliyyə Gürcüstana dost olan ölkələr tərəfindən ayrılır ki, bu da təbii olaraq böyük narahatlığa səbəb olur. Bu fəaliyyətlər Gürcüstan vətəndaşlarının marağına cavab vermir və qəti surətdə qəbuledilməzdir. Gürcü ictimaiyyəti inanıram ki, bu prosesə böyük diqqət ayıracaq və layiqli cavabı verəcək. Qaldı ki, dövlət institutlarına, onlar bu gün kifayət qədər güclüdürlər və bu cür təhdidlər qarşısında dura bilirlər”, - Naçkebia bildirib.

Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri Levan Mamaladze isə bildirib ki, USAİD timsalında Qərb donor təşkilatlarının Gürcüstandakı destruktiv fəaliyyətləri maliyyələşdirməsi faktının ortaya çıxması ilk dəfə baş vermir. O, Gürcüstanın daha əvvəl də bu kimi təhdidlərə məruz qaldığını, lakin ötən dövr ərzində təhlükəsizlik xidməti orqanlarının kifayət qədər təcrübə topladığını və indi bütün bunların qarşısını almaq iqtidarında olduğunu bildirib.

“Onlar daha əvvəl də ölkədə iğtişaşların yaradılmasında iştirak edəcək, zorakılıqla hakimiyyət çevrilişi həyata keçirəcək qruplara təlimlər keçirdilər. Gürcüstanın iyirmi il əvvəl bu sahədə kifayət qədər təcrübəsi yox idi. Xatırlatmaq yerinə düşər ki, oxşar planlar Azərbaycanla bağlı da var idi, lakin Azərbaycan hakimiyyəti onların qarşısını uğurla ala bildi. Gürcüstanda indi həyata keçirilməsinə çalışılan destruktiv planlarda ikinci bir niyyət də var - müəyyən qüvvələr Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Gürcüstanda zorakılıqla hakimiyyət çevrilişi etmək və yeni hökumətlə Rusiyaya qarşı ikinci cəbhə açmaq, ölkədəki sabitliyi pozmaq niyyətindədirlər. Əlbəttə, Gürcüstanın yenidən Rusiya ilə üz-üzə qoyulması bizim dövlətçiliyimizə, suverenliyimizə ciddi təhdid törədər. Ona görə də, bütün bu kimi fəaliyyətlərə imkan verilməməlidir və verilməyəcək. Nə USAİD, nə də ki, digər təşkilatların və qrupların Gürcüstanın milli maraqlarına zidd olan fəaliyyətləri maliyyələşdirməsi bizim üçün qəbuledilməzdir. Bizim xalqımız bütün bu prosesləri yaxından izləyir və başa düşür”, - Levan Mamaladze deyib.

Qeyd edək ki, 1992-ci ildən bəri Gürcüstanda fəaliyyət göstərən USAİD bu vaxtadək müxtəlif layihələrə 2 milyard dollara yaxın vəsait xərcləyib. Təşkilatın hazırda 370 milyon dollarlıq 40-a yaxın layihə reallaşdırdığı bildirilir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - böyük yanğın başladı...

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ