Keçən əsrin 90-cı illərində İngiltərə Lordlar Palatasında bir siyasi ifritə fəal şəkildə var-gəl edirdi. Baronessa Koks! Yeni nəsilin xatirinə gəlməsə də, bunun siyasi aktiv vaxtları bizim jurnalistikiya yenicə gəldiyimiz vaxtlara düşürdü. Bu B.Koks elə bir şəkildə ermənipərəst və vicdansız mövqe sərgiləyirdi ki, həttda Azərbaycanla bağlı olmayan qüvvələr də buna nifrət edirdi. Təsəvvür edin ki, bu qoca ifritə o zaman Xocalıda yüzlərlə günahsız azərbaycanlının diri-diri sobalara doldurulub yandırılmasını, meşələrdə gülləbaran edilməsini, çovğunlu, soyuq qış günündə donub ölməsini faciə və genosid hesab etmirdi. Bu B.Koks həttda siyasi maraqları üçün dini məsələləri də qabardır, erməniləri məhz xristian dininə aid olduğu üçün dəstəklədiyini açıqca elan edirdi. Üstündən 20 ildən çox vaxt keçəndən sonra bu qca ifritə yenə meydana çıxıb və qərbdəki ermənipərəsət qüvvələrin ortaya atdığı “qaçqın oyununa” rəng verməyə çalışır. Öz X hesabında bir reportaj paylaşıb. “Jurist.org” saytına açıqlama verən bu qoca ermənipərəsət deyir ki, Xankəndidəki ermənilər oranı tərk etməsəydilər guya “soyqırıma məruz qalacaqdılar.” Bu qoca sonra özü öz dediyini möhkəmcə “vurur”. Deyir ki, Qarabağdan könüllü, deyib-gülə Ermənistana gedən, kameralar qarşısında poz verən erməni sakinlər “etnik təmizləməyə” məruz qalıblar. Üstəgəli xristian “təəsübkeşliyi” də lap cavanlığındakı siyasi avantura vaxtlarını xatırladır. Deyir ki, “artsax” xristianlıq ənənələrinə sadiqliq nümunəsidir və sair belə sərsəmləmələr. Həqiqətdən başqa nə uydurma desən hər şey var bunun sözlərində. Yaş o yaş deyil artıq zavallı Baronessa, içindəki murdarlıq və əqli düşüncə imkanları üs-üstə düşmür...
Mətləb Salahov