Qarabağda mövcud olmuş qondarma rejimin "prezident"i Samvel Şahramanyan "yerli" televiziyaya müsahibəsində necə deyərlər, “açıb sandığı, töküb pambığı.” S. Şahramanyan Rusiya sülhməramlıları barədə danışıb: "Sülhməramlılar sentyabrın 19-da döyüşlərin başlayacağını bilirdilər, biz də onlara bu barədə demişdik. Döyüşlər başlayandan sonra başa düşdüm ki, biz təkik. Rusiya tərəfi müşahidəçi statusunda idi", - Şahramanyan bildirib.
Artıq tarixin zibilliyinə atılmış qondarma separatçı rejimin keçmiş “başçısı” daha sonra Azərbaycanla necə aləq saxladığı barədə danışıb: "Mən Azərbaycanın bizimlə işləyən məsul şəxsi ilə əlaqə saxladım ki, "Artsax"da onların danışıqlara hazır olduqları namizədin olub-olmadığını öyrənək. ""Artsax"da müzakirələr gedirdi ki, Samvel Babayan və ya Vitali Balasanyan daha məqbul namizəd olacaq. Mən Azərbaycan tərəfdən mənfi cavab aldım.
bu vəziyyətdə müəyyən güzəştlər etməkdən başqa çarəmiz qalmadı. Mən də onlara öz tələblərini yazılı şəkildə göndərməyi və hərbi əməliyyatları dərhal dayandırmağı təklif etdim. Sonra danışıqlar nəticəsində biz sentyabrın 20-də hərbi əməliyyatların (qondarma rejim tərəfindən) dayandırılmasını, "Silahlı Qüvvələr"in buraxılmasını, Ermənistan Silahlı Qüvvələrinin çıxarılmasını, hərbi texnikanın təhvil verilməsini nəzərdə tutan sənəd qəbul etdik", - deyə o bildirib.
Mətləb