Qazaxıstanda NATO-nun sülhməramlı əməliyyatlar Mərkəzi açılıb. Mərkəzin təntənəli açılışında ABŞ-ın Qazaxıstandakı səfiri Daniel Roseblum da iştirak edib. Bu proses isə artıq Rusiyanı ciddi narahat etməyə başlayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rus mətbuatına açıqlamasında bildirib ki, Kreml ümid edir ki, Qazaxıstan hakimiyyəti Moskvaya NATO-nun sülhməramlı əməliyyatlar Mərkəzinin bu ölkədə yerləşdirilməsi ilə bağlı əlavə məlumat verəcək. "Əlbəttə ki, daha ətraflı məlumat toplamaq lazımdır. Əlbəttə ki, biz Astanadakı dostlarımızdan əlavə məlumat alacağımıza ümid edirik", - Kremlin nümayəndəsi əlavə edib. Bu proses isə heç şübhəsiz ki, MDB-də daha yaxın tərəfdaş olan Qazaxıstan və Rusiyanın münasibətlərinə sərinlik gətirəcək. Çünki bölgədə baş verənlər fonunda NATO-nun Qazaxıstana “pəncə atması” Moskvada ciddi narahartlıq yaradıb. Belə lokal proseslər belə Rusiya üçün ciddi təhlükə siqnalı kimi də qəbul olunur.
Mətləb Salahov