1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın cinayət işi üzrə keçirilən məhkəmə iclasına gələ bilməyən zərərçəkmiş şəxs qismində ifadə verən Füruzə Mehraliyeva şok faktlar açıqlayıb. Zərərçəkən qeyd edib ki, erməni terrorçuları dayısı arvadını və qızlarını öldürüblər: "Bizim evə hücum edənlərin birinin qulağında sırğa, digərlərinin üzündə maska var idi. 1991-ci il dekabrın 23-də ermənilər evimizi gülləbaran etməyə başladı. Biz ailə üzvlərimizlə birlikdə döşəmənin altında gizləndik. Üzü maskalı ermənilər evimizə girib bizə xəsarət yetirdilər. Həmin gün Tofiq Hüseynovun dəstəsi bizi ermənilərin əlindən aldı."-zərərçəkən bildirib.
Mətləb salahov