Fransa mətbuatı artıq çəkinmədən Ermənistana satılan silahlar barədə faktları tirajlamağa başlayıb. "Le Mond nəşri yazır ki, Fransa Ermənistana 100 milyonlarla avro dəyərində silah-sursat satır. Fransız nəşrinin yazdığına görə, hərbi yardım təkcə birgə təlimlərlə kifayətlənmir, eyni zamanda Fransa Ermənistana müxtəlif texnikalar, o cümlədən zenit-raket kompleksləri satır.
Qeyd olunub ki, söhbət Ukraynaya göstərilən silah tədarükündən deyil, məbləği bir neçə yüz milyon avroya çata biləcək müqavilələrdən gedir. Nəşrin yazdığına görə, İrəvanın bu məbləği necə ödəyəcəyi hələ ki məlum deyil.
Mətləb