çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Parlament sədri hansı ölkələrin Şimali Kipri tanıyacağını açıqladı - FOTO

Image


Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Cümhuriyyət Məclisinin sədri Zorlu Törənin TNS-ə müsahibəsini təqdim edirik

- Cənab sədr, əvvəlcə bizi Cümhuriyyət Məclisində qəbul etdiyiniz və müsahibəyə razılıq verdiyiniz üçün sizə təşəkkür edirik.

İlk sualımız belədir. Bu il Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 40-cı ildönümüdür. Bu müddətdə Şimali Kiprin tanınmamasının səbəbini nədə görürsünüz?

- Türkiyə Cümhuriyyəti KKTC-ni 40 ildir, tanıyır. Daha əvvəlini də tanıyırdı. Zatən biz Türk Ordusunun dəstəyi ilə azadlığımıza qovuşduq. Daha öncə bizim rumlarla ortaq cümhuriyyətimiz vardı – Kipr Cümhuriyyəti. Rumlar Kipr Cümhuriyyətini işğal etdilər. Lakin Kiprin torpaqlarını işğal edə bilmədilər. Çünki bizim azadlıq mübarizəmiz davam edirdi. 1974-cü ilə qədər dirəndik. Adanın keçmiş tarixinə baxsaq, bura Osmanlı dönəmində 307 il bir türk adası olub. Daha sonra Osmanlı dövlətinə qaytarılması şərti ilə müvəqqəti ingilislərə verilib. Amma ingilislər Kipr adasını təktərəfli olaraq, özlərinə bağladılar, ilhaq etdilər. 1923-cü ildə istiqlal savaşı sonrasında Türkiyə Cümhuriyyəti quruldu. O zaman Kipr adası ingilislərdə qaldı. Amma biz yenə Türk Ordusunun bir gün adaya gələcəyinə, yenidən müstəqilliyimizi qazanacağımıza inandıq. 1959-cu, 1960-cı il London və Sürix anlaşmalarında Kipr Cümhuriyyəti quruldu, biz də bu dövlətin ortağı olduq. Rumlar isə  bunu qəbul etmədilər.

Biz milli dirənişimizi, mübarizəmizi davam etdirdik. Türkiyənin hər zaman bizə dəstəyi oldu. 1974-cü il iyulun 20-də səhər çağı qəhrəman Türk Ordusu Kiprə gəldi, o vaxtdan indiyədək müstəqilik, suverenik. 1983-cü ildə KKTC azadlığını elan etdi.

Eyni zamanda rumlarla müzakirələr davam etdirildi. Amma onların niyyəti Kipr adasının bütününü ələ keçirmək olduğu üçün rumlarla heç bir şəkildə anlaşmaq mümkün deyildi. İndi artıq aldanmamaq lazımdır. Şimal Kipr Türk Cümhuriyyəti var, Türkiyə bizi tanıyır. Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüyük.

İndiyədək başqa ölkələrin niyə tanımaması sualına gəlincə, biz rumlarla həmişə federasiya müzakirəsi aparırdıq. Düşünürdük ki, bir gün bunlarla razılığa gələcəyik və federal Kipr qurulacaq. Dünyadakı şərtlər də Şimali Kiprin tanınması üçün uyğun deyildi. Amma indi bu əngəllər ortadan qalxdı. Türkiyə bizi necə tanıdı və buna görə Türkiyəyə qarşı qoyulan embarqolar heç bir işə yaramadısa, bundan sonra da belə davam edəcək. Türkiyəyə, türk millətinə dost, qardaş olan bütün ölkələr bizi yavaş-yavaş tanıyacaq. Doğrudur, bu, bir az vaxt aparacaq, amma mütləq olacaq. Türkiyədən sonra bir qapı açılsa, o qapı başqalarını da açacaq. Ümid edirəm ki, o qapı Azərbaycan olacaq. Hazırda proseslərin gedişinə baxsaq, Azərbaycanın bizi tanımasına ümidliyik. Cənab Prezident İlham Əliyevin “Şimali Kiprin bayrağı Azərbaycandakı toplantılarda dalğalanacaq” bəyanatı da bizim üçün böyük ümid oldu. Artıq Azərbaycan və Şimali Kipr arasında müxtəlif səviyyələrdə rəsmi görüşlər olur, müzakirələr aparılır. Bu, gözəl bir işarədir. Azərbaycan Orta Asiyaya açılan bir qapı, bir pəncərədir. Azərbaycandan sonra digər türk cümhuriyyətləri də ciddi addımlar atacaq. Dost Pakistan bizimlə yaxından maraqlanır, Banqladeş, İndoneziya da o cümlədən. Mütləq arxası gələcək. Şimali Kipri tanımadılar, amma Şimali Kipr Türk Cümhuriyyəti hər zaman var oldu, yoluna davam etdi, bu gün də etməkdədir.

Prezident İlham Əliyevin bizə münasibətindən çox məmnunuq. Mən ümummilli lider Heydər Əliyevə Allahdan rəhmət diləyir, onu sayğı ilə yad edirəm. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin.

Mənim üçün Bakı, Ankara, Lefkoşa, Kazan, Buxara, Daşkənd hamısı eynidir. Əsas odur ki, hamısı türkdür. Mən dünyanın harasında bir tük varsa, onun millət vəkiliyəm. Mübarizəmiz, ideallarımız, yolumuz birdir. İsmayıl Qaspralının “dildə, fikirdə, işdə birlik” fikirlərini özümüzə şüar seçdik. Dildə birlik çox asan deyil. Orta Asiya cümhuriyyətlərində ləhçə fərqlidir. Dildə birliyi gerçəkləşdirə bilməsək də, fikirdə və işdə biliyi hədəfləməliyik. Artıq Türk birliyi var, olacaq, güclənərək yoluna davam edəcək.

- Cənab sədr, Azərbaycan və Şimali Kipr parlamentləri arasında əlaqələrin inkişafı üçün nələr edilməlir?

- Bunun üçün davamlı olaraq, qarşılıqlı səfərlər olmalıdır. Bizim Azərbaycanla, digər türk cümhuriyyətləri ilə dostluq qruplarımız var. Dostluq qrupunun və ya məclis sədrinin dəvətilə biz Bakıya gedə bilərik, onları Lefkoşaya dəvət edə bilərik. Yəni, biz Azərbaycan parlamentindən dəvət gözləyirik. Məclislər səviyyəsində gediş-gəlişlər olmalı, daha irəliyə doğru addımlar atlılmalıdır ki, bizi heç kim geri döndərə bilməsin. Qəhrəmanlıq irəli atılıb, geri dönməməkdir. Qəhrəmanlıq bayrağı yerə salmamaqdır, qəhrəmanlıq yerə düşən bayrağı qaldırıb daha irəliyə aparmaqdır. Qəhrəmanlıq daim türk millətinin ən yüksək mənfəətini müdafiə edə bilmək, türklüyümüzlə öyünməkdir. Türk millətinə layiq insanlar olaraq, yolumuza davam etməliyik. Yoxsa zövqü, əyləncəni hamı sevər. Amma bizim ideallarımız olmalıdır.

- Ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən Naxçıvan Şimali Kiprlə əlaqələr qurmuşdu. Şimali Kiprin parlamenti Naxçıvan Ali Məclisi ilə də əlaqələrin yaradılmasında maraqlıdırmı?

- Mən belə təşəbbüslərin göstərilməsinin vacib olduğuna inanıram. Heydər Əliyev çox uzaqgörən bir dövlət adamı idi. Onun dönəmində Şimali Kiprin tanınması mümkün olmadı. Amma inşallah oğlu cənab İlham Əliyev dönəmində bu, gerçəkləşəcək, onun adı tarixdə belə qalacaq.

- Cümhuriyyət Məclisi necə işləyir, neçə millət vəkili və partiya var?

- Cümhuriyyət Məclisində 50 millət vəkili var, 4 siyasi partiya təmsil olunur. Hazırda ölkəni üçlü koalisya idarə edir. Yəni hokumətdə 3 partiya var. Məclis başqanı, başqan müavini var. Deputat sayına görə də Məclis Başqanlıq Divanı qurulub. Demokratik sistemlə idarə olunan bir ölkəyik. Məclisdə təmsil olunan və olunmayan müxalifət partiyaları var. Həmkarlar İttifaqı, çox sayda QHT fəaliyyət göstərir. Kipr Türk Təhlükəsizlik Qüvvələri Komandanlığımız var. Bu qurum 1975-ci ildə Mücahid Müqavimət Təşkilatından sonra qurulub. Bir də Kipr Tük Barış Qüvvələri Komandanlığı var. Yəni, təhlükəsizliyimiz tam təmin olunur.

- Bu il bu İlham Əliyevin Prezident seçilməsinin 20 ili tamam oldu. Sizcə, bu müddətdə Prezident İlham Əliyev Türk dünyası üçün nələr edib?

- Bu 20 ildə cənab İlham Əliyevin Azərbaycan torpaqlarını işğaldan azad edib, Türk dünyasına bir işıq verməsi çox önəmlidir. Azərbaycan Türk Dövlətləri Təşkilatının tamhüququlu üzvüdür, digər türk dövlətlərinə, türk topluluqlarına örnəkdir. Türkiyə ilə Azərbaycan arasında bir çox sahədə əldə edilən razılaşmalar digər Türk dövlətləri üçün də önəmlidir. Yuxarıda qeyd etdiyimiz kimi, Şimali Kipr Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv seçilib. Müşahidəçi üzlüyün müvəqqəti olduğuna inanıram.Yaxın zamanda  tamhüquqlu üzv olacağıq və Türk birliyi daha da möhkəmlənəcək. Skandinav birliyi, ərəb birliyi, Afrika birliyi, Avropa birliyi varsa, türk birliyi niyə olmasın? Bu birlik iqtisadi, siyasi, mədəni, hərbi, sosial baxımdan çox inkişaf edəcək. Bu birliyin yaranmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin müstəsna xidmətləri vardır.

d26cf9e7-9f69-4e44-ae5f-92bfbed3512c

2bd19244-9d27-4750-8456-d815e3f102a5

bb7bd567-f323-4549-8c42-db2c6eb72d6f

1e9addcf-2ec4-402f-a381-c1538ac2058b

b1d2b0f7-d8c1-47ae-ad78-b0f0d49038ff

Baki-xeber.com



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 14:17
MŞ-nın komissiya sədri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib - FOTO

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ