Azərbaycan Ordusunun ötən ay 23 saatlıq antiterror tədbirləri çərçivəsində keçirdiyi lokal əməliyyat Xankəndidəki separatçıların məhvi ilə nəticələndi. Uzun illərdir Azərbaycana qarşı hədə-qorxu dili ilə danışan bu separatçı terroristlərin bir çoxu hazırda Bakıda ədalət məhkəməsi qarşısında cavab verirlər. Amma bəziləri gizlin şəkildə İrəvana qaçmağı bacarıb. Qorxaq tülkü kimi Qarabağdan İrəvana qaçan qondarma qurumun “Təhlükəsizlik Şurasının” “keçmiş katibi” Samvel Babayan bu dəfə İrəvanda görüntülənib. Bu qorxaq terrorçu necə "cəsarətlənibsə" ondan söz soruşan “ArmLur.am” saytının qadın əməkdaşına "əzələ göstərib", jurnalistin mikrofonunu vurub.
Əli günahsız azərbaycanlıların qanına batmış bu terrorçu ilə jurnalistin münaqişəsinə nə səbəb olub?. Məsələ burasındadır ki, bir neçə gün əvvəl internetdə hakim “Vətəndaş sazişi” partiyasının deputatları Andranik Köçəryan, Qurgen Arsenyan və Samvel Babayanın İrəvan küçələrində gülüb-danışaraq gəzdiklərini əks etdirən fotoşəkil yayılıb. “ArmLur.am” saytının jurnalisti Samvel Babayana yaxınlaşaraq onların əylənməsinin səbəbini soruşmağa çalışıb.
Jurnalistin sualın cavab olaraq Samvel Babayan möhkəm "kişilənib" və kobudluqla onun mikrofonuna vurub...
Mətləb Salahov