Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanı təhqir edən ermənipərəst politoloq işdən azad edilib. Bu barədə rusiyalı təbliğatşı və 2Solovyov LİVE” verilişinin aparıcısı Vladimir Solovyov canlı yayımda məlumat verib. O bildirib ki, M. Zaxarovanı “alkaş əxlaqsız” adlandıran təbliğatçı Yevgeni Satanovskini işdən çıxarıb. O Maria Zaxarovadan "Solovyov Live" kanalının aparıcısı Yevgeni Satanovskinin sözlərinə görə üzr də istəyib.
Y. Satanovskinin M. Zaxarovanı sərt tənqid və təhqir etməsinə əsas səbəb isə onun Qəzza zolağında Fələstinin HƏMAS terror hərəkatının yaraqlılarına qarşı İsrail ordusunun hərbi əməliyyatı ilə bağlı açıqlamaları olub.
Y.Satanovskinin özü etnik yəhudi olduğundan, İsraili açıq şəkildə tənqid etməyə imkan verən Zaxarovanın mövqeyi onu çox incidib. Bununla əlaqədar olaraq o, izləyicilərinə onun alkoqolizmi ilə bağlı “sirrini” açmaqla Rusiya diplomatik xidmətinin spikerindən qisas almaq qərarına gəlib.
“İndi, prinsipcə, yəhudiləri sevməyən və İsrailə dözə bilməyən Maşa Zaxarova əslində bunu gizlətmir. Bizim Xarici İşlər Nazirliyinin spikeri çox içən əxlaqsızdır”, – Satanovski deyib. Beləcə Rusiya mediasında iki ermənipərəstin qarşıdurması deyəsən daha dərin gərginlik ocağına yol açacaq. Çünki Rusiya mətbuatının yazdığına görə, Y.Satanovski V.Solovyova qarşı əks arqumentlərlə çıxış etməyə hazırlaşır. Həttda bu işdə ona V.Solovyova qarşı olan media orqanlarının da dəstək olduğu deyilir.
Mətləb Salahov