“Fransa əlindən gələni edir ki, Avropa ölkələri müstəmləkə məsələsindən uzaq qalsın, marağında olmasın. “ Trend xəbər verir ki, bu barədə Qvadelupanın azadlığı naminə xalq birliyinin nümayəndəsi Yakop Bisep mətbuat konfransı zamanı deyib. O qeyd edib ki, Fransa Avropa İttifaqında müstələməkə tərəfdarı lobbilərin səsinin eşidilməsinə çalışır.
“Avropa Fransaya müstəmləkəçiliyə son qoymaqla bağlı heç bir təzyiq göstərmir. Aİ-də olan üzv dövlətlərin bəziləri də müstəmləkə dövləti olublar”,- deyə o bildirib. Biz istəyirik ki, müstəmləkəçiliyə sakit şəkildə son qoyaq. Lakin Fransa bu dialoqu rədd edir.
Daha sonra Qvadelupanın azadlığı naminə xalq birliyinin nümayəndəsi Qaston Samit mətbuat konfransı zamanı qeyd edib ki, Fransanı yalnız öz maraqları düşündürür. “Bir sıra ölkələrdə Fransa müstəmləkəçiliyinə son qoyulsa da, hələ də orada Fransa təsirləri özünü göstərir”,- deyə o əlavə edib. O qeyd edib ki, müstəmləkəyə məruz qalmış xalqlar beynəlxalq dəstək gözləyir. “Öz torpaqlarımızdakı əhali ilə çalışırıq ki, bu məsələ sürətlənsin. Fransa özünü beynəlxalq səviyyədə insan haqları müdafiəçisi kimi təqdim edir. Lakin biz onu göstərmək istəyirik ki, Fransa müstəmləkəyə məruz qoyduğu dövlətlərə bu cür yanaşmır”, - deyə o əlavə edib.
“Fransanın məqsədi assimilyasiya etməkdir.” Bu barədə Qvadelupanın azadlığı naminə xalq birliyinin nümayəndəsi Yakob Bisep mətbuat konfransı zamanı deyib. O qeyd edib ki, Fransa bu siyasətinə ilk olaraq dildən başlayır. “Xalqlarımız fransız dilində danışmağa məcbur edilirlər. Mübarizələrimiz maneələrlə rastlaşır”,- deyə o əlavə edib.
“Fransanın müstəmləkəçiliyi ilə mübarizədə beynəlxalq təzyiqlər olmalıdır.” Bu barədə isə Martiniknın azadlığı partiyasının nümayəndəsi Luk Karole mətbuat konfransı zamanı deyib. O qeyd edib ki, artıq Fransa imperialist mövqedən çıxış edə bilmir. “Ancaq Fransa öz səylərini davam etdirir və radikallaşma gözə çarpır”,- deyə o əlavə edib. O daha sonra qeyd edib ki, “Fransa insan haqları ölkəsi hesab edilir, lakin bizim ölkələrimizdə yerli xalqa qarşı müstəmləkə siyasəti aparır.” “Fransanın iqtisadiyyatını inkişaf etdirmək üçün onlardan qul kimi istifadə edilib. Nigeriya, Senaqal kimi ölkələr də müstəmləkəçiliyə məruz qalırlar. Onlar azad olmaq üçün mübarizə aparırlar”, - deyə o əlavə edib.
Qeyd edək ki, sabah Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.
Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.